Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tarmar”la tanınan, Kremldə sözü keçən, repressiyada iştirak edən yazıçı – 55 yaşında intihar edən Fadayev

Müharibə illərindən sonra İosif Stalin SSRİ Yazıçılar İttifaqının rəhbəri Aleksandr Fadayevlə bir neçə gün əlaqə yarada bilmir

Nəhayət, bir müddət sonra Fadayev iş yerində tapılır. Stalin soruşur:

- Yoldaş Fadayev, neçə gündür mən sizi axtarıram, hara yoxa çıxmısınız?

Fadayev çəkinmədən cavab verir:

- Yoldaş Stalin içirdim, “zapoy”, ayıla bilmirdim.

- Sizdə bu “zapoy” neçə gün çəkir?

- Düz on iki gün

Stalin gülümsəyərək cavab verir:

- Yoldaş Fadayev, siz çalışın bizim digər kommunistlərimiz kimi “zapoy” müddətini üç günə endirin...

O, təkcə ədəbiyyatda yox, Kremldə də söz sahibi olub. Bu ixtiyarı isə ona şəxsən İosif Stalin verib. Aleksandr Fadeyev tanınmış yazıçı olmaqla yanaşı, həm də kifayət qədər populyar dövlət məmuru sayılıb. Onu “ədəbiyyat naziri”, “ədəbiyyatın marşalı” da adlandırıblar. O, uzun illər SSRİ Yazıçılar Birliyinin idarə heyətinin baş katibi, dəfələrlə SSRİ Ali Sovetinin deputatı, iki dəfə Lenin ordeni laureatı, Stalin mükafatı laureatı, Stalin mükafatının təltifetmə komissiyasının katibi, ən əsası da Stalinin şəxsi məsləhətçisi və sevimlisi olub.

1901-ci ildə Tverdə anadan olan Aleksandr Fadayev yeniyetmə yaşlarından inqilabi hərəkata qoşulub. 1919-1921-ci illərdə partizan dəstələrinin tərkibində Uzaq Şərqdə döyüşlərdə iştirak edib, bir neçə dəfə yaralanıb.

Fadayev Moskvada Dağ-Mədən Akademiyasında təhsil alıb. Tələbəlik illərindən yaradıcılıqla məşğul olub, maraqlı yazıları ilə tanınıb və sevilib.

1926-cı ildə çap olunan “Tarmar” (“Razqrom”) romanı Fadayevin ilk ən böyük uğuru olub. O, bu romandan sonra həm ədəbi mühitdə, həm də siyasi elita arasında böyük şöhrət qazanıb, diqqət mərkəzinə gəlib. Ciddi yaradıcılıq işləri Fadayevi zaman-zaman məşhurlaşdırıb və bununla yanaşı o, Kremlin sifarişlərini də böyük həvəslə icra edib. Mövcud vəziyyətdə partiyanın tələblərinə cavab verə bilməyən, yaxud da vermək istəməyən yaradıcı insanlar onun vasitəsi ilə cəzalandırılıb.

Böyük Vətən Müharibəsi illərində Fadayev hərbi müxbir kimi fəaliyyət göstərib, o, eyni zamanda 1942-1944-cü illərdə “Literaturnaya qazeta”nın baş redaktoru vəzifəsində çalışıb.

Stalinə böyük sevgisi, partiyaya sonsuz sədaqəti Fadayevi daha yüksək pilləyə qaldırıb. 1946-cı ildə onu SSRİ Yazıçılar Birliyinin idarə heyətinin baş katibi vəzifəsinə təyin ediblər. Məhz bu dövrdə Fadayev Stalinlə daha yaxın münasibət qurmağa nail olub. Stalinin göstərişlərini böyük ustalıqla və müzakirəsiz həyata keçirən Fadayev bu ərəfədə bir çox yazıçı və şairləri, mədəniyyət və incəsənət nümayəndələrini ölkənin ədəbi mühitindən sıxışdıraraq uzaqlaşdırıb, bir çoxlarının isə sürgünə göndərilməsini canfəşanlıqla təmin edib. Maraqlı faktlardan biri odur ki, Fadayev gündüzlər cəza hökmünə imza atdığı qələm dostlarını axşamlar evlərində ziyarət edib, onlara maddi yardım göstərib, məişət problemlərinin həllində yardımçı olub. Bəlkə də xaraktercə çox həssas bir insan olan Fadayev partiyaya və dostlara olan sevgisini bu üsulla balanslaşdırıb.

Aleksandr Fadayev “Gənc qvardiya” romanı ilə daha da məşhurlaşıb. Ancaq bu romanın yazılması yazıçıya heç də asanlıqla başa gəlməyib. Əsər Stalinin stolunun üstünə gələndə rəhbər qəzəbini gizlədə bilməyib və Fadayevi təcili qəbuluna çağırtdırıb. Fadayev kabinetə daxil olanda Stalin salamlaşmadan soruşub:

- Siz kimsiniz?

Fadayev suala cavab verməyib. Stalin yenidən soruşub:

- Siz kimsiniz? Yoldaş Fadayevsiniz?

- Bəli, mən yazıçıyam, yoldaş Stalin

- Siz özünüzü yazıçı adlandırırsınız? Siz yazıçı yox, p...xsunuz, psixsiniz. Mən bunu sizə sübut edə bilərəm. Normal yazıçı ideologiyaya zidd kitab yazmaz. Siz isə yazmısınız, gənc qvardiyaçıları cinayətkar bir qrup kimi təqdim etmisiniz. Partiya və onun rəhbərliyi olmadan faşizmə qarşı ciddi və effektli mübarizə aparmaq olar? Əlbəttə ki, yox... Amma sizin yazdığınıza görə bu mümkündür...

Fadayev qəzəbli Stalinin suallarını cavabsız qoyub. Rəhbər isə onu elə qapıdan geri qaytarıb:

- Gedin, yazdığınız kitab haqqında təkrar düşünün, özü də dərindən...

Fadayev romanı yenidən işləməli olub, bütün iradlar nəzərə alınıb, əsər bu dəfə “uğurlu” alınaraq bəyənilib, dərsliklərə salınıb, əsasında film çəkilib.

Sərbəstliyi və azadlığı sevən Fadayev üçün gərgin sovet rejimi çox da ürəkaçan olmayıb. Elə bəlkə buna görə də yazıçı hədsiz dərəcədə içkiyə meylli olub. Fadayev bəzən həftələrlə sərxoş vəziyyətdən ayılmayıb. Və sözsüz ki, bu da onun nüfuzuna ciddi şəkildə mənfi təsir göstərib.

Stalinin vəfatı isə Fadayevin həyatını bötövlükdə dəyişib. 1954-cü ildə o, SSRİ Yazıçılar Birliyinin idarə heyətinin baş katibi vəzifəsindən çıxarılaraq katib vəzifəsinə təyin edilib. Xruşov hakimiyyəti dövründə Fadayev əvvəlki kimi nüfuza sahib olmayıb. Bu ərəfədə o, bağ evinə köçərək özünü cəmiyyətdən təcrid edib. Stalin repressiyası qurbanlarının bəraət alması, sürgünə göndərilənlərin geri dönməsi Fadayevi mənən qorxudub, onlarla üz-üzə gəlmək təhlükəsi onu sarsıdıb. Cünki zamanında Fadayev də Stalinin göstərişi ilə bir çox haqsız sənədlərə imza atmışdı...

Nəhayət, 13 may1956-cı ildə Fadayev bütün tərəddüdlərdən, qeyri-müəyyənlikdən, vicdanı qarşısında suallara cavab verməkdən qurtulmaq üçün son çıxış yolunu seçib. O, tapanca ilə sinəsinə atəş açaraq intihar edib. İntihardan qabaq isə

Mərkəzi Komitənin ünvanına məktub yazıb. Məktubda qeyd olunub:

“Mənim həyatım bir yazıçı kimi bütün mənasını itirir və mən alçaqlıq, yalan və böhtan kimi üzərimə düşən bu murdar mövcudluqdan böyük sevinclə xilas olaraq həyatdan gedirəm. Son ümidim, bunu heç olmasa, dövləti idarə edən insanlara demək idi, amma 3 il ərzində xahişlərimə baxmayaraq, məni heç kim qəbul edə bilmir. Xahiş edirəm, məni anamın yanında dəfn edəsiniz...”

Fadayevin bu məktubu 44 il məxfi saxlanılıb. Yalnız 1990-cı ildə məktub haqqında ictimaiyyətə məlumat verilib. Amma buna baxmayaraq, Fadayevin məktubda dəfni ilə bağlı xahişi yerinə yetirilib. O, Moskvada, Novodeviçye qəbirstanlığında anasının yanında dəfn olunub. (musavat.com)

pia.az


Etiket: Fadayev SSRİ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar