Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Yaxın Şərqdəki mövqelərinin gücləndirir - Bu coğrafiyada sabitlik necə olacaq?

Politoloq: “Rusiyanın Yaxın Şərqdəki mövqeyini qoruyub-saxlaması burada “soyuq müharibə” illərində olduğu kimi ABŞ-la nüfuz savaşının davam etməsinə səbəb olacaq”

Rusiyanın Suriyada iştirakının məqsədlərindən biri Yaxın Şərqdəki mövqeyini saxlamaq, Aralıq dənizinə çıxışa nail olmaq idisə, digər əsas məqsədi Qətər təbii qazının Suriya vasitəsilə Avropaya çıxışına mane olmaq və “Qazprom”a rəqib olmasına imkan verməmək idi”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Rusiyanın Yaxın Şərqdəki mövqeləri həddindən artıq güclənməsini PİA.az-a şərh edərkən qeyd edib.

Son bir neçə ildə Rusiyanın Yaxın Şərqdəki mövqeləri həddindən artıq güclənib. Bu yaxınlarda ABŞ-ın Dövlət katibi bildirib ki, Rusiyanın Yaxın Şərqdə möhkəmlənməsinə imkan verməyəcəklər. Trampın Suriyadan çıxmaq bəyanatından sonra isə ABŞ-ın Yaxın Şərq siyasətində ciddi fikir ayrılıqlarının olmasını ortaya çıxarıb.

Məlumdur ki, ABŞ Prezidenti Donald Trampın Suriyadan Amerika hərbi kontingentinin çəkiləcəyi ilə bağlı bəyanatından sonra qlobal miqyasda bir çaşqınlıq yarandı. Müxtəlif ölkələr buna dərhal reaksiya verdilər. Hər şeydən öncə, aydın oldu ki, Amerikanın Yaxın Şərqdə geosiyasi təsiri son dərəcə güclüdür. Çünki hətta böyük dövlətlər belə sual etdilər: yaranacaq boşluq necə doldurulacaq? ABŞ-ın özündə isə siyasətçilər xeyli narahatdırlar. Bir qismi etiraz etdi, digərləri Vaşinqtonun strateji düşündüyünü ifadə etdi.

Bu məsələdə Rusiya isə daha incə tərpəndi. Moskva öncə Vaşinqtonun verdiyi vədə əməl edəcəyinə şübhə ilə yanaşdığını bəyan etdi. Rusiya siyasiləri bəyan etdilər ki, ABŞ rəhbərliyinin Suriyadan çıxmaq adı altında nələri nəzərdə tutduqları məlum deyil. Bu səbəbdən də hələ gözləmək lazımdır.

Yaxın Şərq geosiyasətində Rusiya faktorunun güclənməsi bu coğrafiyada sabitliyin və güclərin balansının yaranmasına necə təsir edə bilər? Xüsusən Türkiyə, İran, İsrail, kürd, sünni ərəb, şiə ərəb ziddiyətləri konteksində ABŞRusiyanın Yaxın Şərqdəki qarşıdurmasının böyüməsi bu coğrafiyanın yenidən nizamlanmasına necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “Rusiyanın Türkiyə və İranla əlbir olaraq ABŞ, Səudiyyə, İsrail, BƏƏ-nin planlarına ciddi müqavimət göstərməsi bölgədə xaosun qarşısını hələ ki, alır”.

İsrailin Yaxın Şərqdə ən qüdrətli dövlətə çevrilməsi planının yarımçıq qaldığını, İran “şiə hilalı” vasitəsilə hələ də regiondakı nüfuzunu saxlamaqda olduğunu vurğulayan politoloq bildirdi ki, Türkiyə terrora qarşı müharibə aparır və bütün bunlarda Rusiyanın köməyi danılmazdır:

Rusiyanın Yaxın Şərqdəki mövqeyini qoruyub-saxlaması burada “soyuq müharibə” illərində olduğu kimi ABŞ-la nüfuz savaşının davam etməsinə səbəb olacaq. Eyni zamanda Amerikanın yeni dünya nizamı qurması planlarının qarşısını alacaq.

Rusiyanın hərbi müdaxiləsi ilk növbədə Suriyanın ərazi bütövlüyünün qorunub-saxlanmasına, buradakı xaosun bütün Yaxın Şərqə yayılıb digər dövlətlərin də parçalanmaya, qarşıdurmaya sürüklənməsinə imkan vermədi. Bununla yanaşı ABŞ-ın kürd dövləti yaratmasına, bu yaranacaq dövlətin gələcəkdə Türkiyə, İran, İraqSuriyaya təhdidə çevrilməsinə mane oldu.

Nəzakət Məmmədova: “İsrailin Yaxın Şərqdə ən qüdrətli dövlətə çevrilməsi planı yarımçıq qaldı, İran “şiə hilalı” vasitəsilə hələ də regiondakı nüfuzunu saxlamaqdadır, Türkiyə terrora qarşı müharibə aparır və bütün bunlarda Rusiyanın köməyi danılmazdır”.

Bu baxımdan Rusiyanın Türkiyə və İranla əlbir olaraq ABŞ, Səudiyyə, İsrail, BƏƏ-nin planlarına ciddi müqavimət göstərməsi bölgədə xaosun qarşısını hələ ki, alır. Bununla yanaşı, İsrailin Yaxın Şərqdə ən qüdrətli dövlətə çevrilməsi planı yarımçıq qaldı, İran “şiə hilalı” vasitəsilə hələ də regiondakı nüfuzunu saxlamaqdadır, Türkiyə terrora qarşı müharibə aparır və bütün bunlarda Rusiyanın köməyi danılmazdır.

Rusiyanın Suriyada iştirakının məqsədlərindən biri Yaxın Şərqdəki mövqeyini saxlamaq, Aralıq dənizinə çıxışa nail olmaq idisə, digər əsas məqsədi Qətər təbii qazının Suriya vasitəsilə Avropaya çıxışına mane olmaq və “Qazprom”a rəqib olmasına imkan verməmək idi. Rusiya xeyli dərəcədə məqsədinə nail oldu. Lakin mübarizə davam edir. Qalib və ya məğlub tərəfi müəyyən etmək hələ tezdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar