Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağalarovların təşkil etdiyi həmin görüş... -Trampın başı dərddə

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri 2016-cı ilin iyun ayında Nyu-Yorkdakı “Trump Tower” də indiki prezident Donald Trampın oğlu ilə Kremlə bağlı olduğu təxmin edilən rusiyalı vəkil Natalya Veselnitskaya arasında baş tutmuş görüşə dair telefon danışıqlarını əldə etmək üçün məhkəməyə müraciət hazırlayır

Amerika KİV-ləri xəbər verir ki, müraciət Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsində tərtib edilib.

Xatırladaq ki, həmin görüş Tramp-Rusiya gizli sövdələşməsini araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqat predmetidir. Görüş azərbaycan əsilli rusiyalı biznesmen Araz Ağalarov və oğlu Emin Ağalarovun dəstəyi ilə təşkil olunub. Kiçik Donaldın rusiyalı vəkillə görüşməkdə məqsədi ondan Hillari Klinton barədə kompromatlar almaq idi. Lakin sonradan o, Konqresə verdiyi ifadədə deyib ki, görüş başlayanda Veselnitskayanın əlində heç bir kompromatların olmadığı bəlli olub. Hazırda Emin Ağalarovun adı da bu təhqiqatda keçir və biznesmen-müəğnni həbs oluna biləcəyindən ehtiyat edərək ötən ay Amerikaya planlaşdırdığı konsert turnesini təxirə salmalı olmuşdu.

Bu günlərdə Amerika telekanalları xəbər veriblər ki, Trampın oğlu həmin görüşdən əvvəl və dərhal sonra gizli telefon nömrəsi ilə kimlərəsə zəng vurub. Və belə ehtimal edilir ki, onun telefon əlaqəsi saxladığı şəxslərdən biri Rusiyadan olub, digəri isə ola bilsin atası Donald Tramp idi.

CNN telekanalı isə həmin telefon danışıqlarının prezidentin oğlunun biznes tərəfdaşları ilə aparıldığını bildirir.

Demokratların Nümayəndələr Palatasında üstünlüyü ələ aldığı indiki vaxtda kəşfiyyat üzrə komitənin rəhbəri Adam Şiff Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair təhqiqatı yenidən bərpa edib. Və o, Trampın oğlunun telefon danışıqlarının Konqresə təqdim edilməsi barədə məhkəmə iddiası qaldırıb. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Ən çox oxunanalar