Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bordin: "Sona qədər mübarizə apardıq ki, daha çox qol vuraq"

"Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransı keçirib

"Report" xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

Oyun elə də asan keçmədi. Rəqib bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yaratdıq. Epizodların birində də Emin Mahmudov gözəl qol vurdu. Oyuna nəzarət edən tərəf idik. Sona qədər rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratdıq. Müdafiədə bəzi boşluqlarımız oldu. Ancaq qapıçımız Səlahət Ağayev çox yaxşı çıxış etdi. İkinci qoldan sonra hesabı daha da artıra bilərdik. Sona qədər mübarizə apardıq ki, daha çox qol vuraq.

Canluka Sansone meydanda olduğu müddətdə əsas yaratdımı ki, növbəti matçlarda daha çox oynasın?

Onun oyun praktikası yox idi. Hələ də matçın ritmini tam olaraq tutmasına çox qalıb. Əlbəttə, onu yaxşı tanıyıram. Sansoneyə bir az vaxt lazımdı.

- Vangelis Platellas rotasiyalarda özünü necə göstərir? Ondan istədiyinizi ala bilirsiniz?

O, həm hücumda, həm müdafiədə komandaya çox kömək edir. Platellasdan çox razıyam. Dünən “Qarabağ” qələbə qazanmışdı, bugünkü matçın çətin olacağını bilirdik. Bütün komandanı təbrik edirəm.

“Neftçi”nin hansı oyun keyfiyyətlərini artırmasına ehtiyacı var?

Son oyunla müqayisədə sxemi dəyişmək məcburiyyətində qalmışdıq. Çünki futbolçu çatışmazlığı var idi. Əlbəttə, oyunun gedişində sxemi rəqibə görə dəyişə bilərik. Hətta bir müddət 2 hücumçu ilə çıxış etdik. Amma komanda yorulmuşdu və yenidən sistemçi dəyişdik.

Rəhman Hacıyevin oynamaması nə ilə bağlıdır?

Hazırlığı yerindədir. Sadəcə, rəqibə uyğun oyun sistemi seçirik. Rəhmanla bağlı heç bir problem yoxdur.

Abbasovda geriləmə görürsünüz?

Deməzdim ki, onda geriləmə var. Bu gün də qol vurmaq şansı var idi. Çox hərəkətli idi və komandaya xeyri dəydi. Necə ki, fasilədən əvvəl çıxış edirdi, indi də o cürdür.

- Yayda demişnidiz ki, transfer məsələlərinə qarışmırsınız. Qışda necə oldu?

- Belə dediyimi xatırlamıram.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar