Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağla bağlı sülhə nələr mane olur?

Erməni mətbuatı iddia edir ki, Paşinyan Qarabağ məsələsində çox ciddi güzəştlərə hazırdır və danışıqlar məhz Ermənistanın Qarabağın ətrafında işğal edilmiş ərazilərin azad olunması ilə bağlı aparılır

Yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Bolton özünün twitter hesabında belə yazıb: "... Azərbaycan prezidenti İlham Əliyevlə danışdım. Biz enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində ABŞ-ın dəstəyi də daxil, bir sıra ortaq maraq kəsb edən məsələləri müzakirə elədik".

Xatırladaq ki, az öncə N.Paşinyan Davosda olarkən Con Bolton ona da telefon açmışdı. Rəsmi məlumatlarda bildirilirdi ki, söhbət zamanı ikitərəfli münasibətlərin perspektivi və Qarabağ mövzusu diqqətdə saxlanılıb.

Ekspertlərin sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri yarandığı 1991-ci ildən bu günə qədər qarşılıqlı etimad və etibarlı tərəfdaş prinsiplərinə uyğun yüksələn xətlə inkişaf edir. Boltonun telefon zəngi də məhz bu əlaqələrin inkişafından xəbər verir. Siyasi təhlilçilərin fikrincə, Qərblə Rusiya arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı anlaşma mühiti yaranıb. Maraqlı odur ki, artıq ATƏT-in vasitəçilik missiyası olmadan tərəflər bir neçə dəfə görüşüb.

Erməni mətbuatı iddia edir ki, Paşinyan Qarabağ məsələsində çox ciddi güzəştlərə hazırdır və danışıqlar məhz Ermənistanın Qarabağın ətrafında işğal edilmiş ərazilərin azad olunması ilə bağlı aparılır.

Paşinyanın Boltonla telefon danışığı zamanı Qarabağ problemini müzakirə etmədikləri ilə bağlı açıqlaması hətta erməni mətbuatında da şübhə altına alınıb. Ermənistan mətbuatının yazdığına görə, Paşinyan həqiqəti demir. Ən azı ona görə ki, münaqişə ErmənistanAzərbaycan arasındadır. Əgər bu haqda danışıqlar aparılırsa, bu, hər iki tərəflə getməlidir. Ona görə də bu məsələni bir az açıq qoymaq lazımdır. Ola bilsin ki, Paşinyan Boltondan Qarabağ problemi ilə bağlı danışıqların gizli qalmasını xahiş edib.

Diqqəti çəkən məqam ondan ibarətdir ki, Moskvada Qarabağla bağlı çox ciddi planlar işlənməkdədir. Uzun illərdir Qarabağ məsələsində beynəlxalq hüquq normaları, haqq-ədalət prinsipi Azərbaycanın tərəfində olsa da, Azərbaycanın işinə mane olan amil geopolitik maraqlar idi. Rusiya birmənalı hesab edirdi ki, onun Cənubi Qafqazda ən yaxın müttəfiqi Ermənistandır, Azərbaycan isə Qərblə əməkdaşlıq edir, neft müqavilələri imzalayır. Buna görə də beynəlxalq hüquq normaları da kənarda qalırdı və Rusiya öz milli maraqlarını əsas götürərək, Ermənistana həm iqtisadi, həm siyasi, o cümlədən Qarabağ məsələsində dəstək verirdi. İndi Rusiyanın bölgədə milli maraqları baxımından çox ciddi dəyişikliklər baş verib. Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşmağa və strateji əməkdaşlıq etməyə başlayıb. Rusiya üçün həm Azərbaycan, həm də Türkiyə ilə bu münasibətləri qoruyub saxlamaq çox önəmlidir. Eyni zamanda Rusiyanın Ermənistanla münasibətlərində çox ciddi problemlər müşahidə edilir. O cümlədən də Ermənistanda hakimiyyət dəyişikliyindən sonra qərbpərəst siyasətçilərin - Rusiyanin əleyhinə illər boyu mitinqlər keçirən, bəyanatlar verən insanların indi əsas dövlət vəzifələrinə təyin olunması prosesi baş verdi. Ona görə də təkcə beynəlxalq hüquq normaları deyil, artıq Rusiyanın milli maraqları da Qarabağ məsələsində mövcud durumu dəyişməyi diktə edir. Bu dəyişiklik də erməniləri narahat edir. Bu dəyişiklik nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin ya hamısı, ya da böyük bir hissəsinin Azərbaycana qaytarılacağı şansı yaranır.

Paşinyan "Qarabağ klanı"ndan ehtiyat etdiyi üçün Qarabağ danışıqları barədə açıqlama vermir. Dünya gücləri Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıblar və bu strategiyanın ana xətlərindən biri Ermənistanın işğalçı siyasətinə son qoymağı ehtiva edir. Buna rəğmən, münaqişənin həlli ilə bağlı bəlli prinsiplər, bəlli çərçivə var. Amma indi hansı məsələdə irəliləyiş var, hansı tərəf hansı güzəştə getməyə razılıq verib, bəlli deyil. Azərbaycanın əsas tələbi münaqişənin mərhələli həll planı üzrə nizamlanması ilə bağlıdır və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalıdır. Belə bir addım atmaq yenicə hakimiyyətə gələn Paşinyan üçün mümkünsüz görünür, həmin rayonların qaytarılması məsələsini Ermənistanda xəyanət kimi dəyərləndirənlər var. Dağlıq Qarabağda referendumun keçirilməsi ilə bağlı mübahisə də öz həllini tapmayıb. Tərəflər bu məsələdə uzun zamandır ortaq məxrəcə gələ bilmirlər. Yəni açıq qalan çox ciddi suallar var. Lakin həm Azərbaycan, həm də Ermənistan pozitiv fon yaratmaqda maraqlıdır. Hər iki tərəf savaşa getməyəcəyinin mesajını verir, fors-major situasiyadan qaçır.

Bəzi araşdırmaçılar belə düşünür ki, indiki məqamda münaqişənin həlli istiqamətində qəti addım atılması hər iki tərəfin maraqlarına ziddir, çünki bu halda tərəflərdən biri xarici qüvvələrdən biri tərəfdən cəzalandırıla və sülhə məcbur edilə bilər. Həm Moskvada, həm Vaşinqtonda təxminən belə fikirlər söylənilir, "biz ancaq vasitəçiyik, əsas məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür və onlar razılaşmalıdır". Moskva ilə Vaşinqton bəyan etdikləri kimi doğrudan da Qarabağ münaqişəsinin həllində vahid mövqedən çıxış edə bilsəydilər, onların vahid mövqeyi olsaydı, münaqişə tərəflərini çox asanlıqla böyük sülh sazişinin imzalanmasına, yumşaq desək, həvəsləndirə, təhrik edə, bəzi hallarda hətta təzyiq göstərib məcbur da edə bilərdilər. Əsas problem ondan ibarətdir ki, hələlik böyük dövlətlərin regionda maraq dairələrinin bölünməsi ilə bağlı heç bir razılığı yoxdur. Məhz bu, sülhün yaradılmasına kifayət qədər ciddi maneçilik törədir...

Azər RƏŞİDOĞLU(sputnik.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Türkiyə taleyini həll etməyə hazırlaşır – Döyüş meydanı böyük şəhərlərdir

İlham Əliyevin ən yeni siyasi texnologiyası: “Danışan Azərbaycan Prezidentidir!”

Ən çox oxunanalar