Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə göstərməlidir"

 Azərbaycanın Xarici İşlər naziri :“Azərbaycan Qarabağda erməni vətəndaşlarına ən yüksək özünüidarə hüququ verməyə hazırdır” 

"Ermənistanın hazırkı rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayiş etdirməlidir və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq, regionda sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq naminə hərəkət etməlidir"

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Korea Times" qəzetinə müsahibəsində deyib.

"Ümid edirik ki, bu il Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin həllində inkişaf, regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması, ilk növbədə, elə Ermənistanda iqtisadi artım üçün imkanlar yaradır", - E.Məmmədyarov bildirib.

"Ölkəmiz müxtəlif etnik qruplardan olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, beynəlxalq öhdəliklərinə uyğun olaraq, bunu Dağlıq Qarabağdakı erməni mənşəli vətəndaşlarına münasibətdə də etməyə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onlara yüksək səviyyəli özünüidarəetmə hüququ verməyə hazırdır. Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması evlərinə qayıtmağa hazırdır və bu məsələ yaxınlarda icmanın dərc olunmuş bəyanatında da yenidən vurğulanıb", - XİN başçısı söyləyib.

Onun sözlərinə görə, əvvəllər Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar olub, lakin, təəssüf ki, Ermənistanın əvvəlki rəhbərliyinin "səyləri" nəticəsində bu əlaqələr kəsilib.

"Bilirsiniz, torpağı götürüb onunla başqa yerə getmək mümkün deyil. Əlbəttə ki, münaqişənin həllindən sonra bu iki icma bir yerdə yaşamalı olacaq. Buna görə də Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında əlaqələrin inkişafı və bərpası vacibdir", - deyə Azərbaycanın xarici işlər naziri bildirib. (report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar