Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

10 məğlubiyyət, 43 heç-heçə, 12 qələbə…- ABŞ-ın son yüz ildə hərbi acizliyi və səbəbləri...

Devid Ayzenberq

Asia Times (ABŞ), 01.02.2019

Vaşinqtonda hesab etmək məqbuldur ki, ABŞ silahlı gücləri dünyada ən təchiz edilmiş, hazırlıqlı və ölümsaçan ordudur. Bununla belə, ABŞ-ın 1945-dən sonrakı hərb tarixi əksindən xəbər verir.

ABŞ Koreyada çətinliklə heç-heçəyə nail olub, bunun ardınca qoşunların Cənubi Vyetnam, Somali, Əfqanıstan və İraqdan rəzil gedişi baş verib. Bütün bunlar ABŞ-ın siyasət və nüfuzu üçün ağır nəticələrə malik idi. Tərəzinin o biri gözündə Qrenada və Panamaya müdaxilə, habelə Fars körfəzində Birinci savaşın gedişində Kuveytin azad edilməsi daxil olmaqla yalnız cüzi hərbi uğurlar görünür.

ABŞ xüsusi təyinatlı qoşunlarının Baş İdarəsi 2015-ci ildə ABŞ-ın ötən 100 ildəki xarici hərbi kampaniyalarının nəticələrini incələyib. Aydınlaşıb ki, ABŞ 10 dəfə uduzub, 43 münaqişə isə heç-heçə bitib, Vaşinqton bu zaman yalnız 12 qələbə qazanıb. Görünür, ABŞ müharibəni necə udmağı daha bilmir.

Milli müdafiə universitetinin professoru Şon Makfeyt yazır: “ABŞ son dəfə həlledici qələbə qazanarkən bütün elektronika elektron-şüa borularında işləyirdi”.

Makfeyt həmçinin RAND korporasiyasında, Atlantika Şurasında, “Yeni Amerika” fondunda işləyib. Təkcə ABŞ-da problemlər yaranmayıb, demokratik Qərb bütünlükdə bununla üzləşib.

Makfeyt hesab edir: “Bu, təkcə Birləşmiş Ştatlarda baş vermir. Son 70 ildə təşvişli tendensiya izlənilir. Qərb savaşı necə udmağı yaddan çıxarıb… Çağdaş münaqişələrin yeganə sabiti bundan ibarətdir ki, dünyanın ən güclü hərbçiləri indi adətən zəif rəqiblərə uduzurlar”.

Makfeyt 2015-də özünün “Çağdaş muzdlu: özəl ordular və bunun dünya düzəni üçün önəmi” kitabını çap etdirib. Makfeytin yanvarın 22-də çıxmış son kitabı “Savaşın yeni qaydaları: sürəkli iğtişaşlar dönəmində qələbə” bu mövzu barədə daha geniş anlayış verir.

Makfeyt hesab edir: “Qərb uduzur, çünki strateji atrofiya yaşayır. Biz şanlı günlərimizdə 1945-dəki kimi adi savaş aparmağın həsrətindəyik, sonra isə təəccüblənirik ki, daha niyə qalib gələ bilmirik. Savaş yerində durmayıb, düşmənlərimiz əməlli-başlı irəli gediblər”.

Makfeyt yazır: “Biz keçmişin xəyalından qurtula bilmirik, məhz buna görə də elə hey uğursuzluğa düçar oluruq. Biz savaşın başqa növlərini, özəlliklə də çağdaş, son dərəcə dolaşıq münaqişələri aparmağı bacarmırıq… Ekspertlərimiz gələcəyə baxmaq yerinə keçmişin sınaqlarına üz tutur və robotlaşdırılmış savaşları və Çinlə II dünya savaşı dövrünün döyüşlərini yada salan, amma yalnız daha mükəmməl texnologiyalar işlədiləsi əzəmətli hava-dəniz döyüşlərini xəyal edirlər”.

Onda bəs məsələnin həlli nədədir? Makfeyt deyir: birincisi, əməliyyat-taktika qrupları strateji düşünməyi bacarmalıdır. “Hərbi məktəblərdə praktik olaraq strategiyanı öyrətmirlər. Bütünlüklə demək olar ki, strategiya tədris proqramına daxil deyil. Zabitlər orduda 15 il qulluq etməyincə onlara strategiya keçmirik. 18 yaşlı əsgərlər üçün strategiya kursu tətbiq etməliyik”.

Bəzi ekspertlərin taktiki nüvə silahını işlətməyi yalnız güman etdikləri bir dövrdə Makfeyt cəsarətli iddia irəli sürür ki, nüvə silahı tezliklə yasaq silah olmaqdan çıxacaq. O yazır: “Məhdud nüvə savaşı bəziləri üçün tamamilə məqbul ola bilər. Heç nə əbədi sürmür. Hindistan və Pakistan nüvə savaşına başlaya bilər”.

Professor habelə hesab edir ki, ABŞ, Böyük Britaniya, Avstraliya və istənilən başqa ölkə üçün Fransanın örnəyində öz xarici hərbi legionlarını formalaşdrmağın zamanı çatıb – təhlükələr milli sərhədlərə yetməmiş onu dəf etməkdən yana. ABŞ-ın xarici legion bölmələrinə Amerika zabitləri və xüsusi təyinatlılar dəstəsi başçılıq etməlidir.

Makfeyt əmindir: “Legionerlər bu model çərçivəsində podratçıları əvəz etməli və bununla bağlı bütün problemləru çözməlidirlər. Özəl hərbi podratçılardan fərqli olaraq standart təlim və sınaqlar son dərəcə şəffaf ola bilər”.

ABŞ xarici legionun qurulmasını nəzərdə tutan model çərçivəsində işçi gücün nəhəng kürəsəl ehtiyatlarına çıxış əldə edə bilər, Vaşinqton legionerlərə Amerika vətəndaşlığı təklif etməklə onların loyallığını qazanardı. Son dərəcə önəmlidir ki, xarici legionun yaradılması Amerika əsgərlərinin ölümünün Amerika cəmiyyətində doğurduğu narazılığı ləğv etməyə imkan verərdi. İraq və Əfqanıstandakı hərbi kampaniyaların təcrübəsi göstərdi ki, Amerika ictimaiyyəti nizami silahlı güclərlə bağlı olmayan qurbanlara etinasızdır.

Makfeyt qeyd edir – o biri yandan, gələcək həlledici döyüş meydanlarından biri kiberməkan olacaq. Amma Qərbdəki hərbçilərin çoxu kibersilahın gerçək potensialını hələlik dərk etmir. Kibersilahın gerçək gücü casusluqda, ya da düşmənin obyektlərinə kiberhücumlarda deyil, çox ciddi yanaşılması gərəkən təbliğatdadır.

Makfeyt yazır: “Təmsilçilik demokratiyaları burada olduqca zəifdir. Şübhəsiz, rusların 2016-cı il ABŞ seçkilərində, Brexit-də və Avropanın başqa seçkilərində əli var”.

Cavab zərbəsi endirməyin vaxtı çatıb, amma soyuq savaş dönəminin təyyarədən vərəqələr atmaq daxil olmaqla yöndəmsiz üsullarıyla deyil. Repressiv rejimlərdə yayınlanan teleseriallarda və yaxud tok-şoularda gizlədilən pərdələnmiş gizli mənalar “Azadlıq Radiosu”nun bülletenlərindən daha effektli çıxa bilər.

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket: ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar