Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqında nələr baş verir? – Birliyi dağıdan separat rüzgarlar haradan əsir...

Avropa İttifaqında da son zamanlar ittifaqın aparıcı üzvləri arasında baş verən fikir ayrılıqlarını və hər həftə artan templə sərhədlərini böyüdən etiraz aksiyalarını PİA.az-ın əməkdaşı politoloq Zaur Məmmədovla müzakirə edib

Zaur Məmmədov: “Avropa İttifaqı dünyanın bir nömrəlçox millətli, həmçinin çox dövlətli böyük ittifaqdır. Bu təşkilatın daxilində böhranın olması labüd idi”.

Son aylar, xüsusən Fransada “sarı jilet”lilər hərəkatı başlayandan sonra Avropa İttifaqının aparıcı ölkələri arasında ciddi çatlar əmələ gəlib. Ötən həftə Fransa prezidenti Emmanuel Makron “sarı jilet”lilərə dəstək verdiyi üçün Rusiyanı ittiham edib və Almaniyanın dəstəklədiyi “Şimal axını - 2” qaz kəməri layihəsini dəstəkləməkdən imtina edib. Bu üzdən Almaniya ilə Fransa arasında ciddi fikir ayrılığı ortaya çıxıb. Düzdür “Şimal axını - 2” qaz kəməri layihəsi ilə bağlı Merkellə Makron arasında müəyyən anlaşma əldə olunsa da, Avropada separat rüzgarlar əsməkdə davam edir.

Ötən həftə həm də Fransanın İtaliyadan səfirini geri çağırması ilə yadda qaldı. Buna səbə isə İtaliya hökümətinin “sarı jiletlilər”i dəstəkləməsi olub.

İtaliyanın solçu höküməti eyni zamanda Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının ləğv olunması üçün Avropa ölkələrinəmüraciət edib. Bu barədə şənbə günü İtaliyanın baş nazirin müavini Luici di Mayo bəyanat yayıb. Eyni zamanda İtaliyada şənbə günü hökümətə qarşı Həmkar İttifaqıın təşkil etdiyi etiraz aksiyası keçirilib. Yüz minlərlə insanın iştirak etdiyi etiraz aksiyasında hökümətin iqtisadi siyasətinidən narazılıq dilə gətirilib.

Lakin etiraz aksiyaları təkcə Fransa və İtaliyanı əhatə etmir. Şənbə günü Serbiya və İspaniyada da insanlar küçəyə tökülüb. Serbiyada etirazlar artıq 10-cu həftədir ki. davam edir. Etirazçılar ölkə prezidenti Aleksandr Vuçiçin istefasını tələb edirş Vuçiç növbədənkənar seçkilərə getmək brədə niyyətini ortaya qoysa da müxalifət bununla razılaşmır. Serbiya müxalifəti seçkilərin hakim partiya tərəfindən saxtalaşdırıla biləcəyini irəli sürərək müvəqqəti hökümətin yaradılmasını və yeni seçkilərin ancaq Vuçiçin istefasından sonra keçirilə biləcəyini bildirir. Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya pərəst siyasət yürüdür və Serbiyanın NATO-ya qəbul olunmasına, həmçinin Avropa İttifaqına üzv olmasına qarşı çıxır.

Macarıstanda da etirazçılar hökümətin istefasını tələb edir. Böyük Britaniyada isə “Breksit” dalana dirənib. “Breksit” böhranı həm Britaniyaya həm də Avropa İttifaqına ciddi ziyan vurmaqdadır və belə görünür ki, Tereza Mey höküməti bu böhranı həll etmək imkanına sahib deyil. Hökümət ya sərt “Breksit” tətbiq etməli, ya da “Breksit”lə bağlı ikinci referendumun keçirilməsinə qərar verməlidir. Lakin Tereza Mey höküməti bu qərarlardan heç birini vermək istəmir. Bu da qeyri-müəyyənliyi artırır. Həm Britaniya müxalifəti, həm də Avriopa Birliyi Tereza Meyin təkiliflərini rədd edir.

Göründüyü kimi hazırda Avropa bir neçə cəbhəyə parçalanıb və artıq Avropa İttifaqında da fikirbirliyi yoxdur. Bu durumda atılacaq addımlar və istər ABŞ-dan, istərsə də Rusiya və Çinin Avropa siyasətinə müdaxiləsi fikirayrılıqlarını daha da böyüdür.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Zaur Məmmədova müraciət edib. PİA.az Zaur Məmmədovla müsahibəni təqdim edir.

Zaur Məmmədov: “Bu böhran Almaniya və Fransa kimi ölkələrin ABŞ dəyərlərinə qarşı çıxması və özlərini müstəqil aparma siyasəti yürütməsi meyilliklərindən tutmuş, qlobalistlərlə anti-qlobalistlər arasında olan mübarizəyə, eyni zamanda dünyanın məşhur, zəngin qrupları arasında olan mübarizənin şiddətlənməsi ilə əlaqədardır”.

- Zaur bəy, Avropada və Avropa İttifaqında nələr baş verir? Misal üçün Fransa və İtaliya diplomatik əlaqələri kəsmək həddinə gəliblər...

- Fransa ilə İtaliya arasında münasibətlər ikinci dünya müharibəsindən sonra hələ bu qədər aşağı səviyyədə deyildi. 2018-ci ilin baharında İtaliyada yeni koalisiyanın hakimiyyətə gəlməsindən sonra Fransayla münasibətlərin pisləşməsi və iki ölkə arasında qarşıdurma daha da dərinləşdi. Fransa İtaliya münasibətlərinin gərginləşməsinə birinci səbəb kimi ekspertlər tərəfindən miqrasiya məsələsi göstərilir. Çünki miqrasiya məsələsində onlar bir-birilərini tez-tez ittiham edirlər. Məsələn Fransa bu yaxınlarda İtaliyanı Aralıq dənizindən gələn miqrantların ölkəyə buraxılmamasında ittiham və tənqid etmişdi. Eyni zamanda İtaliya da eyni məsələni Fransanın qarşısında qaldırıb və bildirmişdi ki, Fransa özü İtaliya gələn miqrantların Fransaya keçməsinə əngəl törədir, imkan vermir. Buna görə Fransa gərək öz miqrasiya siyasətinə baxsın və bizə hücum etməsin.

Bu həftənin əvvəli İtaliya baş nazirinin müavininin “sarı jiletli”lərin formal liderləri ilə görüş keçirməsi Fransanın səbr kasasını daşırdı. Açıq-aşkar şəkildə İtaliya hökuməti Makrona qarşı çıxır. Həmçinin İtaliyanın ayrı-ayrı üzvləri hətta Makronun prezidentliyə layiq olmadığını bildirirlər. Onlar “sarı jilet”liləri dəstəkləyirlər və bildirirlər ki, may ayında Fransada “sarı jilet”lilər parlament seçkilərində qalib gələcəklər.

Zaur Məmmədov: ““Sarı jilet”lilərin bir layihə olmasını düşünürəm. Çünki onların əvvəl irəli sürdükləri tələblər başqa idi, indi isə onlar artıq Mokronun hakimiyyətdən getməsini, istefasına qədər olan tələbləri böyüdüblər”.

- Sarı jiletlilər” hərəkatı fonunda ABŞ-ın Çin və Rusiya ilə qarşıdurması “ Avropa İttifaqını dağıdacaq gücə sahibdirmi?

- Bildiyimiz kimi Avropa Parlamentinə seçkilər olacaqdı və görünən odur ki, “sarı jilet”lilər real namizdə kimi siyahıda ilk yeri tutmağa namizəddirlər.

Bu ciddi bir hərəkatdır və bu hərəkatın liderinin olmaması çoxlu suallar yaradır və hərəkatın liderinin olmaması xaos təhlükəsi yaradır. Ona görə də qonşu ölkənin bu iğtişaşları dəstəkləməsi və rəsmi Parisin xoşuna gəlmir. İtaliya hökümətinin “sarı jilet”lilərin yanında yer alması doğurdan Avropa İttifaqı üçün ciddi təhlükə siqnalıdır.

Ötən həftə Avropa İttifaqında görünməyən məsələ baş verdi. Yəni Fransa ilə İtaliya arasında səfir qalmaqalı oldu. Paris öz səfirini Romadan geri çağırdı. Bundan əvvəl 2000-ci illərin tarixinə baxanda görərik ki, Yunanıstan Avstrayadan səfirini geri çağırmışdı və bundan sonra miqrasiya məsələsinə görə Macarıstan Hollandiyadan səfərini geri çağırmışdı. Bu isə üçüncü hadisə idi ki, Fransa ilə İtaliya arasında səfir qalmaqalı yaşandı. Və artıq demək olar ki, Avropa İttifaqında təmsil olunan ölkələr arasında körpülər yanmaq həddinə doğru gedir.

Zaur Məmmədov: “Birmənalı şəkildə “sarı jilet”lilərin arxasında hansı qüvvənin dayandığını deyə bilmərəm. Amma hesab edirəm ki, “sarı jilet”lilər dəstəyi həm Rusiyadan, həm ABŞ-dan, həm də Okeanın o tayından müxtəlif qruplardan alırlar”.

- Daha əvvəl “sarı jiletlilər” hərəkatının arxasında Soros və Pentaqonun dayandığı iddia olunurdu. İddiya görə Soros və Pentaqon Rotşildlərin ailəsinin maliyyə klanını Fransa, Almaniya və Britaniyadan çıxarmağa çalışır. Lakin indi Makron “sarı jiletlilər” hərəkatının arxasında Rusiyanın dayandığını bildirib Moskvanı ittiham edir.Makronun bu davranışı nəylə bağlıdır?

- “Sarı jiletli”lər məsələsi Fransada başlayanda müxtəlif iddialar irəli sürülürdü. Bəziləri bunu Trampla, ABŞ-la və Soros ilə bağlayırdılar. Bildirirdilər ki, Fransanın dövlət başçısı olan Makronun NATO-da ABŞ-a qarşı çıxması Avropa Birliyinin öz ordusunu yaratmaq istəməsi, yəni Makronun Fransanın növbəti de Qollu olması pereespektivini ortaya çıxardı. Ona görə də Makrona qarşı Pentaqonun ayaqlanması normal qəbul olunur. Makronun ABŞ tərəfindən hakimiyyətdən birbaşa göndəriləcəyi əslində bir riskdir. Lakin Makronun xalq tərəfindən ikinci dəfə seçilmək imkanını sıfıra endirmək, ya da Makronu istefaya məcbur etmək mümkündür. Buna görə də mən də o fikirlərə qatılıram ki, “sarı jilet”lilər hərəkatının əsas hədəfi Fransada hakimiyyəti dəyişmək, Makronu istefaya məcbur etmək, bu da olmasa, onun ikinci dəfə seçilməsini imkansızlaşdırmaqdan ibarətdir.

Hələ sarı jiletlilər” hərəkatı təzə baçladığı zaman Fransanın bəzi KİV-ləri yazırdılar ki, iğtişaşlar əslində Rusiya tərəfindən hazırlanıb. Düzdür Rusiya bu iddiaya qəti etirazını bildirmişdi. Rusiya qeyd etmişdi ki, biz Makronu niyə devirməyə çalışaq? Buna baxmayaraq bu yaxınlarda isə Makronun özü də Rusiyanı “sarı jilet”lilər məsələsində ittiham etdi. Əgər Fransa artıq prezident səviyyəsində sarı jiletlilər” hərəkatının yönləndirilməsini Rusiya ilə bağlayırsa və Modskvanı ittiham edirsə, bu ittiham ciddi qəbul olunmalıdır.

Mən birmənalı şəkildə “sarı jilet”lilərin arxasında hansı qüvvənin dayandığını deyə bilmərəm. Amma hesab edirəm ki, “sarı jilet”lilər dəstəyi həm Rusiyadan, həm ABŞ-dan, həm də Okeanın o tayından müxtəlif qruplardan alırlar. Çünki “sarı jilet”lilərin bir layihə olmasını düşünürəm. Çünki onların əvvəl irəli sürdükləri tələblər başqa idi, indi isə onlar artıq Mokronun hakimiyyətdən getməsini, istefasına qədər olan tələbləri böyüdüblər.

Zaur Məmmədov: “Hesab edirəm ki, Avropa İttifaqı öz yolunu davam edəcək və çox qütblü dünya sistemində müstəqil şəkildə öz yerini tutacaq”.

- Avropa İttifaqında ciddi fikir ayrılıqlarının ortaya çıxması və “Breksit”, həmçinin “sarı jiletlilər” burulğanına düşən Avropa Birliyinin bu böhrandan çıxa biləcəkmi və yaxud nə qədər “yara” alıb çıxa bilər?

- Birmənalı olaraq bu gün Avropa İttifaqı daxilində böhran var. Bu böhran bir çox məsələlərlə bağlıdır. Bu böhran Almaniya və Fransa kimi ölkələrin ABŞ dəyərlərinə qarşı çıxması və özlərini müstəqil aparma siyasəti yürütməsi meyilliklərindən tutmuş, qlobalistlərlə anti-qlobalistlər arasında olan mübarizəylə, eyni zamanda dünyanın məşhur, zəngin qrupları arasında olan mübarizənin şiddətlənməsi ilə əlaqəlidir.

Heç də sirr deyil ki, hətta ABŞ ideoloqları olan Kissincer, Bjeniski kimi şəxslər də son zaman verdikləri qeydlərdə bildirirlər ki, ittifaq böhran yaşayır və bir neçə ildən sonra yeni dünya düzəni yaradılacaq.

Versal sistemi və ondan sonra olan soyuq müharibə sistemi və s. görünür çökməkdədir. Bunların yerini də çoxqütblü beynəlxalq sistem tutmalıdır. Buna görə də təbii ki, dünyanın bir çox ölkələrində böhran yaşanacaqd və biz bu gün bu böhranı Avropa İttifaqında müşahidə edirik.

Avropa İttifaqı dünyanın bir nömrəlçox millətli, həmçinin çox dövlətli böyük ittifaqdır. Bu təşkilatın daxilində böhranın olması labüd idi. Bundan sonra da böhranlar olacaq. Böhranlar tək Fransada deyil, “sarı jilet”lilər kimi hərəkatlar Avropanın digər ölkələrində də özünü göstərəcək. Lakin mən hesab edirəm ki, Avropa İttifaqı öz yolunu davam edəcək və çox qütblü dünya sistemində müstəqil şəkildə öz yerini tutacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar