Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarx polis polkovniki Bakıda qızının adına yeni mağaza aldı - Şikayət, Fotofakt

Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş Ali Sovetin sabiq deputatı, 25 ildən artıq bir müddətdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadə ölkənin ən varlı adamlarından biridir

Əhmədzadənin korrupsiya ilə qazandığı biznes şəbəkəsi artıq sərhəd tanımır. Belə ki, Azərbaycandan İngiltərəyə uzanan biznes imperiyasında saysız-hesabsız şirkətlər və otellər var.

Xəbər verdiyimiz kimi, Əhməd Əhmədzadəyə biznes imperiyasında ailə üzvlərinin və yaxın qohumlarının adına çoxsaylı şirkətlər var. Əhmədzadənin belə qohumlarından biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri işləyən İlham Rəcəbovdur. Polis polkovniki İlham Rəcəbov Əhməd Əhmədzadənin qızının həyat yoldaşıdır.

AzToday.az-a daxil olan məlumatda bildirilir ki, İlham Rəcəbovun təkcə Bakıda minə yaxın evi var. Həmçinin, polis polkovniki şadlıq saraylarına, otellərə və başqa biznes obyeklərinə də sahibdir. Bundan başqa Bakıda məşhur Sirr Şirniyyat şəbəkə evləri də İlham Rəcəbova məxsusdur. Quba və Qax rayonlarında da obyektlərə sahib olan İlham Rəcəbovun biznesinin və sahib olduğu əmlaklarının böyük hissəsi qızı Səba Rəcəbovanın adına olduğu deyilir.

Qeyd edək ki, İlham Rəcəbovun Bakıda aldığı yeni obyekt narazılıqlara səbəb olub. Belə ki, Yasamal rayonu, Hüseyn Cavid pr, 520 kvartal, ev 19, mən 30 ünvanında İlham Rəcəbovun qızı Turan Rəcəbovanın adına aldığı mağaza qonşuları narahat etməyə başlayıb. Belə ki, polis polkovniki yeni obyektinin genişləndirilməsi üçün sözügedən ünvanda qızının adına daha bir mənzil də alıb və həmin mənzillə yeni obyekti arasındakı divarı sökdürüb.

Rəcəbova Turan İlham qızının adına olan hər iki obyektin sənədlərini təqdim edirik:

Ötən yazımızda qeyd etdiyimiz kimi, “Ağ Ciçəyim” gul mağazasının fəaliyət göstərdiyi arxitekturalı binanın istinad divarının sökülməsi həmin binada yaşayan sakinlərin həyatı üçün təhlükə yaradıb.

Sakinlərin Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və başqa müvafiq qurumlara etdiyi şikayətlərə baxmayaraq, İlham Rəcəbov arxitekturalı binada təmir işləri aparmaqda davam edir. İcra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi isə sakinlərin şikayəti ilə bağlı heç bir tədbir görməyib və sökülmüş istinad divarı hələ də bərpa olunmayıb. Hələ də yüzlərlə ailənin yaşadığı tarixi binanın istinad divarının sökülməsinin sakinlərin həyatı üçün təhlükə yaratdığının fərqində deyillər.

Görünür, İlham Rəcəbov və qaynatası Əhməd Əhmədzadə müvafiq qurumları özünəməxsus yollarla razı sala bildiyindən onıarın bu qanunsuzluqlarına hələlik “dur” deyən yoxdur…

Qeyd edək ki, istifadəyə verilmiş bina və qurğularin yükdaşıyan inşaat konstruksiyalarınını müvafiq qurumların icazəsi olmadan sökülməsi birbaşa cinayət işinin başlanması üçün əsas verir.

Polis polkovnikinin sakinlərin həyatı üçün yaratdığı təhlükə ilə bağlı rəsmi qurumlardan münasibət öyrənməyə çalışacağıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar