Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pul bazarında bitkoinin payı 56 faiz artıb

Son il ərzində rəqəmsal pul bazarında bitkoinin payı 56 faiz artıb

Modern.az xarici mediaya istinadən xəbər verir ki, 2018-ci ilin fevralında kriptovalyutanın dominantlığı 34 faiz təşkil edib, hazırda 53 faizdən yuxarıdır. Bir çox altkoinlərin (bitkoindən savayı bütün kriptovalyutalar) mövqeyi bu müddət ərzində ciddi şəkildə zəifləyib. Belə ki, “Ethereum”un göstəriciləri 20 faizdən 10 faizə düşərək 2 dəfə, “Bitcoin Cash” isə 5,62-dən 1,84 faizə düşərək 3 dəfə azalıb. “NEM” (1,2-0,3 faiz) və “NEO” (1,6-0,4 faiz) 4 dəfə azalaraq daha çox zərər çəkiblər.

Öz mövqelərini ən yaxşı qoruyan “XRP” və “Litecoin” altkoinləri olub. San-Fransiskodan olan “Ripple” şirkətinin kriptovalyuta payı üçdəbir dəfə - 10,76 faiz artıb. Çarli Linin pulu isə özünün əvvəlki mövqeyini – rəqəmsal pul bazarında 2 faiz payını qoruyub saxlayır.

Ötən il ərzində blokçeyn sahəsində kapitallaşma praktik olaraq 5 dəfə aşağı düşüb. Ötən il fevralın ortalarında o, 500 milyardı üstələyirdi, hazırda isə kriptovalyutanın ümumi dəyəri 114 milyard dollar təşkil edir. Altkoin satışının həcmi 40 faiz – 27 milyarddan 16 milyardadək aşağı düşüb.

pia.az


Etiket: Bitkoin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar