Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya yenidən nüvə müharibəsi riski altına girdi - Nüvə razılaşmasının pozulması bizi hara sürükləyir?

Politoloq: “Əgər soyuq müharibə yenidən başlayarsa, insanları və insanlığı kütləvi surətdə məhv edəcək yeni silahların istehsalının mükəmməlləşdirilməsi prosesinə start veriləcək”

“Müqavilə ləğv olunandan sonra ABŞRusiya bu kontekstdə öz raketlərini daha da müəkəmməlləşdirməyə çalışacaqlar. Bu isə böyük müharibə təhlükəsinin yenidən dirçəlməsi anlamına gəlir”.

Bu sözləri politoloq Natiq Miri ABŞRusiyanın “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsində iştirakını dayandırmasını şərh edərkən PİA.az-a açıqlamasında qeyd edib.

ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, fevralın 2-dən ABŞ hökuməti “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsində iştirakını dayandırıb. O, buna səbəb kimi Rusiyanın müqavilənin şərtlərini sistematik olaraq pozmasını və nəticədə iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq imkanlarının aradan qalxdığını göstərib. Ağ Ev rəsmisi bununla yanaşı, silahlara nəzarət məsələsində Rusiya ilə dialoqa hazır olduqlarını da qeyd edib. Prezident Donald Tramp isə bildirib ki, Rusiya şərtləri yerinə yetirməyə başlamasa, müqavilədən çıxmaq 6 aya başa çatacaq.

Elə fevralın 2-də Müdafiə naziri Sergey Şoyqu və Xarici işlər naziri Sergey Lavrovla bu məsləni müzakirə edən Rusiya prezidenti Vladimir Putin ABŞ-la bu məsələ ətrafında danışıqları dayandırmağı və Vaşinqtonla silahların ləğvi ilə bağlı danışıq təşəbbüsü ilə çıxış etməməyi tələb edib. Kremlin saytında verilən məlumata görə, Putin ABŞ-ın tləblərini rədd edərək Rusiyanın da “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsində iştirakını dayandırıb.

Rusiyanın bir mənalı olaraq “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxması bütün dünyada ciddi rezonanas doğurub. Aparıcı dünya mətbuarı müqavilənin ləğvinə görə Rusiyanın məsuliyyət daşıdığını yazıblar. Qeyd edək ki, ABŞ və digər Qərb dşvlətləri iddia edirlər ki, Rusiyanın 9М729 raketləri “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsini kobud şəkildə pozub. Buna baxmayaraq rəsmi Moskva bu ittihamları rədd edir. Həmçinin ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin başda olmaqla digər ölkələrin bu sazişdən kənar qalması imkansızdır. Tramp yeni və çox tərəfli sazişin imzalanmasını tələb edir. Rusiya tərəfi isə ümumiyyətlə sazişdən çıxmaqdan məmnun görünməkdədir. Elə Putinin yeni silahların təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqlar da bu məmnunluğun göstəricisi kimi qəbul oluna bilər. Onu da qeyd edək ki, 2000-ci illərin əvvəlində Putin özü Çinin bu müqaviləyə qatılmasını vacib hesab edirdi. Rusiya rəsmiləri və şəxsən Vladimir Putin bu məsləni 2010-cu ilə qədər dəfələrlə dilə gətirib. Lakin sonradan özləri müqavilənin şərtlərini pozduqlarına görə susmağa üstünlük verdilər.

ABŞRusiyanın “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxması isə bütün dünyada silahlanmanın sürətlə artmasına və nüvə silahlarının sınaqlarının kütləvi şəkildə istehsalına səbəb ola bilər. Bu üzdən də hazırda bütün dünyada narahatlıq artmaqdadır. Bəzi analitiklər soyuq müharibə dönəmindəki kimi dünyanın müxtəlif düşərgələrə parçalanmasını və yeni silahlanma yarışının başlanacağını düşünürlər. Və Rusiyadan gələn xəbərlər də bu yarışın artıq başlamasından xəbər verir. Lakin ekspertlər hesab edirlər ki, Rusiya növbəti silahlanma yarışından qalib çıxa bilməyəcək. Çünki Rusiyanın iqtisadiyyatı bu silahlanma yarışına tab gətirə bilməyərək iflas edəcək.

Xatırladaq ki, hazırda ABŞ-ın hərbi büdcəsi 610 milyard dollar, Rusiyanın hərbi xərcləri isə 66 milyard dollar təşkil edir. Yəni ABŞ-ın hərbi xərcləri bütün dünya ölkələrinin hərbi xərclərini üstələməklə yanaşı, Rusiyanın hərbi xərclərindən təqribən 10 dəfə artıqdır. Gələn il isə ABŞ-ın hərbi xərclərinin 750 milyard dollara çatacağı nəzərdə tutulur. Yəni Rusiyanın ABŞ-la yarışması faktiki olaraq imkansız görünür. Buna baxmayaraq Putin keçmiş SSRİ rəhbərliyinin səhfini təkrar etmkdə və silah yarşını tətikləməkdədir. Bəzilərinə görə isə Putin bu yolla dünyanı şantaj edərək ABŞ-a Moskvanın maraqlarını qəbul etdirməyə çalışır. Putinin bu blefinin uğurlu olacağını ehtimal edənlər çox az olsa da, istər Rusiyann əlində olan silahlar, istərsə də ABŞ-ın silah cəbbəxanası dünyanı bir beçə dəfə yox eləmək üçün yetərlidir.

Lakin bəzi ehtimallara görə isə qarşıda olan 6 ay müddətində ABŞRusiya “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsini qoruyub saxlaya biləəcəklər. Bəzi ehtimallara görə isə Rusiya özünün yeni raketlərini ölkənin Asiya hissəsi və Çin istiqamətində yerləşdirəcək və bununla da ABŞ-la olan müqavilə qorunacaq. Onu da qeyd edək ki, bu ehtimal çox aşağı olaraq dəyərləndirirlir.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Bu məsələ BMT Təhlükəsizlik Şurasına qədər qaldırılacaq təhlükəli mövzudur”.

ABŞRusiyanın “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsində iştirakını dayandırmasının dünya üçün təhlükə olduğunu vurğulayan politoloq Natiq Miriyə görə, digər dövlətlər və beynəlxalq təşkilatlar bu məsələyə ciddi münasibət bildirməlidirlər:

“Əslində ABŞRusiyanın müqaviləni dayandırması arzuolunan hadisə deyil. Çünki müqavilədə orta və kiçik mənzilli ballistik raketlər nəzərdə tutulur. Bu müqavilənin dayanması dünyaya yeni bir təhlükə vəd edir. Müqavilə ləğv olunandan sonra ABŞRusiya bu kontekstdə öz raketlərini daha da müəkəmməlləşdirməyə çalışacaqlar. Bu isə böyük müharibənin yenidən dirçəlməsi anlamına gəlir.

Bu baxımdan baş verən proses qlobal mənada qəbul olunacaq bir hadisə deyil. Düşünürəm ki, bütün dünya bu məsələyə etiraz etməlidir. Düzdür, bu istiqamətdə Çin bəyanatla çıxış edib, amma təkcə Çinin müdaxiləsi yetərli deyil. Bu məsələ BMT Təhlükəsizlik Şurasına qədər qaldırılacaq təhlükəli mövzudur.

Əgər soyuq müharibə yenidən başlayarsa, insanları və insanlığı kütləvi surətdə məhv edəcək yeni silahların istehsalının mükəmməlləşdirilməsi prosesinə start veriləcək. Silah savaşı təkcə ABŞRusiya üçün deyil, bütünlüklə dünya üçün təhlükə yaradır. Çünki söhbət nüvə daşıyıcı raketlərdən gedir və bu, qlobal mənada bütün dünyanı təhdid etməkdir. İlk növbədə, ABŞ məlum müqavilədən çıxdığına görə daha müasir, kütləvi öldürücü silahların istehsalına başlamaq niyyətində olduğunu ortaya qoyub. Bu kontekstdə Rusiya da ABŞ-a adekvat cavablar verəcək . Hətta Rusiyada yeni raketlərin mükəmməlləşdirilməsi istiqamətində çox ciddi proseslər gedir.

Natiq Miri: “Əslində beynəlxalq təşkilatlar, xüsusən də BMT səviyyəsində hansısa anlaşma və ya müzakirə müşahidə edilmir”.

Hesab edirəm ki, bu məsələ təkcə ABŞRusiya ilə kifayətlənməyəcək. Əgər iki dünya gücü daha mükəmməl, öldürücü silahlar istehsal etmək istəyirlərsə, bunun dünya üçün təhlükə olması fonunda digər dövlətlər də bu məsələyə sövq ediləcək. Yəni, öz təhlükəsizliklərini təmin etmək üçün digər dövlətlər də məcburi silah savaşına qoşulacaqlar. Bu isə vəziyyəti daha da təhlükəli edir.

Yeni savaş fonunda çoxtərəfli müqavilənin imzalanması müşahidə olunmur. Hələ ki, bu istiqamətdə addım atılmayıb. Gələcəkdə qlobal anlaşmanın olacağı da perspektivsiz görünür. Çünki bu istiqamətdə ortada ciddi fəaliyyət yoxdur.

Əslində beynəlxalq təşkilatlar, xüsusən də BMT səviyyəsində hansısa anlaşma və ya müzakirə müşahidə edilmir. Ola bilsin ki, gələcəkdə dünyanın qlobal təhlükəsizliyini təmin etmək xətrinə hansısa tərəf məlum silahların dayandırılmasını və ya birdəfəlik ləğvi üçün yenidən danışıqlar aparsın. Lakin hələlik bu danışıqlar müvəffəqiyyətsizliyə uğrayıb”.

Gülşən ŞƏRİF
pia.az


Etiket: ABŞ Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar