Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Qarabağ həmləsinin qarşısı necə alınır? – Şərh

"ABŞ-ın Qarabağ münaqişəsinin həlli üçün etdiyi həmlələr hər zaman Rusiyanın antihəmlələri ilə qarşılaşıb"

"Belə ki, 2000-ci ildə ABŞ həmləsinə cavab olaraq, Ermənistan parlamenti gülləbaran edildi, hazırda isə ABŞ-ın təşəbbüslərinə qarşı Ermənistana Rusiya tərəfindən “kökə və qamçı” siyasəti tətbiq edilir".

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Dağlıq Qarabağ ətrafında sülhyaratma prosesində irəliləyişlərin qarşısını alınmasında hər zaman Rusiya fəallıq göstərib və nəticəyə də nail olub:

“Sülhyaratma prosesində ilk həmlə ABŞ-ın təşəbbüsü ilə 1998-2000-ci illəri əhatə edir. Həmin vaxt ABŞ-ın o zamankı dövlət katibinin səlahiyyətli nümayəndəsi Bakı-İrəvan-Vaşinqton arasında daim səfərlər edərək, tərəflərin sülhə meyillənməsi və kompromislər hesabına sülhə nail olunmasına gətirib çıxaran razılaşmalar əldə edə bilib. Bu razılaşmalar 2000-ci ildə ATƏT-in İstanbulda keçirilən zirvə toplantısında imzalanmalı idi. Amma bu proses yarımçıq qaldı. Beləliklə, “ABŞ-ın birinci həmləsi” adlandırılacaq bu həmlə nəticəsiz qurtardı. Bunun əsas günahkarının o zamanlar Rusiya olduğu ehtimal edilirdi. 2000-ci ildən sonra bölgədə sülhyaratma prosesi ilə guya Rusiya məşğul olmağa başlayıb. Putinin prezidentliyə gəlməsi ilə ABŞ-ın postsovet məkanındakı fəallığı heçə endirildi.

Nəticədə Dağlıq Qarabağ problemi ilə məşğul olmaq Rusiyanın inhisarına keçdi. Rusiya bir neçə dəfə bu problemin həlli ilə bağlı prezidentlərin görüşünü və buna bənzər müxtəlif imitasiyalar etdi. Bu imitasiyalar Kazanda, Sankt-Peterburqda, Moskvada baş tutsa da, danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə nəticəsiz bitdi”.

Politoloq vurğulayıb ki, ABŞ 2018-ci ilə qədər proseslərdən kənarda qalsa da, süni surətdə irəliləmələrin qarşısı alındığı bu prosesə yön vermək üçün artıq yenidən təşəbbüslər göstərməyə başlayıb:

“Bu təşəbbüslərdə onu dünyanın inkişaf etmiş 7 ölkəsinin nümayəndələri (“Böyük yeddilər”) də müdafiə edir. ABŞ 2018-ci ildən qəti surətdə problemin həll olunmasını nəzərdə tutan diplomatik səylərə start verib. Çünki ABŞ başa düşür ki, postsovet məkanındakı bütün münaqişələri, ilk növbədə Dağlıq Qarabağ problemini həll etmədən burada Rusiyanın nüfuzunu sarsıda biləcək addımlar atmaq mümkün olmayacaq. Ona görə də bu problemin həllinə girişməyi məqsəd kimi qarşısına qoyub. Dağlıq Qarabağ münaqişəsi həll edilsə, bu, postsovet məkanındakı digər münaqişələrin də həllinə stimul verəcək. Məhz ABŞ-ın təşəbbüsü ilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assemblyası, NATO-nun zirvə toplantıları 2015-ci ildən başlayaraq, Azərbaycanın ərazi bütövlüyü barəsində kifayət qədər cəsarətli bəyanatlar irəli sürüb. ABŞ dünya ictimai rəyini bu tezis ətrafında formalaşdırmağa çalışır”.

Politoloq qeyd edib ki, tərəfləri sülhyaratma prosesinə meyilləndirmək üçün ardıcıl təşəbbüslər irəli sürülür:

“Amma bu məsələlərdə aparıcı rolun yenə də ABŞ-a məxsus olduğunu hiss etdikdə Rusiya təlaşa düşür və yenidən Ermənistana qarşı təzyiqlər edir. Buna misal olaraq, Karasinin bu günlərdə İrəvana səfəri, Paşinyana güclü təzyiqlər göstərilməsini deyə bilərik. “Kökə və qamçı” siyasəti, yəni əvvəl təzyiqlər, daha sonra Ermənistana hərbi yardımlar göstərilməsi, Su-30 təyyarələrinin veriləcəyi ilə bağlı vədlər yenidən ABŞ təşəbbüsünə qarşı Rusiya tərəfindən əks həmlələrin başladığını deməyə əsas verir”.

pia.az


Etiket: ABŞ Qarabağ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar