Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti Afinadakı şöbəsi Azərbaycana cavabdeh olacaq

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) iş həcminin əhəmiyyətli dərəcədə azalması səbəbindən martın 29-da Moskvadakı ofisini bağlayacaq. Ofis artıq fevralın 28-də işini dayandıracaq

RİA "Novosti" xəbər verir ki, bu barədə idarənin çərşənbə günü yaydığı məlumatda deyilir.

"İş yükünün əhəmiyyətli dərəcədə azalması səbəbindən, USCIS 29 Mart 2019-cu ildə Moskvadakı yerli ofisini bağlayır. Ofisin vətəndaşlar üçün açıq olacağı və müraciətləri qəbul edəcəyi son gün - 28 fevral 2019-cu il tarixidir", - deyə məlumatda bildirilir.

Ofisin işini gələcəkdə Xidmətin Yunanıstanın paytaxtı Afinadakı yerli şöbəsi icra edəcək. O həmçinin Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna, Ermənistan və Özbəkistana cavabdeh olacaq.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti immiqrasiya müraciətləri və sığınacaqla bağlı məsələlərin həlli üçün məsuliyyət daşıyır.

USCIS-in ötən il sentyabrın 11-dən qüvvəyə minmiş yeni qaydaları ABŞ-a leqal immiqrasiyanı xeyli çətinləşdirib. Yeni qaydalar 2018-ci il sentyabrın 11-dən sonra sifariş və ya ərizə ilə müraciət etmiş applikantlara şamil olunub.

Qaydalarda edilmiş dəyişikliklərə əsasən, əgər viza və ya qrin-kart almaq üçün ərizədə səhv aşkar edildikdə və ya formalarda bəzi məlumatlar çatışmadıqda, bu halda immiqrasiya və nəzarət xidməti zabitləri həmin sifarişi rədd edə bilirlər. Agentliyin işçiləri sifarişdə yaranmış problem barədə iddiaçını məlumatlandırmağa borclu deyillər.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar