Cümə axşamı, 23 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Politoloq: “Paşinyanın birdənbirə mövqe dəyişdirməsi, əsasən Kremldən qaynaqlanır”  

“Danışıqlarda Rusiya Azərbaycana öz şərtlərini diqtə edəcək. Bu şərtlər əsasən "sülhməramlı" qüvvələrin yerləşdirilməsi, KTMT üzv olmaqla üç raynun qaytarılmasıdan ibarətdir”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır

Qarabağ konflitinin həlli istiqamətdə ABŞ-ın müəyyən səyləri nəticəsində danışıqlarda müəyyən qədər irəlləyiş əldə edilmişdi. Vaşinqton prosesdə əsas vasitəçi missiyasını həyata keçirməyə başlayırdı. Davosda Nikol Paşinyanla, prezident İlham Əliyevin görüşündən sonra, danışıqlar demək olar ki, 180 dərəcə mənfi istiqamətə yönəldi. Halbuki Azərbyacan tərəfi Davos görüşündən razı idi, hətta Paşinyanda bir sıra məsələlərdə razılaşmışdı.

Prosesin mənfiyə doğru istiqamətlənməsi əsasən, Paşinyanın Davosdan Moskvaya səfəri və ardınca Yerevana Rusiya XİN nazirinin muavini Karasinin səfərində aparılan danışıqlardı. Bundan sonra Paşinyana ardıcıl təzyiqlər, həmçinin Rusiyanın real təzyiqləri aydın şəkildə onun diqqətinə çatdırldı.

Qeyd edim ki. Qarabağ münaqişəsinin ədalətli və beynəlxaq hüquq normaları çərçivəsində həlli Moskvanın qırmızı çizgisidir. Rusiya yalnız, öz maraqları rakursundan konfliktin həllini irəli sürürür.

Qeyd edim ki, ABŞ-ın prosesdən tədricən geri çevrilməsi əsasən Venesuelada siyasi proseslərə qarışması oldu. Bundan əlavə, Nikol Paşinyanın birdənbirə mövqe dəyişdirməsi, əsasən Kremldən qaynaqlanır. Artıq, bundan sonra danışıqlar Rusiyanın moderatorluğu ilə aparılacaq.

Danışıqlarda Rusiya Azərbaycana öz şərtlərini diqtə edəcək. Bu şərtlər əsasən "sülhməramlı" qüvvələrin yerləşdirilməsi, KTMT üzv olmaqla üç raynun qaytarılmasıdan ibarətdir.

Ermənistanla ötən ilin payızından başlayan ümidverici danışıqlar Kremlin müdxiləsi ilə sona çatdı. Danışıqlar yenə də əvvəlki məcrasına-çıxılmaz bir yola qədəm qoydu.

Azərbaycan qəti şəkildə bu danışıqlara etimad etməməli, ABŞ-la təmasları artırıb, hərbi təzyiqlərə başlamalıdır.

pia.az


Şərh yazın.

loading...