Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda gənclərin sayı kritik şəkildə azalıb - Demoqrafik təhlükə ilə üz-üzəyik?

Lalə Mehralı: “İndiki ailələrin “kiçik ailə” modelinə daha çox üstünlük verməsinin başqa səbəblərinə məsuliyyətdən yaxa qurtarmaq, “az büdcə ilə çox uşağa baxa bilməmək” kimi fikir də təsir edə bilər”

Yayılan məlumatlara görə, Azərbaycanda son 10 ildə gənclərin sayı 25 faiz azalıb. Belə ki, 2011-ci ildən başlayaraq 2019-cu ilin əvvəlinədək ötən dövrdə 15-19 yaş qrupuna daxil olan gənclərin sayı 228,1 min nəfər və ya 26 faiz, 20-24 yaş qrupuna daxil olan gənclərin sayı isə 183,4 min nəfər və ya 19 faiz azalıb. Bu iki yaş qrupu (15-24) üzrə ümumi azalma 411,5 min nəfər və ya 23 faiz təşkil edir. Bu tendensiya isə bəzi ekspertlər tərəfindən təhlükəli vəziyyət kimi qiymətləndirilir. Yəni, ölkədə gənclərin sayının azalması gələcəkdə bəzi problemlər yarada bilər.

Ümumiyyətlə, son zamanlar Azərbaycanda demoqrafik problem özünü göstərməkdədir. İstər doğuşun azalması, istərsə də miqrasiyasın artması bölgədə artıq demoqrafik problemin yaranmasına səbəb olur. Qeyd edək ki, ölkəni tərk edənlər arasında gənclər böyük əksəriyyət təşkil edir. Bu da təbiidir. Məhz gənc nəsil özlərinə daha firəvan həyat qura bilmək üçün xaricə, xüsusən Avropa ölkələrinə üz tuturlar.

Ölkədə gənclərin sayının kritik şəkildə azalmasının başqa hansı sosial-iqtisadi səbəbləri var?zərbaycanda demoqrafik tarazlığı bərpa etmək və qorumaq üçün artıq dövlət proqramına ehtiyac varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı sosioloq-jurnalist Lalə Mehralının fikirlərini öyrənib.

Lalə Mehralı: “25-30 il bundan öncə insanlar üç və ya dörd uşağı normal ailə modeli kimi görürdülərsə, mövcud şəraitdə maksimum iki uşaqla kifayətlənməyi üstün tuturlar”.

Gənclərin sayının azalmasına təsir edən amillərdən biri də indiki ailələrin az uşağa meylli olduğunu qeyd edən sosioloq Lalə Mehralıya görə, ölkədə minimum əmək haqqının aşağı olması da göstəricilərə təsir edir:

“Gənclərin sayının azalmasının başlıca səbəblərindən biri ailə quran tərəflərin “cırtdan ailə” modelinə meylli olmasıdır. Yəni, indiki ailələr az uşaqla kifayətlənirlər. 25-30 il bundan öncə insanlar 3-4, sovet dönəmində isə 6-7uşaqlı ailə normal ailə modeli kimi görürdülərsə, mövcud şəraitdə maksimum iki, çox hallarda isə bir uşaqla kifayətlənməyi üstün tuturlar. Hətta əksər ailələr tək uşaqlıdır. Son bir neçə ildə ailələrdə üç və ya dörd uşaq müşahidə olunur.

Qeyd edim ki, 10 il ərzində baş verən dəyişikliyə müasirlik kontekstindən də baxmaq lazımdır. İndiki ailələrin “kiçik ailə” modelinə daha çox üstünlük verməsinin başqa səbəbləri də məsuliyyətdən yaxa qurtarmaq, “az büdcə ilə çox uşağa baxa bilməmək” kimi fikir də təsir edə bilər. Əgər biz üç uşağa 500 manat pul ayırırıqsa, burada natamamlıq baş verir. Ancaq həmin məbləği bir və ya iki uşaq arasında bölürüksə, daha yaxşı həyat şərtləri və təhsillə təmin etmiş oluruq.

Bundan başqa, ali təhsil üçün xarici ölkələrə gənclərin sayı da göstəricilərə təsir edir. Onlar xaricdə oxumağa getsələr də, sonradan əksəriyyəti daha yaxşı şərtlərdə iş sahibi olurlar və ölkəyə qayıtmaq istəmirlər. Onlar bu fürsəti əldən vermək istəmədiklərinə görə həyatlarını ölkəmizin hüdudlarınızdan kənarda qurmaq qərarı verirlər. Təbii ki, bu cür qərarlar ölkənin gənc qisminin statistikasında özünü biruzə verir.

Lalə Mehralı: “Minimum əmək haqqı və istehlak səbətinin məbləğini ümumiləşdirdikdə, bu vəsaitlə üç və ya dörd uşağa baxmaq real görünmür”.

Biz deyə bilmərik ki, orta statistik azərbaycanlı yüksək səviyyədə yaşayır və ya maaş alır. Minimum əmək haqqı və istehlak səbətinin məbləğini ümumiləşdirdikdə, bu vəsaitlə üç və ya dörd uşağa baxmaq real görünmür. Bu baxımdan ailələr daha az uşaq sahibi olmağa can atırlar. Bu isə demokrafik göstəricilərdə özünü əks etdirir.

Bütün hallarda son illərdə müşahidə edirik ki, dövlət tərəfindən yüksək vəzifələrə səlahiyyətli gənclərin inteqrasiyası bərpa olunur. Bu addımı yüksək qiymətləndirmək olar. Hesab edirəm ki, gənc kadrların bu şəkildə işə cəlb olunması, məsuliyyətli işlərin onlara həvalə edilməsi fonunda gənclər öz ölkəmizdə işləməyə maraqlı olsunlar”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar