Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu təşkilatın Azərbaycana qarşı əvvəlcədən formalaşmış bir mövqeyi var” - Politoloq

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru: ““Freedom House” ola bilər ki, digər dövlətlərə qarşı düzgün hesabat versin, amma bizim regionla bağlı açıqladığı nəticələr qəbuledilməzdir”

Ermənistanda mətbuat Rusiyanın icazə verdiyi qədər azaddır. Bir sıra beynəlxalq təşkilatlar bu reallığı görmək istəmir”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu “Freedom House” təşkilatının öz hesabatında Azərbaycanı “qeyri-azad ölkələr” kateqoriyasına daxil etməsini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

“Freedom House” demokratiya və insan haqları təşkilatı “Dünyada azadlıq 2019” hesabatını açıqlayıb. Hesabatda Freedom House yenə də Azərbaycanı “qeyri-azad ölkələr” kateqoriyasına daxil edib və hesabatın bir neçə yerində tənqid edilib. Özbəkistan və Ermənistanda gedən demokratikləşmə prosesləri isə təqdir olunub. Hesabatda qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, dövlət resurlarından sui-istifadədən və həqiqi siyasi opponentlərin təqibindən, habelə birbaşa fırıldaqdan faydalanmaqla növbəti müddətə prezidentliklərini təmin ediblər. Hesabata görə, Azərbaycan 2019-cu ildə də azad olmayan ölkələr kateqoriyasında qalsa da, Ermənistan və Gürcüstan qismən azad ölkələr hesab olunub. Bu hesabatda Azərbaycanla bağlı deyilənlərə, hələlik, rəsmi münasibət açıqlanmayıb.

“Dünyada azadlıq 2019” hesabatında ABŞ-da da demokratiyanın zəiflədiyi vurğulanır. Belə ki, Amerika demokratiyası dünya standartları ilə möhkəm qalmaqda davam etsə də, hazırkı prezident Donald Tramp-ın qanunun aliliyi, faktlara əsaslanan jurnalistika və demokratiyanın norma və prinsipləri üzərinə hücumları bu demokratiyanı bir xeyli zəiflədib. Amerikada demokratiyanın dərəcəsi qiymətləndirmə hesabı ilə Yunanıstan, Xorvatiya və Monqolustanın səviyyəsinə enib. O da məlumdur ki, son illər dünyada azadlıqların daha da boğulduğu iddia olunur.

Maraqlıdır ki, bu hesabatı nə qədər obyektiv hesab eləmək olar və doğurdanmı Ermənistan və Gürcüstanda azadlıqlar indeksi Azərbaycandan irəlidədir? Ümumiyyətlə, dünyada azadlıqların ümumi fonda zəifləməsini nəylə əlaqələlidir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Mübariz Əhmədoğlu: “20-30 ildir ki, onların hesabatı regionumuzla bağlı qərəzli məlumatlar əsasında siyasiləşdirilmiş mövqe bildirir”.

“Freedom House” təşkilatının Azərbaycanla bağlı hesabatının qərəzli olduğunu vurğulayan politoloq Mübariz Əhmədoğluna görə, beynəlxalq təşkilatların bu cür hesabatlarında həqiqət payı az olur:

“Mən iki parametrə görə həmin hesabatı obyektiv hesab eləmirəm. Birincisi odur ki, bu təşkilatın Azərbaycana qarşı əvvəlcədən formalaşmış bir mövqeyi var. Azərbaycan müstəqil olan vaxtdan bu təşkilat ölkəmiz haqqında ancaq mənfi rəy yayıb. İkinci səbəb isə təşkilatın tanınmamış və ya statusu qeyri-müəyyən dövlətlər arasında bir blokunun olmasıdır. Bu blokda Dağlıq Qarabağda mətbuat azadlığı da müəyyənləşdirilir. Məhz Dağlıq Qarabağı da ayrıca bir tərəf kimi tanıtmağa cəhd etməsinə görə bu təşkilatın hesabatlarını müzakirə edilməsini düzgün hesab etmirəm.

Qonşu dövlətlərə gəlincə, Gürcüstanın qismən azad ölkələr siyahısına düşməsi mümkündür. Əslində son 4-5 ildə Gürcüstanda mətbuata təzyiqlərin arası kəsilmir. Televiziya rəhbərləri müəyyən təzyiqlərlə üzləşirlər. Lakin Ermənistanda mətbuat azadlığı yoxdur. Ermənistan bütünlüklə müstəqil dövlət deyil və orada hər şey xarici dövlətlərdən asılıdır.

Avropada açıq etiraf edirlər ki, hətta Nikol Paşinyan Ermənistanı Rusiyanın təsirindən çıxara bilmədi. Əksinə Ermənistanı bir az daha Rusiyanın təsiri altına saldı. Əgər Ermənistanın energetikası, iqtisadiyyatı, geosiyasəti Rusiyadan asılıdırsa, burada hansısa azadlıqdan söhbət gedə bilməz.

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağı da ayrıca bir tərəf kimi tanıtmağa cəhd etməsinə görə bu təşkilatın hesabatlarını müzakirə edilməsini düzgün hesab etmirəm”.

Paşinyanın dövründə Ukrayna və Gürcüstanla bağlı BMT Baş Assembleyasında səsvermə oldu. Ermənistan Qərbin deyil, Rusiyanın maraqlarına uyğun səs verdi. Beləliklə, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü rədd etdi. Bu baxımdan Ermənistanın demokratik dövlət olması və mətbuat azadlığının olması mümkün deyil.

Ermənistanda mətbuat Rusiyanın icazə verdiyi qədər azaddır. Bir sıra beynəlxalq təşkilatlar bu reallığı görmək istəmir. “Freedom House” ola bilər ki, digər dövlətlərə qarşı düzgün hesabat versin, amma bizim regionla bağlı açıqladığı nəticələr qəbuledilməzdir. Çünki 20-30 ildir ki, onların hesabatı regionumuzla bağlı qərəzli məlumatlar əsasında siyasiləşdirilmiş mövqe bildirir.

Dünyada azadlıqların ümumi fonda zəifləməsində həqiqət payı var. Fikir vermisinizsə, Trampın çıxışlarının 30%-i jurnalistlərlə davaya həsr olunub. Dünya jurnalistlərinin ən böyük dayağı və ümid yeri daim ABŞ olub, amma indiki şəraitdə ABŞ-ın prezidenti hər dəfə mətbuat konfransında jurnalistlərlə dalaşır. Hesab edirəm ki, ABŞ-da mətbuatın vəziyyəti Tramp dönəmində qat-qat pisləşib. Bütün hallarda “Freedom House” təşkilatının ölçü meyarı düzgün qoyulmayıb”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar