Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyev: Anladım ki, dostlarımdan üstünəm"

"Türkiyədə universitetdə təhsil almaq o zaman hər bir azərbaycanlı gəncin arzusu idi"

Bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib.

Tələbəlik illərini və Türkiyədə aldığı təhsilin həyatına qatdığı töhfələrdən söz açan general mərhum prezident Heydər Əliyevin vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan kvotadan yararlanaraq Türkiyədə təhsil almaq şansı əldə etdiyini söyləyib.

“Türkiyədə universitetdə oxumaq o zamanlar hər bir azərbaycanlı gəncin arzusu idi. Türkiyədə Sovetlər Birliyinin son illərdə pozulmuş təhsil sisteminin əksinə olaraq tam şəffaf bir təhsil sistemi ilə qarşılaşmışdım.

Tətildə Azərbaycana qayıdanda liseydəki sinif yoldaşlarımla görüşürdüm. O zaman özümün dünyagörüşü və bilgi baxımından dostlarımdan üstün olduğunun fərqinə vardım.

Bunu da sadəcə bir illik Türkiyə təhsili sayəsində əldə etmişdim. Türkiyədə aldığım təhsil bu gün vəzifəyə gəlməyimdə, karyeramda mənə qapı açıb, həyata baxış nöqtəmi dəyişib”.

Qeyd edək ki, Türkiyə 1992-ci ildə Orta Asiya Türk Cümhuriyyətləri ilə birlikdə Böyük Tələbə Layihəsini həyata keçirib.

Layihə çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 2 min tələbə Türkiyədə müxtəlif universitetlərə yerləşdirilərək dövlət hesabına təqaüdlə təhsil alıblar.(unikal.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar