Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rotşildlərin bankirinə qarşı əməliyyatın pərdəarxası - Araşdırma

800 milyard dollarlıq gücü idarə edən Bollorun həbsi kimə gərəkdir?

Trampın Rotşild ailəsilə yaxınlığı yeni deyildi. Uilbur Ross neçə dəfə Rotşild ailəsinin pulu ilə batan Trampı qurtarmışdı.

Pentaqon, ailəyə yaxın olduğuna görə, Stiv Bennonu Trampın yanına qoydu. Artıq Tramp Pentaqona yaxın idi. Ancaq bu, uzun sürmədi. Seçildikdən sonra Rotşild ailəsinin təzyiqi Trampın onlara yaxınlaşması üçün yetərli oldu.

Baxın, burada balans ünsürü olan Stiv Bennon uzun zamandır Avropadadır. Rotşild ailəsinin çox güclü olduğu coğrafiyada gəzir, dolaşır, oyun qurur.

Stiv Bennonun Avropa ehtirasının səbəbi, əlbəttə, öz siyasi ambisiyası deyil. Ona verilən vəzifəni ən yaxşı formada yerinə yetirə bilərsə, – indiyədək çox uğurla irəliləyir, – böyük xəyalına qovuşa bilər. Bu xəyal bu gün uzaq görünə bilər. Lakin unutmayaq ki, zamanında Donald Trampın ABŞ Prezidenti olması da xəyaldan o tərəfə keçmirdi.

Stiv Bennonun Ağ Evdə prezident olması Rotşild ailəsinin çöküşü anlamına gəlir. Asandırmı? Heç deyil, lakin çıxılan yolun sonunda belə bir “işıq” görmək istəyənlər var. Güləşmənin səbəbi də budur.

Bennon arxasındakı gücü ən yaxşı şəkildə istifadə edən amerikalıdır. Rotşild ailəsilə savaşmasını araşdırarsaq, Bennonun gücünü də görə bilərik.

Bu məsələni bir az açaq, çünki önəmlidir. Həm də çox önəmlidir…

2018-ci ilin mart ayında Fransanın Lill şəhərinə gedən Bennon, Marin Le Penlə bir araya gəldi. Bu, bir sirr deyil. Çox tez-tez bir araya gəldikləri məlumdur. Bir-birlərini qucaqlayacaq qədər yaxın olan Bennonla Le Pen saatlarla davam edən uzun toplantı keçirdi. Bennon, Rotşild ailəsinin Fransadakı gücünü və beləliklə, Afrikadakı təsirini azaltmaq üçün Le Penin Fransa hüquq sistemindəki gücündən istifadə etmək istədi.

Kimin üçün? Vinsent Bollor üçün. Məsələni bir az da açaq.

Bollor 19 yaşında investisiya bankı “Edmond de Rothschild”də stajçı kimi işə başladı. Qalacaq yeri belə olmayan bu gənc adama kirayə qalması üçün yardım da edildi. Rotşild ailəsinin bir çox önəmli “layihə iş adamları” kimi, Vinsent Bollor da böyüdü, mediaya girdi. Fransa Afrika qitəsində telekommunikasiya, maliyyə, enerji, reklam, dənizçilik və aviasiya sahəsini Bollorun əmrinə verdi.

Təbii, bizlər bunu belə bilmərik. Böyük qitədə tək bir adamın bu qədər təsirli olmasına inanmaq da istəmərik. Bu, bizə uyğun bir baxış deyil. Ancaq belədir. Böyük güclər önəmli şəxsləri ortaya çıxarar və onlar vasitəsilə oyun qurarlar. Nə isə…

Bir çox ölkədə seçkinin nəticələrinə Vinsent Bollor qərar verirdi. Vinsent Bollor ailənin istəyilə, daha aqressiv və nəticəyə yönəlik iş görmək baxımından bir dahi olan oğlu Yannik Bolloru önə çıxarmağa qərar verdi. Bollor ailəsi böyüyürdü. Durmurdu. Təbii, bu, Rotşild ailəsinin qərarı idi.

Bu böyük gücü mühasirəyə almaq istəyən də Stiv Bennon idi. Afrikadakı limanların 20%-nə sahib olan Vinsent Bollora qarşı əməliyyat keçirilməsinə qərar verildi. Marin Le Penin Fransa hüquq sistemindəki təsirli gücü inkar edilə bilməzdi. Bennonun Fransada Le Peni ziyarət etməsindən bir neçə həftə sonra 2009-2010-cu illərdə Toqo, Keniya, Konqo və Qvineya başda olmaqla 7 Afrika ölkəsində hökumətin vəzifəli şəxslərinə rüşvət vermək iddiası ilə həbs edilən şəxs Vinsent Bollor idi.

Öz işində olan insanlar hadisələrə belə baxa bilməzdi. Ancaq böyük güclər toqquşarkən adamlar xərclənirdi. Təbiidir. “Çıxarkən yavaşlaya bilərsən, yıxılarkən əsla” ifadəsi bir daha həyatda qarşılığını tapırdı. Dava-dalaş beləcə davam edir.

Beynəlxalq hüquqçular Vinsent Bollorun, ən azı, 10 il həbs cəzası alacağını söyləyirlər. Alarmı, almazmı, bilə bilmərəm. Ancaq adamın nəzarət altına alınması həqiqətdir.

Onun görünən sərvəti 7 milyard dollardır, lakin idarə etdiyi maliyyə-iqtisadi gücün dəyərinin 800 milyard dollardan çox olduğu məlumdur.

Vinsent Bollor həbsə girərsə, oğlu Yannik də həbsə girəcək. Çünki rüşvət verməkdə mərkəz olaraq göstərilən “Vivendi” şirkəti ata və oğula məxsusdur.

Bu şəxsin önəmli olması ilə bərabər, işin içində iş var. Əgər Bollorlar cəza alıb həbsə girərlərsə, hadisə daha böyük coğrafiyaya yayılacaq.

Bu arada, Vinsent Bollorun ortaqlarından biri də Berluskonidir.

Rotşild ailəsinin ən dəyərli şəxslərindən birinin həbs cəzası ilə mühakimə olunması belə, İngiltərə, Hollandiya, İtaliya, Almaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Misir kimi 43 ölkədə ailənin pulunu idarə edənlər üçün risk yaradacaq. Çünki Bennon üçün hazırlanan hesabatlarda hansı ölkədə hansı iş adamlarının Rotşild ailəsilə birgə hərəkət etdiyi göstərilir. “Dərin Amerika” Rotşildlərin adamları ilə, ailə də “dərin Amerika”nı Tramp vasitəsilə yola gətirməklə məşğul olmaqdadır.

Bu şəxsləri tapmaq üçün kəşfiyyat fəaliyyətinə ehtiyac yox idi, çünki onlar açıq fəaliyyət göstərirlər. Ancaq, əlbəttə, peşəkar bir tədqiqata ehtiyac var idi. Bu iş aparıldı və nəticəsi Bennona təslim edildi.

Bir müddət öncə bir araya gələn Bennon və “Blackwater”in qurucusu Erik Prinsin Meksika ilə sərhəddə qurulacaq divar və təhlükəsizlik məsələlərini müzakirə etdiyi açıqlandı. Bu, tamamilə yalan idi. Bennonla Prins Avropa, Afrika və Orta Şərq məsələlərilə əlaqədar görüşdülər. “Blackwater”in olduğu yerdə münaqişə və qan vardır. Orada hədəf ölkələrdəki hədəf isimlər müəyyən olundu.

Bunlar kirli savaşın ayaq səsləridir. 20-dən çox ölkədə kütləvi qırğın törətdiyi məhkəmə qərarları ilə sübut olunan və adını “Akademiya” olaraq dəyişdirən“Blackwater”in sistemində bir dəyişikliyin olmadığı ortadadır. Uniformaları belə, dəyişmədi. Sadəcə şirkətin adı dəyişdi.

Erik Prinsin israrla ölkəsini sevən bir millətçi kimi təqdim edilməsi də Bennonun böyük planının “doğru addımlar”la irəlilədiyini göstərir.

Bu səbəblə, artıq Avropanın da güvənli olmadığını qəbul etmək faydalı olardı. Təsadüfi deyil ki, bütün Avropa ölkələrinin kəşfiyyat qurumları ciddi hərəkətlilik içindədirlər. Bu, adi durum deyil. Hər bir kəs dalğanın gələcəyini bilir, təxmin edir. Sadəcə, haradan, necə gələcəyini müəyyən edə bilmirlər.

Oskar mükafatı almış sənədli film rejissoru Errol Morris bir müddət öncə dedi ki, “Bennon, Makronu Rotşildin kiçik bankiri sayır”. Errol Morris “dərin Amerika”nı ən yaxşı tanıyan şəxslərdən biridir. ABŞ-ın İraqı işğal etdiyi zaman nələr etdiyini, gizlədilən həqiqətləri bəzi konfranslarda anladır. Bennonu da yaxşı tanıyan Morrisin bu açıqlamaları artıq Makronun da ipinin çəkildiyinin işarəsidir.

Bu arada Morris Bennonu da, “dərin Amerika”nı da sevmir və sərt şəkildə tənqid edir.

Gördüyünüz kimi, dünyanın nə üçün bu qədər xaotik hal aldığını anlamağımız da çətin deyil.

Güc qütbləri arasında gedən savaşda anlaşmaq çox çətindir. Belə günlərdə sülh üçün masa qurula bilməz. Çünki sülh masasının qurulmasının istənmədiyi zaman dilimindəyik.

Bu savaş anlaşma olmadan nəticələnərsə, ən azı, 100 il daha belə böyük bir qarışıqlıq yaşaya bilmərik. Çünki savaşda qalib gələnin quracağı sistemin asanlıqla pozula bilməyəcəyi də qətidir. Bu səbəblə, hazırda gördüyümüz savaş daha öncə olan savaşlardan fərqli və çox böyükdür. 100 illik bir “mötərizə” açılacaq. Kim içində qalacaq, kim xaricində? Bunu yaşayıb görəcəyik.

Qeyd: Digər tərəfdən, Cef Bezosla Trampın döyüşü zirvəyə çıxıb. ABŞ-da bunun nəticələrini görəcəyimizdən əmin olun. Təbii, hər yerdən də hiss ediləcəkdir. Şəxslər üzərindən külək əsdirmək istəyirlər. Əslində, başladı da.

Bezos, “dərin Amerika”nın önəmli şəxsi və zənginidir. Trampla münaqişə vəziyyətindədir. Böyük müharibə Ağ Evin daxilində də, “Washington Post”da da, Xaşuqcinin qeyb olduğu Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda da davam etməkdədir… (Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar