Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: “Bu, Tiflisin Bakıya növbəti “mesajı” olacaq”

Gürcüstan Ermənistana quru yolu açır

“Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin uzun illərdən sonra bərpasına razılaşmağa hazırlaşır. Bu mövzuda illərdir İsveçrədə rus və gürcü diplomatlar arasında danışıqlar gedir. Hazırda danışıqlar yekunlaşmağa yaxındır”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal edən Rusiya ilə anlaşması ona bənzəyərdi ki, Azərbaycan işğal altındakı Dağlıq Qarabağ üzərindən Ermənistanla ticarət mübadiləsini bərpa edərdi:

“Biz buna heç zaman razılaşmarıq. Ancaq gürcülər fərqli düşünürlər. Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə “yaşıl işıq” yandırsa, avtomatik olaraq Ermənistana da yol açılacaq. Bu işğalçı Ermənistanın köhnə arzusudur”.

Elxan Şahinoğlu qeyd edib ki, hazırda Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən yeganə nəqliyyat yolu dağlardan keçən “Böyük Lars”dır: “Ancaq bu yol uçqunlar səbəbindən çox zaman işlək deyil. Ermənistan bu yoldan istifadə edə bilmir, iqtisadiyyatında böyük problemlər yaranır. Abxaziya yolu açılsa, Ermənistan Rusiya ilə həm quru, həm də dəmiryolu ilə birləşəcək. Bu da Tiflisin Bakıya növbəti “mesajı” olacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar