Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Laborantın, katibənin, xadimələrin, dalandarın maaş kartını cibinizdə gəzdirməyin!"

Dünən rayonlarda yerləşən orta məktəblərdə vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb

Bu barədə Axar.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, test üsulu ilə direktor olacaq şəxslər kimdənsə asılı vəziyyətdə olmayacaq:

“Rayonlarda olan 700-ə yaxın vakant yerə direktor seçilmək istəyən 2037 namizəd elektron qeydiyyatdan keçmişdi. Onlardan 730-u test mərhələsində 40 faizdən çox nəticə göstərib və müsahibə mərhələsinə buraxılıb. Müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb.

Hazırda məktəb direktoru olmaq prosesi test və müsahibə mərhələsi ilə həyata keçirilir. Yəni hər kəs bilik və bacarığını (əzbərçiliyini) nümayiş etdirib, müsabiqə mərhələlərini uğurla keçir. Bu o deməkdir ki, uğur qazanan direktorluğa namizəd buna özü nail olub. Ona görə də kimdənsə asılı deyil. Onun qarşısında duran əsas məsələ çalışacağı məktəbdə təlimin, tədrisin, tərbiyənin keyfiyyətini artırmaqdır, daha özünün maddi vəziyyətini yaxşılaşdırmaq yox. Əməkhaqqı onları qane etməsə də, bu barədə əvvəlcədən məlumatlı idilər. Həm də qanunvericilik direktorlara imkan verir ki, məktəb imkanları ilə xidmətlər göstərib qanuni vəsait əldə etsinlər”.

Ekspert bütün mərhələləri uğurla başa vurduqdan sonra direktor vəzifəsini icra edəcək şəxslərə bir sıra tövsiyələr də verib:

“X, XI sinif şagirdlərindən hazırlığa getdiklərinə görə aylıq, illik pul alıb dərsə gəlməmələrinə göz yummayın, şagirdlərdən illik, rüblük qiymətlərinin qəbul imtahanlarına təsir göstərəcəyini bəhanə edib, pul alıb qiymətini artırmayın. Laborantın, katibənin, xadimələrin, dalandarın maaş kartını cibinizdə gəzdirməyin. Çalışacağınız kollektivlə ədavət yaratmayın, məhkəmə mübahisələrinə qədər getməyin. Özünüzün, övladınızın, atanızın, babanızın, qohum-əqrəbalarınızın ad günləri, yubileyləri, yas mərasimləri münasibəti ilə pul yığmayın.

Əgər direktorluq 1 illik təlim, sonra direktor müşaviri, sonra sınaq müddətinə təyinat, onun ardınca təyinat yolu ilə olsaydı, siz neqativlərin idarə olunması, problemli situasiyadan çıxış bacarıqlarına sahib olardınız.

Vicdanla işləyin, nümunə olun. Siz yaxşı işləsəniz, heç kimdən qorxub çəkinməyinizə ehtiyac yoxdur. Ola bilər ki, siz Təhsil Nazirliyinin xoşuna gəlmək üçün, vəzifədə qalmaq üçün bunu edirsiniz, amma son 6 ildə ölkə təhsili 3 nazir və komandasını dəyişib. İşinizlə nüfuz, etibar və etimad qazanın.

İnanın ki, təhsil naziri də sizin vicdanla işləməyinizi istəyir. Yoxsa daha nazirin şəklini profil şəkliniz edib, Feysbukda nazirdən 3-4 sitat gətirməklə, nazirin şəklini, fikirlərini, Feysbuk səhifəsini paylaşmaqla xidmət etməyin. İnanın ki, nə təhsilin, nə də təhsil nazirinin buna ehtiyacı var. Onun sizin keyfiyyətli işinizə ehtiyacı var ki, yekunda təhsilin inkişafı, görülən işlərlə bağlı hesabat versin. Məqsəd və hədəf övladlarımıza sağlam təhsil mühitinin yaradılması olmalıdır”.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə mərhələsini uğurla başa vurmuş 730 nəfər namizədlə müsahibələr 5 dekabr 2018-ci il – 26 yanvar 2019-cu il tarixlərində keçirilib. Ötən gün dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb.

pia.az


Etiket: Kamran Əsədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar