Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ senatı Trampa qarşı çıxdı

Sülhəddin Əkbər: “Oturuşmuş nizam Trampa ciddi müqavimət göstərir və bir çox hallarda onun qərarlarına tabe olmur”

ABŞ Senatı ölkənin yeni Yaxın Şərq siyasətini müəyyənləşdirəcək qanun layihəsini 23 əleyhinə, 77 səs lehinə olmaqla qəbul edib. Layihəyə hər iki partiyadan da senatorlar dəstək verib.
Sözügedən layihəyə əlavə olunan yeni maddə ilə Tramp Suriya və Əfqanıstandakı ABŞ varlığını davam etdirməyə və buradakı əsgərləri geri çəkməməyə dəvət edilir.

“Yaxın Şərqdə Amerikanın Təhlükəsizliyini Gücləndirmək” adı verilən layihə Konqresin ötən dövründə üzərində çalışılan və iki partiyanın da dəstək verdiyi 4 qanun layihəsinin birləşməsindən yaranıb.

Bu qanunlardan ikisi ABŞ-ın İsrail və İordaniya ilə əlaqələrinin gücləndirilməsini ehtiva edir. Üçüncü layihə İsrailə qarşı boykot, təcrid və sanksiya hərəkətlərinin zəiflədilməsini, dördüncü layihə isə Suriyada Əsəd rejiminə əlavə sanksiyalar tətbiq olunmasını nəzərdə tutur.

Sözügedən qanun layihəsində “Fələstin Üçün İsraili Boykot Təşəbbüsü” kimi tanınan maddə səbəbilə Demokrat senatorlar təpki göstərib.
Demokrat senatorlar onların İsrail üçün nəzərdə tutulan qanuna qarşı çıxmaması üçün Respublikaçıların layihəyə Əfqanıstan və Suriya ilə bağlı maddələri əlavə etdiyini irəli sürüb.

Suriya və Əfqanıstan ilə bağlı maddəni qanun layihəsinə əlavə edən Senatın əksər üzvləri, o cümlədən Mitç Mcconnell keçən həftə Senatda çıxışında “İŞİD və Əl-Qaidə hələ məğlub edilmədi. Amerikanın milli təhlükəsizlik maraqları buradakı missiyamızı davam etdirməyimizi tələb edir” demişdi.
Maraqlıdır ki, Amerikanın Suriyadan çəkilməsində Trampın, yoxsa Senatın qərarı həlledici olacaq, yəni ABŞ Suriyadan qoşununu çəkəcəkmi?

“Tramp, prezident olmasına rəğmən, güclü təzyiq altındadır”

“Hürriyyət”in sualını cavablandıran keçmiş təhlükəsizlik zabiti, Sülhəddin Əkbər dedi ki, qəti cavab vermək çətindir:

“Çünki Trampın əgər mövqeyinə baxılarsa, prezident olmasına rəğmən, güclü təzyiq altındadır. Bir tərəfdən Pentaqon, kəşfiyyat xidmətləri, digər tərəfdən Dövlət Departamenti, bir tərəfdən açılan bu təhqiqat və araşdırmalar onu güncə sıxışdırmış durumdadır. Digər tərəfdən də o, öz komandasının bildiyiniz kimi onlarla üzvünü artıq uzaqlaşdırmağa məcbur oldu. Bu baxımdan, Trampın öz ideya və planlarını həyata keçirməsi həmişə çətin görünüb. Mənə elə gəlir ki, Trampın belə bir niyyəti var, həm Əfqanıstandan, həm də Suriyadan qoşunlarının əsas hissəsini çəkmək niyyətindədir. Amma sadaladığım qurumlar buna imkan verəcək, verməyəcək, bunu söyləmək çətindir. Təbii ki, Senat da ona təzyiq göstərir. Amma əgər Tramp bunu özü üçün qarşıdan gələn seçki kompaniyası üçün çox vacib hesab edərsə, seçilərə öz verdiyi vədləri yerinə yetirən etibarlı bir siyasətçi kimi özünü göstərmək istəyərsə, bu məsələdə təkid edə bilər. Amma yenə də deyirəm, onun təkbaşına gücü çatacaqmı, bunu söyləmək çətindir”.

“Tramp istəyir ki, öz prezdentliyi dövründə köhnə düzəni dağıdıb, yeni düzən qurusun”

“Tramp və o qurumlar arasında fikir ayrılığı nədən irəli gəlir” sualına S. Əkbər belə cavab verdi: “Çünki o qurumlar strateji, uzun müddətli düşünürlər. Onlar əsasən, Amerikanın oturuşmuş nizamını təmsil edirlər, yəni institutlaşmış, strukturlaşmış qüvvələrdir. Tramp isə istəyir ki, qısa bir müddətdə, öz prezdentliyi dövründə bu strukturları dağıtsın, köhnə düzəni dağıdıb, yeni düzən qurusun. Təbii ki, oturuşmuş nizam, onun təmsilçiləri həm institusional, həm də qrup səviyyəsində buna müqavimət göstərirlər. Prezidentin də möqeyinin o qədər də güclü olmadığını nəzərə alsaq, gördüyünüz kimi, bir çox hallarda Trampın deyil, o qurumların dediyi olur. Yəni oturuşmuş nizam Trampa ciddi müqavimət göstərir və bir çox hallarda onun qərarlarına tabe olmurlar, dediklərini yerinə yetirmirlər, bəzən də onun qərarlarını dəyişməyə məcbur edirlər”.

“Fələstinə Qüdsə yaxın bir qəsəbədə paytaxt verilməsi nəzərdə tutulur”

“Trampın istəyi odur ki, nəyahət, Fələsinlə İsrail arasında “yekun sülh” əldə olunsun. Çünki “yekun sülh” dedikdə bu İsrailin istədiyi Qüds mərkəzli bir plandır və burada Fələstin torpaqlarının böyük bir hissəsinin İsrailə verilməsi, Qüdsün İsrailin paytaxtı kimi tanınması nəzərdə tutulub. Fələstinə isə Qüdsə yaxın bir qəsəbədə paytaxt verilməsi nəzərdə tutulur. Nəzərdə tutulub ki, bu plan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya kimi qonşu dövlətlər tərəfindən də dəstəklənsin. Bu plan çərçivəsində Tramp istəyir ki, həm Suriyadan, həm də Əfqanıstandan qoşunlarını çıxartsınlar və beləliklə İran məsələsinə tam konsentrasiya oluna bilsin. Yəni qısaca desək, bu planın məqsədi İsrailin istədiyi variantda Fələstin məsələsini həll etmək, Suriyada, Əfqanıstanda keçidi aralıq da olsa, sülhə nail olmaqla, bütün diqqəti İran məsələsinə yönəltməkdən ibarətdir, məqsəd budur”,- deyə keçmiş təhlükəsizlik zabiti vurğuladı.

“Hələ ki, Əsədin qalması ilə tərəflər istəsələr də, istəməsələr də razılaşmalı olurlar”

“Layihə həmçinin Suriyada Əsəd rejiminə əlavə sanksiyalar tətbiq olunmasını nəzərdə tutur. Bu sanksiyalar Əsəd rejiminin sonunu gətirə bilərmi” dedikdə S. Əkbər diqqətə çatdırdı ki, Əsəd rejimi onsuz da çöküb: “Amma bu məsələnin mən uzun çəkəcəyini düşünürəm. Yəni hələ kiminsə, istər Tramp, istər Senat, istərsə də Amerikanın hansısa qurumu olsun, hansısa planı ortaya atmağı o demək deyil ki, bu plan yüz faiz həyata keçəcək. Yaxın tarixdə bunun çoxsaylı misallarını görmüşük. Hər plan heç də həyata keçmir. Söhbət Yaxın Şərqdə sülh məsələsindən gedirsə, bunu əminliklə söyləmək olar. Yəni bu, o demək deyil ki, bu plan baş tutacaq. Sadəcə olaraq bir plandır, niyyətdir, onun baş tutub-tutmayacağını gələcək göstərəcək. Konkret Suriyaya gəldikdə mən bu məsələnin uzanacağını düşünürəm. Çünki Suriya artıq geopolitik bir məsələdir. Hələ ki, böyük geopolitik güclər arasında bu məsələ ilə bağlı konsensus yoxdur, mən onu görmürəm. Düzdür, prinsip etibarilə müəyyən razılaşmalar var. Amma hələlik detallı bir razılaşma yoxdur. Ona görə də mən Suriya məsələsinin, eyni zamanda siyasi həll məsələsinin uzanacağını düşünürəm. Mən siyasi həll dedikdə Suriyanın gələcək Konstitusiyasının işlənib hazırlanmasını, Konstitusiya əsasında müvəqqəti hökumətin yaradılmasını və seçkilərin keçirilməsini nəzərdə tuturam. Bu müddətdə hələ ki, Əsədin qalması ilə tərəflər istəsələr də, istəməsələr də razılaşmalı olurlar”.

“Söhbət 2200 döyüşən silahlı qüvvənin əsas hissəsinin çəkilməsindən gedir”

“İki gün öncə, Suriyada terror təşkilatı YPG/PKK –nın işğalında olan əraziyə zirehli maşın, iş texnikaları, generator kimi materiallar daşıyan 150 TIR-ın daxil olduğu bildirilir. Bu da ABŞ-ın regiondan çəkilməsini sual altına almırmı” sualına gəlincə, S. Əkbər belə dedi: “Bilirsiniz bizim cəmiyyətimizdə, mətbuatımızda Amerikanın Suriyadan çəkilməsi deyəndə elə başa düşürlər ki, bundan sonra, orada bir amerikalı da qalmayacaq. Söhbət Amerikanın silahlı qüvvələrinin döyüşən hissəsinin əsas hissəsinin çəkilməsindən gedir. Orada Amerikanın müşavir, məsləhətçi kimi hərbçiləri də, özəl hərbi şirkətləri də, İordaniya ilə sərhəddə hərbçiləri də qalacaq. Amerikanın 16 kəşfiyyat xidməti var, onların fəaliyyəti də davam edəcək. Eyni zamanda qonşu ölkələrin ərazisində olan bazalardan oradakı qüvvələrə dəstək də veriləcək. Söhbət 2200 döyüşən silahlı qüvvənin əsas hissəsinin çəkilməsindən gedir. Heç onların da hamısı çəkilməyəcək, onların bir hissəsi Suriya ərazisində, Əl-Tausda qalacaq”. (Hurriyyet.org)

pia.az


Etiket: Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar