Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada yenidən “pripiska” başlayıb - Hökumət prezidentin tələbinə "möcüzə" ilə cavab verir

“Federal Dövlət Statistika Xidməti Rusiya iqtisadiyyatı ilə bağlı məlumatları sovet dövründə olduğu kimi şişirdir”

Rusiyanın “Vedemosti” işgüzar qəzetində “Statistika necə qurulur” başlqla məqalə gedib. Həmin məqalədə “Rosstat”ın (Federal Dövlət Statistika Xidməti) məlumatına əsasən ölkə iqtisadiyyatının böyüməsi ilə bağlı rəqəmlər əks olunur”. Bu fikirlər Fransanın “Le Figaro” qəzetində dərc olunan məqalədə əks olunub.

PİA.az “AzPolitika.info”-ya istinadən həmin məqaləni təqdim edir:

Rusiya Federal Dövlət Statistika Xidmətinin – “Rosstat”ın məlumatına görə, 2018-ci ildə Rusiya Ümumi Daxili Məhsul(ÜDM) rekord səviyyədə-2,3 % yüksəlib.Bu göstərici bütün iqtisadçıların təəcübünə səbəb olub. Belə ki, hətta ən nikbin proqnozlara əsasən ÜDM böyüməsi 1,8 % olmalıydı. Ekspertlər rəqəmələri analiz edərək, “saxtakarlıq” və “nağıllar”barəsində danışaraq deyirlər ki, burada məqsəd əhalinin mənəvi ruhunu qaldırmağa yönəlib.

Analitiklər “Rosstat”ın hesablamalrına Yamalda sıxılmış qaz istehsalı ilə əlaqədar nəhəng zavodun tikintisinə qoyulan sərmayənin daxil edilməsini “texniki manipulyasiya”sayırlar. Burada söhbət Fransanın “Total”şirkətinin iştirak etdiyi və dəyəri 27 milyard dollar olan layihədən gedir.

Hazırda “Rosstat”ı kurasiya edən Rusiya İqtisadi İnkişaf Nazirliyi öz pres-relizində qeyd edib ki, Yamaldakı tikinti layihəsi ilə investisiyanın statistik göstəricilərinin birləşdirilməsi lazımdır. Nəticədə tikinti sektorunun göstəriciləri əhəmiyyətli şəkildə (+4,7%) artıb. Öz növbəsində maliyyə sahəsinin böyüməsi (+6,3%) uçot faiz dərəcələrinin qaldırılması və bank kreditlərinin sayının düzgün hesablanmamasından irəli gəlir. Maliyyə köpüyü riskinin olmasına baxmayaraq, ÜDM-in artımında bu göstəricilər də yer alır.

“Alfa Bankın” baş iqtisadçısı Natalya Orlova bu məsələ ilə əlaqədar deyib: “Bizim hamımız bu rəqəmlərdən təəccübləndik. Biz bilirdik ki, Krım körpüsünün və futbol üzrə dünya çempionatı üçün tiklən stadionlar müsbət təsir göstərəcək, lakin biz Yamal barəsində düşünmürdük.”Rosstat” tələsik işləməyə məcbur olub və bütün layihələri tikinti qrafasına yazıb,amma gələcəkdə ola bilər ki, bunlar nəqliyyat qrafasına yerləşdirilsin. Ümumiyyətlə isə söhbət texniki məsələlərdən gedir”.

Ancaq hər halda iki yüksək vəzifəli keçmiş nazir iqtisadi inkişaf naziri Maksim Oreşkinin manevrlərinə kritik yanaşır. Bunlardan biri iqtisadi inkişaf nazirliyinin iqtisadi proqnozlaşdırma departamentinin keçmiş direktoru Kirill Tremasovdur. O, tiknti ilə bağlı bu cür hesablamaların aparılmasını axmaqlıq adlandırıb. Digər şəxs keçmiş nazir müavini Andrey Klepaç da “Rosstat”ın məlumatlarına şübhə ilə yanaşdığını deyib.

Hazırkı rəqəmlər Pavel Malkovun “Rosstat”ın rəhbəri təyin olunduqdan ay yarım sonra dərc edilib. Pavel Malkovun sələfi Aleksandr Surinovu hədsiz tutqun statiskaya görə ittiham edirdilər. Bir neçə il əvvəl keçirilən mətbuat konfransında o zarafatla demişdi: ”Üç yalan növü mövcuddur: yalan, həyəsız yalan və statistika”.

Moskva Karnegi Mərkəzinin “İqtisadi siyasət” proqramının direktoru Andrey Movçan deyir: “Sövet zamanı buna rəqəmlərin şişirdilməsi (pripiska) deyirdilər. Bu gün də “Rosstat” həmin yolla gedir. Sistem daha da bürokratlaşır, idarələr həqiqəti əks etdirən məlumatı yox, onlardan gözlənilən statistikanı verirlər.İndi inflyasiya və alıcılıq qabiliyyəti ilə bağlı olan məlumatlara xüsusi ehtiyatla yanaşırlar”.

Digər yandan stastistikanın şişirdilməsi ilə bağlı olan meyllər daha da arta bilər. Belə ki,Vladimir Putin Rusiya hökumətinin qarşısında ildə 4 %-dən çox böyümək və dünyanın beşinci iqtisadiyyatına çevrilmək tapşırığı qoyub. Bütün bunlar Rusiya statistiklərindən möcüzələr göstərmək qabiliyyəti tələb edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar