Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb dünyası üçün həm təhlükə, hə də bəhanə... - Təhlil 

Körfəz liderləri İslam inqilabına niyə tez-tez istinad edirlər?

Hüseyn İbiş

“Bloomberg”, 10.02.2019

40 illik dövründə İran İslam inqilabı insanlara bir çox şeyləri təqim edib. Bu gün onu əhatə edən Ərəb dünyası üçün o həm təhlükə, həm də bəhanədir.

1979-cu ildən İran inqilabına ərəb təpkisi hələ də davam edir. Xüsusilə Körfəz bölgəsində ərəb hökumətləri ondan ürküb, özünü müdafiə etmək üçün tələsik Körfəz Əməkdaşlıq Şurasını formalaşdırıb.

Ayətullah Ruhullah Xomeyninin şiə inqilabı bütün bölgədə sünni-ərəb islamçılarını radikallaşdırıb və sıralarını möhkəmləndirib. Şimali Afrikanın ərəb dövlətləri, xüsusilə də Misir, Tehranda baş verən hadisələrin mahiyyətini sonradan anlayıb.

İslam Respublikası “Müsəlman Qardaşlar”dan tutmuş “əl-Qaidə” və İŞİD kimi “uğurlu” bir model kimi ortaya çıxan ərəb islamçılarını ilhamlanırıb. Onların baxımından, İran islamçıları dinin bir çox aspektlərində yanılır, amma əgər ABŞ və Sovet İttifaqının istəklərinə zidd olaraq qüdrətli bir dövlətin güclü hökumətini devirməyə qabil olublarsa, onda, şübhəsiz, dini fundamentalizmin və inqilabçı siyasəti təmsil edə bilərlər.

Sünni-ərəb islamçıları həm iranlıları təqlid edib, həm də onlara qarşı savaşıblar.

İlk böyük test İran inqilabından bir neçə ay sonra Əfqanıstanın sovet işğalı ilə başlayıb.

Pakistan, Səudiyyə ƏrəbistanıABŞ tərəfindən idarə olunan Ərəb dünyası ətrafında və ondan kənarda olan sünni islamçılar ateist kommunistlərlə mübarizə aparmaq üçün Əfqanıstanda birləşiblər. Onlar “qalib gəldikdə”, fanatiklər üstünlüklərini nümayiş etdirdiklərinə inanıb. Onlardan bəziləri “əl-Qaidə”nin təməlini qoyub.

İllər boyu özlərini inandırıblar ki, ABŞ-ın biləyni qatlaya bilərlər, bəziləri hələ də buna inanır.

ABŞ-ın orbitindəki müsəlman ölkələri, xüsusən Səudiyyə Ərəbistanı və Pakistan ekstremistlərin yüksəlişinə və yerli Xomeyni analogiyası ilə qarşı-qarşıya qalmamaq üçün dini hüquqdan möhəm yapışıblar.

İnqilabçı İranı əhatə edən şiə-ərəblər daha çətin vəziyyətə düşüb. Ancaq İran inqilabçıları hər mərhələdə düşmənlərinə qarı onların dəstəyinə güvənə biliblər.

İnqilabını ixrac etmək istəyən İran qeyri-dövlət ərəb oyunçularından istifadə etməyə çalışıb. İlk və ən uğurlu sınaq 1982-ci ildə İsrailin Livanı işğal etməsindən sonra “Hizbullah”la başlayıb. “Hizbullah” İranın Ərəb dünyasında davam edən nümunəsi olaraq qalır.

Ərəb dünyasının böyük hissəsində, o cümldən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Körfəz ölkələrində, həmçinin İsraildə İran təhdidi “Hizbullah”, İraqda şiə könüllülər və Yəməndə husilərin timsalında xaosu təşviq edən çoxillik strategiya ilə təcəssüm olunur.

1980-ci illərdə ərəb ölkələri İraqla müharibə yolu ilə, 1990-cı illərdə isə ABŞ-ın Bağdad və Tehranı “ikili çəkindirmə” siyasəti vasitəsilə İranın ayağını tapdalamaq istəyib.

Ancaq 9/11 hər şeyi dəyişib.

2003-cü ildə İraqı işğal etmək və Səddam Hüseyn rejimini devirməklə, ABŞ iradəsiz şəkildə İranın regional supergüc statusuna yönələ biləcək hərəkətlərini inkişaf etdirib.

Səddam İraqı İranın Yaxın Şərqdə strateji irəliləyişinə maneə idi. Lakin Səddamdan sonra İranın nüfuzu bütün bölgəyə yayılıb.

2005-ci ildən 2010-cu ilə qədər Ərəb dünyasında İranın nüfuzu zirvəyə çatıb, “Hizbullah”ın populyarlığı da yüksəlib.

Ancaq 2011-ci ildə “Ərəb Baharı” ilə məzhəbi qarşıdurma alovlanıb. Suriya müharibəsi İran və “Müsəlman Qardaşlar”, “HƏMAS” kimi qruplar arasında ittifaqı qırıb, xüsusilə “Qardaşlar” Misirdə hakimiyyətə gəldikdə.

2016-cı ilin yanvarında iranlılar Səudiyyədə şiə din xadiminin edamı ilə Riyadın diplomatik missiyasını yandırıb. O zamandan bəri, üstəlik, Suriyada iranlı qüvvələrin davamlı qələbələri ucbatından İsrail, bir çox ərəb ölkələri kimi, İran təhdidinə qarşı ayıq-sayıqdır.

Son on ildə bölgədəki bütün böyük problemlərə görə İranın məsuliyyət daşımasına dair ərəb dedi-qodusu var. Ancaq ölümcül xərçəng yoluxmuş ərəb liderləri üçün İran yalnız infeksiyadır.

Tehran sadəcə ondan asılı olmayan xaosdan istifadə edib.

Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman tez-tez deyir ki, “əl-Qaidə”nin yüksəlişi 1979-cu ildə İran inqilabının nəticəsi olaraq başlayıb. Amma bu, doğru deyil. Sünni-ərəb siyasi və dini ekstremizmi xarici kömək olmadan ortaya çıxıb.

Hər şeydə İranın günahına aid ərəb fantaziyasına son təkzib Liviyadır: etnik münaqişələr, əsas coğrafi fərqlər və xarici müdaxilə. Əlbəttə, Liviyada İranın müdaxiləsi yoxdur.

Liviya polkovnik Müəmmər Qəzzafinin başçılığı ilə pis idarəçilikdən əziyyət çəkib. O, İranın müdaxiləsi olmadan alova bürünüb və parlaq bir şəkildə yanmağa davam edir.

İran, şübhəsiz, Ərəb dünyası üçün problemdir. Hətta ən böyük xarici problem ola bilər. Lakin daxili problemlər daha böyükdür.

Ərəb dünyasının böyük hissəsi 40 il bundan əvvəl də həyatın dibində idi.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar