Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp senatorlara hesabat verməkdən yayınıb - Camal Qaşıqçı işi

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun jurnalist Camal Qaşıqçının qətlində əli olub-olmadığı barədə Amerika Konqresinin senatorları qarşısında məruzə etməkdən yayınıb

CNN telekanalı xəbər verir ki, Senatın xarici məsələlər üzrə komitəsi hələ oktyabrın 10-da vəliəhd şahzadənin Kaşıkçının ölümündə əli olub-olmamasını müəyyənləşdirmək və 120 gün ərzində öz qərarı barədə qanunvericilərə hesabat vermək tələbi ilə Donald Trampa məktub ünvanlamışdı. Müəyyən olunmuş vaxt fevralın 8-də sona çatıb.

ABŞ administrasiyası isə öz növbəsində prezidentin sorğuya cavab vermək öhdəliyinin olmadığını bildirib. Ağ ev nəzdində milli təhlükəsizlik şurasında olan digər mənbənin sözlərinə görə, prezidentin müəyyən olunmuş vaxtda senatorların sorğusuna cavab vermək kimi hüquqi məsuliyyəti yoxdur. Lakin Dövlət Departamenti gün ərzində senatorlara izahat məktubu göndərəcək. Məktubun mövzusu barədə məlumat verilmir. Administrasiyadakı digər mənbələr isə Trampın Qaşıççının qətli ilə bağlı qanunvericilərlə müzakirələr aparmağa davam edəcəyini və günahkarların məsuliyyətə cəlb edilmələri üçün tədbirlər görəcəyini deyiblər.

Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik kompleksdən çıxarıldığını etiraf etmişdi.

Camal Qaşıqçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi. (AZƏRTAC)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar