Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Yunanıstanla Türkiyənin arasında kifayət qədər problemlər var”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır

Türkiyə Yunanıstan arasında son illərdə gərgin siyasi böran yaşanmasına baxmayaraq siyasi əlaqələrin normallaşması istiamətində irəlləyiş nəzər alınır. Hətta ötən il prezident R. T. Ərdoğanın Yunanıstan səfərində baş nazir A. Çiprasla birgə mətbuat konfransında gərgin anlar yaşandı. Bundan əlavə, iki ölkə Egey dəmizində adalar üzərində nəzarət uğrunda xüsusilə "Kardak" adasına yunan tərəfin işğal planı, Ankara tərəfindən sərt hərbi tədbirlər nəticəsində Afinanın geri çəkilməsi ilə nəticələnmişdi.

Təbii ki, burada Qərbin bəzi dövlətlərin Yunanıstanı Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə edirlər. Yoxsa, rəsmi Afina təkbaşına Ankaraya qarşı bu kimi demarşlar etməyə cəhd etməzdi. Türkiyənin müstəqil siyasəti, regional güc olması Yunanıstanın əli ilə provakasiya etməklə, mümkün təzyiq siyasətinə əl atırlar. Fikir versək, Türkiyənin Rusiya ilə Suriyada kordinasiyalı fəaliyyətindən sonra, Egey dənizində və Şərqi Aralıq dənizində Ankaraya qarşı təzyiqlər başladı.

Yunanıstanla Türkiyənin öz arasında kifayət qədər problemlər var. Bu problemlər xüsusi ilə Yunanıstan tərəfindən qaynaqlanır. Tərəflər Şərqi Aralıq dənizində kəşf olunmuş milyardla kumbemtrə malik qaz yataqlara nəzarət üstündə müharibə etmək riskinə malikdir. Yunanıstan Kiprin yunan hissəsi ilə burada Misir və İsraillə birgə müqavilə imzalayaraq birgə qaz yataqlarının istismarını həyata keçirməyi planlaşdırır. Bunun müqabilində Türkiyəyə qarşı hərbi ittifaq müqaviləsi masada var.

Yunan baş nazir A.Çiprasın Ankaraya səfərində əsasən FETÖ üzvülərinin ekstradisiyası, PKK terror təşkilatına dəstək məsələlərinin kəsilməsi, adalarda yaşanan hərbi gırginlik müzakirə edilib. Qeyd edim ki, tərəflərin mümkün razılaşmaya gəlməsi mümkün olmasada, müəyyən dərəcədə dövlətlərarası münasibətlərdə normallaşma prosesi olacaq.

Qeyd edim ki, Ərdoğan Yunanıstanla əlaqələri normal əməkdaşlıq səviyyəsinə gətirmək istəyir. Afinada buna gedə bilər. Amma, Yunanıstan Türkiyəyə qarşı Qərbin əlində təzyiq dövləti olaraq qalacaq. Baxmayaraq ki, yunan liderləri mütəmadi Türkiyəyə səfər edib, mülayim mesajlar verirlər. Yalnız, bu dövlətlərarası münasibətləri normal məcrada saxlamağa hesablanıb. Yunan baş nazir A.Çiprasın səfəri heç də problemlərin həll edilməsi istiqamətində uğurlu olmayacaq.

Azərbaycan, Yunanıstanla Türkiyə arasında baş verə biləcək hərhansı insdentdə birmənalı Ankaranın yanındadı. Həmçinim Şimali Kiprədə öz dəstəyini ifadə edir. Əgər, Türkiyəyə qarşı Aralıq dənizində müharibə ehtimalı olarsa, rəsmi Bakı, Şimali Kiprin müstəqilliyini tanımalıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar