Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən bütün abituriyentlərə səslənirəm ki,...” - Təhsil ekspertindən çağırış

Təhsil eksperti: “Etiraf edək ki, son 5 ildə ali məktəblərə qəbul imtahanlarının nəticələrində artım müşahidə edirdiksə, gördüyümüz mənzərə 2019-cu ildə ciddi şəkildə dəyişəcək, nəticələr aşağı düşəcək”

“Ən ciddi dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanlarında istifadə olunan test modellərinin bir qismi tamamilə fərqlidir. Əvvəllər yalnız qapalı tipli test modelləri var idisə, indi açıq tipli, uyğunluğun gözlənilməsi tipli test tapşırıqları, dinləmə tələb edən suallar, situasiya tipli, dinləmə tipli test tapşırıqları var”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov bu il ali məktəblərə qəbul imtahanlarında gözlənilən nəticələri PİA.az-a şərh edərkən qeyd edib.

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb. Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Məlumdur ki, son zamanlarda qəbul imthanına bir neçə düzəlişlər edildi. Builki qəbul imtahanlarının nəticələrini necə proqnoz etmək olar? Edilən dəyişikliklər müqabilində şagirdlərin göstəriciləri yaxşı, yoxsa, əksinə olacaq?

Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Kamran Əsədov: “Bizdə tədrisin keyfiyyəti aşağıdır, bizim müəllimlərimiz özləri 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının modelinə tam hazır deyillər”.

Təhsil eksperti bütün abituriyentlərə səslənərək bildirib ki, problemdən yeganə çıxış yolu hər hansı hazırlıq kursunun, müəllifin yazdığı imtahan materiallarına baxmasınlar, mütləq şəkildə dövlət imtahan mərkəzinin sinif testlərinə, test bankına, Abituriyent 1 jurnalının nümunəsinə baxsınlar ki, ən azından orada dövlətin necə imtahan keçirəcəyi bəlli olacaq. Fevral ayının 10-da növbəti sınaq imtahanı keçiriləcək. Orada sualların modelinə baxsınlar:

“İlk növbədə qeyd edim ki, 2019-cu ildə ali məktəblərə qəbul və buraxılış imtahanları tamamilə yeni formatda keçiriləcək. İndiyədək keçirilmiş imtahanlardan tamamilə fərqli bir imtahan prosesi bizi gözləyir. Ən ciddi dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanlarında istifadə olunan test modellərinin bir qismi tamamilə fərqlidir. Əvvəllər yalnız qapalı tipli test modelləri var idisə, indi açıq tipli, uyğunluğun gözlənilməsi tipli test tapşırıqları, dinləmə tələb edən suallar, situasiya tipli, dinləmə tipli test tapşırıqları var. Bunların qiymətləndirilməsi ilə bağlı, onlara verilən cavabların şablon olub-olmaması ilə bağlı abituriyentlər və valideynlər arasında ciddi şəkildə narahatlıq var.

Etiraf edək ki, son 5 ildə ali məktəblərə qəbul imtahanlarının nəticələrində artım müşahidə edirdiksə, gördüyümüz mənzərə 2019-cu ildə ciddi şəkildə dəyişəcək, nəticələr aşağı düşəcək. Biz bunu ona əsasən deyirik ki, 2017-ci və 2018-ci illərdə Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanları keçirilərkən orada uşaqların 30 minə yaxını ana dilindən 2 qiymət almışdı. İki il öncə 2 qiymət alan şagirdlər indi abituriyent olaraq imtahan verəcəklər.

Kamran Əsədov: “Builki abituriyentlərlə danışanda deyirəm ki, sizin bir tərəfdən bəxtiniz gətirib, bu qaydalar ilk dəfə tətbiq olunacaq və sizə güzəşt nəzərdə tutulur. Yəni güzəşt dedikdə keçid balının dəyişdirilməsi gözləniləndir”.

Təsəvvür edin ki, onlar əvvəl 2 fəndən imtahan vermişdilərsə, indi fənlərin sayı 5-ə qədər çoxalıb. Yəni buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirddən 2 il sonra yüksək nəticə gözləmək mümkün deyil. Bu həmdə ona görə mümkün deyil ki, orta məktəblərdə təhsilin keyfiyyəti aşağı düşüb. Bir çox məktəb direktoru rəhnərlik etdiyi müəssisədə tədrisi dövlətin tələb və standartlarına uyğun qura bilməyib. Onlar zəif şagirdləri yüksəltməkdənsə, o şagirdləri məktəbdən azad etməklə problemdən yaxa qurtarmaq yolunu tutublar.

Əvvəllər qəbul və buraxılış imtahanlarında sadə suallar verilirdi. Bu isə o deməkdir ki, həmin şagirdlərin iki ildə ciddi nailiyyət əldə etməsi mümkün deyil. Çünki bizdə tədrisin keyfiyyəti aşağıdır, bizim müəllimlərimiz özləri 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının modelinə tam hazır deyillər. Bu barədə bilmirlər, ənənəvi formada tədrisi qururlar. Dövlət İmtahan Mərkəzi Sınaq imtahanlarını keçirir, ancaq bu imtahanların özü belə 2019-cu il modelinə uyğun deyil, çünki qiymətləndirmə meyarları və standartları, ballar mümkün deyil. Bu problemdir.

Mən builki abituriyentlərlə danışanda deyirəm ki, sizin bir tərəfdən bəxtiniz gətirib, bu qaydalar ilk dəfə tətbiq olunacaq və sizə güzəşt nəzərdə tutulur. Yəni güzəşt dedikdə keçid balının dəyişdirilməsi gözləniləndir. Yəni öncədən müəyyən olunan proqnoz özünü doğrultmaya bilər. Keçid balının konkret olaraq hər hansı bir rəqəm olması mümkün deyil. Rəqabət aşağı olacaq və yekunda sizin imkanlarını artacaq. Ondan başqa bu il qəbul imtahanında plan yerləri 10 faiz artırılacaq. Ancaq bəxtiniz ona görə gətirməyib ki, ilk qurban siz olacaqsınız, bilmirsiniz ki, sizi nə gözləyir.

Kamran Əsədov: “Ən ciddi problem test tapşırıqlarının modeli ilə bağlıdır. Abituriyentlər dediyimiz bu yolla getsələr, fiaskoya uğramayacaqlar, nəticələri yaxşıya doğru dəyişəcək”.

Mən bütün abituriyentlərə səslənirəm ki, problemdən yeganə çıxış yolu hər hansı hazırlıq kursunun, müəllifin yazdığı imtahan materiallarına baxmasınlar, mütləq şəkildə dövlət imtahan mərkəzinin sinif testlərinə, test bankına, Abituriyent 1 jurnalının nümunəsinə baxsınlar ki, ən azından orada dövlətin necə imtahan keçirəcəyi bəlli olacaq. Fevral ayının 10-da növbəti sınaq imtahanı keçiriləcək. Orada sualların modelinə baxsınlar.

Ən ciddi problem test tapşırıqlarının modeli ilə bağlıdır. Abituriyentlər dediyimiz bu yolla getsələr, fiaskoya uğramayacaqlar, nəticələri yaxşıya doğru dəyişəcək. İlk növbədə orta məktəb dərsliklərindən və Dövlət İmtahan Mərkəzinin testlərindən istifadə etsinlər. Bu dəqiqə nə keçid balı müəyyənləşib, nə qiymətləndirmə meyarları konkret olaraq müəyyən olunub. Situasiya tipli test tapşırıqlarının formatı hələ də bəlli deyil. Ona görə də, hələ ki, ənənəvi formatda olan DİM-in resurslarından istifadə etsələr nəticə yaxşı olacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar