Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP deputatlarını topayıb, tapşırıqlar verdi

Hakim partiyada xüsusi aktivlik başlayıb

Yanvarın 31-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Məclisdə partiyanı təmsil edən deputatlarla görüş keçirilib. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu görüşün partiyanı parlamentdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

YAP deputatlarının seçiciləri ilə mütəmadi görüşlər keçirməsi, seçicilərin problemlərinin daha sıx dinlənilməsi, həllinə çalışılması, ölkənin və hakimiyyətin maraqları ilə bağlı gündəmdə olan aktual mövzuların müzakirəsində aktiv iştirak etmələri tapşırılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-də olub. Həmin seçkilərdə 125 deputat mandatından 71-ni hakim Yeni Azərbaycan Partiyasının siyahısındakı namizədlər əldə edib. Seçkidən sonra nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsində 2016-cı il iyunun 18-də keçirilən təkrar seçkilərdə isə YAP-ın namizədi, partiyanın rayon təşkilatının sədri Cavid Osmanov deputat mandatı əldə edib. Bununla da YAP-ın deputatlarının sayı 72-yə çatıb. 2018-ci ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 4 nəfər deputat Nazirlər Kabinetinin yeni tərkibində yer alıb. Qanunvericiliyin tələbinə görə həmin şəxslərin deputat mandatına xitam verilib. Bundan başqa, Milli Məclisdə 2 yer də boş qalıb. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra onun deputat fəaliyyətinə xitam verilib.

Milli Məclisin daha bir YAP-çı deputatı Astan Şahverdiyev isə vəfat edib. Bu səbəbdən Milli Məclisdə ümumilikdə 125 deputatdan yalnız 119-u təmsil olunur. Hakim partiyanın deputatlarının hazırkı sayı isə 68 nəfərdir. Sözügedən 68 deputatdan ictimai-siyasi aktivliyinə, baş verən hadisələrə reaksiyasına görə 5-6 nəfəri seçilir. Bu isə o deməkdir ki, hakimiyyətin dəstəyi ilə mandat sahibi olanların təxminən 10 faizi deputat kimi aktivdirlər və günün tələblərinə cavab verə bilərlər.

Milli Məclisin deputatı Zahid Oruc “Yeni Müsavat”a ötən həftə müsahibəsində aktiv olmayan, hakimiyyətə qarşı hücumlara reaksiya verməyib susqunluq nümayiş etdirən deputatları tənqid etmişdi. O bildimişdi ki, indiki zamanda siyasi və ideoloji işin intensivliyi birə-beş qat artırılmalıdır.

Onun sözlərinə görə, ağır artilleriyanı işə salmaq elan olunmuş kursun uğurunu təmin etməyin mühüm şərtlərindən biridir: “Necə deyərlər, korrupsiya və bürokratizmin ləğvi üçün dövlət başçısının xalqla aralarında formalaşmış möhkəm bağların hər biri bizə görə qiymətli olmalıdır. Ondan ötrü mən deyirəm ki, parlament seçkilərinin tarixi deyil, gələcək tərkibi əhəmiyyətli müzakirələr mövzusudur”.

Zahid Orucun bununla hakim partiyanın deputatlığa namizədlər siyahısı ilə deputat mandatı qazanan, özünü hakimiyyətyönlü elan edən, lakin “danışmamaq qızıldır” yanaşması ilə davranan Milli Məclis üzvlərini nəzərdə tutduğu bəlli idi. Siyasi analitiklər hesab edir ki, əslində Z.Oruc bu fikirlərlə yaxasını kənarda tutmaq taktikası seçən, heç bir ictimai müzakirələrə qatılmayan, mediadan qaçan, hakimiyyətin siyasətinin müdafiəsi istiqamətində fəaliyyəti olmayan deputatlara iqtidarda münasibətin necə olacağının anonsunu vermiş olub. Deputatın sözlərindən belə qənaətə gəlmək olar ki, yoxluğu ilə varlığı bilinməyən deputatlar növbəti seçkilərdə YAP-ın namizədlər siyahısına daxil edilməyəcəklər. Odur ki, YAP mandatı daşıyan deputatlarla keçirilən dünənki görüş maraq doğurmaya bilməz. (Musavat.com)

YAP-dakı bu hərəkətliliyin müxalifətin son illərdə qeydə alınmış ən kütləvi etiraz aksiyası hesab olunan 19 yanvar mitinqindən sonraya təsədüf etməsi də maraq doğurur. Sirr deyil ki, hakim partiyanın fəaliyyətində dinamiklik çox aşağıdır. YAP, demək olar ki, seçkidən-seçkiyə aktivləşir. Lakin son günlər hakim partiyanın qərargahında xüsusi canlanma müşahidə olunur ki, bunun da 19 yanvar mitinqi ilə bağlılığı heç bir şübhə doğurmur.

pia.az


Etiket: YAP iclas

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar