Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xidmət personalı olmayan ilk mağaza istifadəyə verilib - Tailandda

Ən böyük mobil əlaqə operatorlarından olan AIS kompaniyası Tailandın Phuket şəhərində xidmət personalı olmadan fəaliyyət göstərən ilk mağazasını istifadəyə verib

“Bangkok Post” qəzetinin yaydığı məlumata görə, kompaniya həmin mağazanın işə salınması üçün 20 milyon bat (635,8 min dollar) xərcləyib. Ticarət nöqtəsində nə işçi, nə də növbə var, alış-veriş üçün isə nağd puldan istifadə olunmur. AIS mütəxəssisləri təşəbbüsün mağazanın gündəlik xərclərini 30-40 faiz azaltmağa imkan verəcəyini düşünürlər. Bütün krallıq ərazisində kompaniyanın 161 ticarət nöqtəsi fəaliyyət göstərir.

Yeni mağazada müştərilərə ümumi və sorğu ilə informasiya təqdim edən, həmçinin onları məhsul və xidmətlər barədə məlumatlandıran süni intellekt – “Liza” adlı robot fəaliyyət göstərir. Burada alıcılar sensor ekran vasitəsilə müstəqil sifarişlər verə və məhsullar seçə, ödənişlər edə bilərlər. AIS nümayəndələri kompaniyanın bütün mağazalarında süni intellektdən istifadə etmək niyyətində olduqlarını bildiriblər.

Kompaniyanın 2018-ci ildəki xalis gəliri 29,6 milyard bat (941,1 milyon dollar) təşkil edib ki, bu da ötən illə müqayisədə 7,7 faiz çoxdur. (Azərtac)

pia.az


Etiket: Tailand AIS

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar