Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç əsr yaşayan rusiyalı qadın vəfat edib

Çeçenistanda bu il 130 yaşı tamam olan Rusiyanın ən yaşlı qadını Koka İstambulova vəfat edib

Bu barədə “RİA Novosti”yə onun nəvəsi İlyas Abubakarov məlumat verib.

Yanvar ayının sonunda Kabarda-Balkar Respublikasının Baksan rayonunda, Rusiya Rekordlar kitabına əsasən, ölkənin ən yaşlı qadını Nanu Şaova 129 yaşında vəfat edib.

K.İstambulova Rekordlar kitabında qeydiyyata alınmayıb, lakin Rusiyanın pensiya fondunda onun yaşını təsdiq ediblər.

“Nənəm heç nədən şikayət etmirdi. Biz həmişə olduğu kimi, şam yeməyi yedik, o, zarafatlar edirdi, danışırdı. Sonra qəfildən onun halı pisləşdi, sinəsində ağrılardan şikayət edirdi. Həkim çağırdıq və bizə dedilər ki, ürəyinin təzyiqi aşağı düşüb, iynə vurdular. Lakin xilas edə bilmədilər. Bir az sonra o, sakitcə, tam ayıq şəkildə və dua oxuya-oxuya öldü”, - deyə nəvəsi bildirib.

Onun sözlərinə görə, qadını Bratsk kəndinin qəbiristanlığında dəfn ediblər.

Xatırladaq ki, ötən ilin məlumatına əsasən, 1889-cu il doğumlu Koka İstambulova Çeçenistanın Nadterechni rayonunun Bratsk kəndində yaşayıb. Qadının yaşını təsdiq edən müvafiq sənədi olub. Lakin pasportda qadının yalnız doğum ili qeyd olunub, doğulduğu ay və gün isə məlum olmayıb. Bundan əlavə o, çox yaxşı yaddaşa malik olub, hətta inqilabdan əvvəlki dövrləri belə xatırlayıb. O, son zamanlar başqalarının köməyilə yeriyirdi və gözləri görmürdü.

Kokanın beş nəvəsi və 16 kötücəsi var, onun övladları isə dünyalarını dəyişiblər.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar