Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Krımın ilhaqından beş il sonra… –Putin sürətlə itirdiyi reytinqi bu dəfə necə bərpa edəcək?

Bu ilin yanvarında Rusiya Prezidenti Vladimir Putinin reytinqi düşməyə başlayıb. Ötən ilin son 3 ayında 66 faiz ətrafında var-gəl edən reytinq ötən ay 64 faizə düşüb

Bu rəqəmlər özlüyündü ciddi görünməyə bilər. Amma vacib olan odur ki, Putinin reytinqi 2014-cü ilin yanvarından bəri indiki kimi aşağı səviyyəyə düşməyib. Onda reytinqi 63 faiz idi.

Bu haqda “The Moscow Times” qəzetində Andrei Kolesnikov yazıb.

Son 10 il ərzində Putinin populyarlığı hərbi kampaniyalar, patriotik isteriyalara bağlı olub. 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra reytinq 88 faizə yüksəlib. Onda Putin baş nazir idi. Amma 2013-cü ilin noyabrında 61 faizə düşdü. 2014-cü ildə Krımın ilhaqıyla reytinq 86 faizə yüksəldi.

Müəllif 2018-ci ilin martında prezident seçkisindən sonra ƏDV-nin və yanacağın qiymətinin artmasının, real gəlirlərin azalmasının, üstəlik pensiya yaşının qaldırılmasının ölkədə narazılığı gücləndirdiyini qeyd edir.

“Beş il ərzində dairə qapanıb. Bu beş il Rusiyaya baha başa gəlib, iqtisadi depressiya yaşanıb, repressiv qanunvericilik aktları qəbul olunub, davamlı antiqərb təbliğat kampaniyası aparılıb.

Amma bu dəfə Putinin ilhaq etməyə daha bir Krımı yoxdur… Ötən ilin sonunda Krım yaxınlığında ukraynalı dənizçilərin saxlanmasını, yeni hipersonik raketin sınaqdan çıxarılmasını Putin xalqa əla Yeni il hədiyyəsi adlandırsa da, adamlar buna laqeyd yanaşdılar. Kuril adalarının statusu üzrə Yaponiyayla aparılan danışıqlar da milli qürur hissini oyada bilmədi…

Sentyabrda regional seçkilərdə hökumətin dəstəklədiyi bir neçə namizədin məğlubiyyəti hakimiyyəti elektoratın nə istəməsi barədə düşünməyə məcbur etdi. Açıq-aşkar narazılıq ortadadır, amma adamların öz tələblərini və arzularını dilə gətirməkdən ötrü alətləri yoxdur. Normal təmsilçilik demokratiyası sistemi çoxdan dağılıb”, – müəllif yazır.(Azadlıq radiosu)

pia.az


Etiket: Reytinq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar