Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Formula 1 ilə müqavilənin uzadılması Azərbaycanın xarici siyasətinin qələbəsidir"

"Bu günlərdə məşhur Formula 1 üzrə avtomobil yarışının Bakıda keçirilməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılmasını Azərbaycanın, ilk növbədə Prezident İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar"

Bunu Milli Məclisin komitə sədrinin müavini, YAP İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin fikrincə, Azərbaycanı Formual 1 üçün cəlbedici edən bir sıra amillər var: "Ötən dörd il ərzində yarışın Bakıda yüksək səviyyədə təşkil edilməsi, yarışa gələn xarici turistlərin sayının artması və yarışın aparıcı telekanallarla nümayiş etdirilməsi Azərbaycanı cəlbedici və perspektivli ölkə olması anlamına gətirdi. Həmçinin, ölkənin sürətlə inkişafı, turistlərdə Bakının qədim tarixi qorunmaqla müasir görkəminin formalaşması yarışın gözəlliyini daha da artırır.

Heç bir şübhə ola bilməz ki, Prezidentin apardığı uğurlu siyasətlə Azərbaycanın qələbələri daha da artacaqdır".

Qeyd edək ki, cari ilin fevralın 5-də Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisinin daha 3 il, yəni 2023-cü ilədək kecirilməsinə dair müqavilə imzalanıb. Müqaviləni Azərbaycan Respublikasının İdman və Gənclər naziri Azad Rəhimov və Formula 1 Şirkətlər Qrupunun Baş icraçi direktoru və İdarə Heyətinin sədri Çeyz Kerri imzalayıblar.

Xatırladaq ki, Azərbaycanda Formula 1 üzrə yarışlar 2016-cı ildən etibarən keçirilir və bu qısa zaman ərzində artıq mühüm və yaddaqalan mərhələlərdən birinə çevrilə bilib.(milli.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar