Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda baş qaldıran fəhlə hərəkatı fonunda prezident Ruhaninin etirafı: “Çox ağır iqtisadi durumdayıq”  

İran prezidenti Ruhani bu günlərdə inqilabın qırx illiyi şərəfinə tədbirdə boynuna alıb: “Biz İslam inqilabından bəri ən ağır iqtisadi durumdayıq”

İran liderləri daxili siyasətdəki iflası İsraili məhv etmək, ya da yerüzündən silmək hədələrilə müvazinətləşdirməyə çalışırlar. Beynəlxalq mətbuat sitatlarla ala-bula görünür ki, İranın Yaxın Şərqdəki ən güclü ordusu İsraildən amansız qisa alacaq – əgər Suriyada bir də…

Dərd burasındadır ki, oxşar hədələr İsrailin ünvanına artıq iki ildir səslənir. Deyirlər ki, İsrailin dədəsini yandıracaqlar. Bu gün isə yenə də “Hizbullah”ın Suriyadakı anbarlarının məhv edilməsi barədə xəbərlər…

Yeri gəlmişkən, Suriya haqqında. O, İran daxilində güclü təbliğat silahı olub. Daxili təbliğat maşını son iki ildə sistematik təhdidlərlə məşğul olub: rejimə əl tutmasanız, sizi Suriya ssenarisinin təkrarı gözləyir.

Deyilməlidir ki, İsrailə növbətçi təhdidlərdənsə bu qorxutma metodunun böyük effekti var. Özəlliklə də İranın Suriyada İsraillə tutuşmada sarsıdıcı hərbi məğlubiyyətinin işığında. Amma, bax, ayətullah rejiminin çöküşü halında hərc-mərclik və dağıntı təhlükəsi daha ciddi qavranılır. Suriya dəhşətinin İranın cızılan gələcəyi ilə eyniləşdirilməsi dəqiqləşdirmə tələb edir. Burada istənilən bərabərlik səyi yersizdir, çünki Suriyaya başçılıq edən ələvilər çox kiçik azlıq (15%-dən az), İranda farslar isə əhalinin, haradasa, yarısını təşkil edirlər. Orada etnik dartışmalar azərbaycanlılar və talışlarla mümkündür, amma bu, Suriyadakı qədər qəzəbli xarakter daşıya bilməz, çünki hamısı islamın şiə qanadına məxsusdur. Suriyada sünnilər əhalinin səksən faizdən çoxunu təşkil edirsə, İranda şiələr böyük çoxluqdadır – 90 faizə yaxın. Buna görə də İranda millətlərarası qızğın savaşlar güclü şişirtmə görünür. Cəsarətlə demək olar ki, orada hakimiyyətin dəyişilməsi heç də sünni çoxluğun ələvi rejiminə qarşı üsyana qalxdığı Suriyadakı ssenari üzrə baş verməyəcək. Əlbəttə, xalqın öz-özünə törəyən çıxışının ardınca orada işlərin durumunu ağırlaşdıran genişmiqyaslı müdaxilə də gəlib. Obama administrasiyasının ağılsız siyasəti ölkədə vətəndaş savaşının gedişində bəzi ərəb dövlətlərinin terrorçu qruplara dəstək vasitəsilə ekspansiyası ilə birgə artıq yüz minlərlə qətlə səbəb olub. Cəsarətlə demək olar ki, heç bir oxşar ssenari İranı təhdid etmir.

İndiki mərhələdə rejimin iqtisadi çöküşü birinci növbədə korrupsiyanın cilovlanmaz yüksək səviyyəsi və hökumətin səriştəsizliyi ilə bağlıdır. Önəmli iqtisadiyyatlı ölkələri İranın boykotu layihəsinə cəlb etmiş Amerika sanksiyaları “boykotaltı” respublikaya getdikcə daha güclü təsir etməyə başlayır. Sanksiyalar rejimə qarşı xalq etirazının güclənməsində katalizator rolu oynayır. Amma böhranın birinci səbəbi əndazəsiz korrupsiya və neft-qaz ixracatına yönəlmə olaraq qalır. Rejimə qarşı etiraz aksiyasının bu dəfə Tehranın klerikallara xoşagəlməz münasibətilə ad çıxaran müxalif orta zümrəsi tərəfindən keçirilməsi nahaqdan deyil, indi isə küçələrə “əlahəzrət fəhlə sinfi” çıxıb. Kütləvi nümayişlərlə müşayiət olunan kütləvi tətillər, bunun nəticəsi kimi isə həbs, işgəncə və həbs edilənlərin televiziyada töbvə etdirilməsi cəhdləri. Aydındır ki, belə metodlar xalq narazılığını yalnız gücləndirir. Maraqlıdır ki, hökumətin özü etirazçılara “Qərbin agentləri”, ya da “sionizmin agentləri” damğası vurmağa tələsmir. Doğrusu, onlar “kreativ sinif”ə çox oxşayırlar. Bu adamlar Tehan tələbələrindən fərqli olaraq heç də “liberal dəyərlər”ə can atmırlar. İranda güc toplayan fəhlə hərəkatını Polşanın “Həmrəylik” hərəkatıyla tutuşdurmaq olar.

Rejim hadisələrin belə gedişinə hazır deyildi. Təcili tədbirlərə girişilir. 2019-un hərbi büdcəsi 27 faiz azaldılıb. İrandakı inflyasiya Venesuela göstəricilərinə yaxınlaşmır, amma rialın rəsmi kursu artıq bir dollara 40000-i aşıb. Qara bazarda isə 140 000-ə çatıb. Bu, hələlik illik bir milyon üç yüz rial deyil, lakin tendensiya aydındır.

Amalrik (sovet dissidenti-red.) sağ olsaydı, mütləq “İran rejimi əlliillik ildönümünə qədər var olacaqmı?” broşurasını yazardı. O bu suala mənfi cavab verərdi. (strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar