Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində 3D printerlə körpü çap edildi

Kanal üzərindən qeyri-adi keçid 35 günə hazırlanıb

Çinin Şanxay şəhər parkında 26 metr uzunluğunda və 5 ton ağırlığında üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı olub.

Kanal üzərindən qeyri-adi keçid 35 günə hazırlanıb. Körpü üçün istismar müddəti də nəzərdə tutulub: mütəxəssislərin sözlərinə görə, yeni arxitektura elementinin istismar müddəti 30 il təşkil edir.

Tikili robotlaşdırılmış ələ malik iki üçölçülü çap sistemindən istifadə edilməklə hazırlanan 176 beton blokdan ibarətdir. Layihə müəllifləri yaşı 1400 ildən çox olan Çinin ən qədim Antszi körpüsünün tağ formasını təkrarladıqlarından xüsusi qürur hissi duyurlar.

Maraqlıdır ki, çap edilmiş körpünün yaradılması ənənəvi tikinti ilə müqayisədə üçdə bir dəfə ucuz başa gəlib.

Dizaynerlərin sözlərinə görə, xərcləri ilk növbədə armatur və tir atılmaya vəsaitlərin az sərf edilməsi sayəsində azaltmaq mümkün olub.

Hazırda müəlliflər əmin olmaq istəyir ki, layihə həm iqtisadi baxımdan sərfəli, həm də uzunmüddətlidir. Bu səbəbdən körpüyə vaxt ötdükcə betonun deformasiyasını izləyəcək monitorinq sistemi quraşdırılıb.(azərtac)

pia.az


Etiket: Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar