Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi şərhçi: “Bu ilin ikinci yarısında parlament seçkisi keçirilə bilər”

Azər Rəşidoğlu: “İstər bölgədə, istər Azərbaycanın öz daxilində elə bir gərgin vəziyyət yaranıb ki, mövcud parlamentlə həmin gərginliyin qarşısına çıxmaq imkansızdır”

Milli Məclisin fəaliyyəti ilə bağlı qəbul etdilən qərarlar və ümumiyyətlə seçki qanunvericiliyi ilə bağlı qəbul edilən bir çox qərarlar onu deməyə əsas verir ki, hakimiyyət parlament seçkilərinə hazırlaşır”.

Bu sözləri siyasi şərhçi Azər Rəşidoğlu Azərbaycanda proqnozlaşdırılan növbədənkənar parlament seçkilərini PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət büdcəsindən seçkiyə 90,9 milyon manat ayrılması yenidən növbədənkənar parlament seçkiləri mövzusunu aktuallaşdırdı. Bunun üçün referendum keçirilə bilər.

Azərbaycanda növbədənkənar parlament seçkilərinin olacağı ilə bağlı ötən ilin əvvəlindən başlayan müzakirələr 2019-cu ildə də davam etməkdədir. Yeni ildə ilk belə ciddi müzakirəni iqtisadçı alim Qubad İbadoğlu gündəmə gətirib. Q.İbadoğlu bu il seçki və referendum üçün dövlət büdcəsində 90,9 milyon manat nəzərdə tutulduğuna diqqət çəkib.

Q.İbadoğlu mövzuya dair facebook statusunda bunları yazıb: “2019-cu il dövlət büdcəsində başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti (ölkədə müxtəlif seçkilərin, referendumların keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının saxlanılması, seçici siyahılarının dəqiqləşdirilməsi, statistika sistemində islahatların aparılması və s.) xərcləri üçün 90,9 milyon manat vəsait nəzərdə tutulub. Bu isə o deməkdir, hakimiyyət bu il üçün yenidən seçki və referendum keçirmək niyyətindədir”.

Göründüyü kimi, büdcədə belə seçkilər üçün 90 milyon nəzərdə tutulsa da, hakim Yeni Azərbaycan Partiyası növbədənkənar seçkilərin keçirilməsini istisna edir.

Xatırladaq ki, V çağırış Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib və deputatların səlahiyyət müddəti 5 ildir. Ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək. Bundan əvvəl hakim Yeni Azərbaycan Partiyasının rəsmiləri dəfələrlə növbədənkənar seçkilərin keçirilməsini istisna ediblər. Hətta YAP-ın icra katibinin müavini, deputata Səyavuş Novruzov növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitutsiyada dəyişiklik edilməsinin zəruriliyini iddia edib.

Qeyd edək ki, son zamanlar ölkənin siyasi kuluarlarında bir gərginlik də hiss olunmaqdadır. Müxalifət də artıq yenidən formalaşmaq üçün bir araya gəlməyə başlayıb.

Hazırda ölkədə gedən siyasi prosseləri necə şərh etmək olar və bu il seçkilər keçiriləcək olarsa, prossesdə hansısa sürprizlər gözlənilə bilərmi?

Mövzu bağlı bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər Rəşidoğlunun fikirlərini öyrənib.

Azər Rəşidoğlu: “Hər şey seçkinin necə başlayacağını təhlil edəndən sonra aydınlaşacaq. Yəni hakimiyyətdən seçkinin keçirilməsi kimə həvalə olunacaq? Bu suala cavab tapandan sonra konkret təhlil ortaya qoymaq mümkündür”.

Azərbaycanda hansısa, klanın hakimiyyətə gəlməsə, islahatların başlanmasının demək olmadığını vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, düşüncənin özü dəyişməlidir. Rus dilində danışmaq da islahatçı olmaq anlamına gəlmir:

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilib-keçirilməyəcəyini proqnoz etmək çox çətindir. Amma mən istərdim növbədənkənar parlament seçkiləri keçirilsin. İstər bölgədə, istər Azərbaycanın öz daxilində elə bir gərgin vəziyyət yaranıb ki, mövcud parlamentlə həmin gərginliyin qarşısına çıxmaq imkansızdır. Bu səbəbə görə parlament seçkilərinin keçirilməsi yaxşı olardı və keyfiyyət baxımından tamamilə yeni bir qanunverici orqan formalaşsın.

Görünür hakimiyyət daxili mübarizə o həddə çatıb ki, hakimiyyət dərk edir ki, 125 dairədə seçkinin keçirilməsi ölkədəki ümumi gərginliyi artıra bilər. Həmçinin də klanlar arası mübarizə daha da şiddətlənə bilər. Bu baxımdan hakimiyyət seçkinin elan olunmasına bir qədər tərəddüd edir.

Amma istənilən halda sırf Milli Məclisin fəaliyyəti ilə bağlı qəbul etdilən qərarlar və ümumiyyətlə seçki qanunvericiliyi ilə bağlı qəbul edilən bir çox qərarlar onu deməyə əsas verir ki, hakimiyyət parlament seçkilərinə hazırlaşır. İstisna etmirəm ki, parlament seçkiləri vaxtından tez olacaq. Bu ilin ikinci yarısında parlament seçkisinin keçirilə biləcəyini düşünürəm.

Azər Rəşidoğlu: “Bu günkü parlament tam müxalifətsiz, nə istədiyini bilməyən insanlardan ibarətdir”.

Hər şey seçkinin necə başlayacağını təhlil edəndən sonra aydınlaşacaq. Yəni hakimiyyətdən seçkinin keçirilməsi kimə həvalə olunacaq? Bu suala cavab tapandan sonra konkret təhlil ortaya qoymaq mümkündür. İstənilən halda mövcud parlamentlə, yəni bu tərkiblə ölkəni ağır durumdan çıxarmaq mümkün deyil.

Əgər yeni parlament seçkiləri keçiriləcəksə, əminəm ki, onun tərkibi indikindən xeyli fərqli olacaq. Ən azı müstəqil düşüncəli insanlar və müxalif yönümlü insanlar qanunverici orqanda təmsil olunacaqlar.

Bu günkü parlament tam müxalifətsiz, nə istədiyini bilməyən insanlardan ibarətdir. Belə bir parlamentin mövcudluğu heç kəsə lazım deyil. O cümlədən, belə bir parlament ölkə başçısına da lazım deyil. Bir daha qeyd edim ki, əminəm ki, yeni parlament seçkiləri keçiriləcək və həmin parlamentin tərkibində müstəqil, müxalif düşüncəli insanlar yer alacaqlar.

Mən oliqarxiya sisteminin ləğvi ilə bağlı heç bir tendensiyanı müşahidə etmirəm. Həmişə nikbin bəyanatlar verən politoloq və şərhçilərin həmin tezisini mən də oxudum. Əslində Azərbaycanda korrupsiyaya bulaşmış və çevik işləyə bilməyən bir strukturu daha bərbad vəziyyətə salmaq müşahidə olunur”.

Qeyd edək ki, son zamanlar ölkədə ciddi struktur islahatları həyata keçirilir. Bəziləri hesab edir ki, hakimiyyət sistem dəyişikliyinə gedir və oliqarxiya sistemini ləğv edir. Bu islahatların əsas məqsədi nədir və oliqarxiyanı əvəz edəcək hansı sistem qurula bilər?

Azər Rəşidoğlu: “Köhnə nazirlərin yerinə gətirilən yeni nazirlərin fəaliyyətinə baxanda keçmiş nazirlərin xiffətini çəkməyə başlamışıq”.

Sualımızı cavablandıran Azər Rəşidoğlunun fikrincə yeni kadrlar köhnələrindən heç nə ilə fərlnmirlər, bəl kə də onlardan daha da bərbaddırlar. Siyasi müşahidəçi hesab edir ki, gənc kadr adı ilə irəli şəkilən islahatçı kadrların iş prinsipində qohumbazlıq, yerlibazlıq daha çox yer alıb. Əgər insanların özündə islahatçı düşüncəsi yoxdursa, ölkənin iqtisadi, sosial, siyasi fiaskodan qurtarmağın yolların bilmirlərsə, vəzifəyə kimin gəlməsindən asılı olmayaraq – cavan, yaşlı, rus dilli, ingilis dilli, avropa təhsilli – heç bir önəmi yoxdur:

“Struktur dəyişikliyi adı ilə yüzlərlə insanın işsiz qalması ölkədəki sosial problemləri daha da artırır. Sosial problemlərin artması şəraitində islahatların keçirilməsi imkansız görünür. Digər tərəfdən köhnə nazirlərin yerinə gətirilən yeni nazirlərin fəaliyyətinə baxanda keçmiş nazirlərin xiffətini çəkməyə başlamışıq. Bu da faciəvi bir durumdur. Bərbad iş prinsipi, qohumbazlıq, yerlibazlıq cavan islahatçı nəsil kimi təqdim etdiklərimizin vaxtında daha da çoxalıb. Quzu ilə şəkil çəkdirməyi islahat kimi qələmə verirlərsə, mən bunu islahat kimi qələmə vermirəm.

Azərbaycanda hansısa klanın hakimiyyətə gəlməsi ya da getməsi, islahatların başlanması demək deyil. Düşüncənin özü dəyişməlidir. Rus dilində danışmaq da islahatçı olmaq anlamına gəlmir. Əgər insanların özündə islahatçı düşüncəsi yoxdursa, ölkənin iqtisadi, sosial, siyasi fiaskodan qurtarmağın yolların bilmirlərsə, vəzifəyə kimin gəlməsindən asılı olmayaraq – cavan, yaşlı, rus dilli, ingilis dilli, avropa təhsilli – heç bir önəmi yoxdur. Ölkədə heç nə dəyişməyəcək və ölkədə vəziyyət daha da get-gedə ağır, fəsadlı bir çalar alacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar