Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada Rusiya-İran döyüşü davam edir

Suriya Ordusundakı daxili silahlı qarşıdurma İdlib-Hama arasındakı Gab bölgəsində son bir aydır şiddətlənib

Rusiya dəstəkli general Süheyl Həsənə bağlı 5-ci diviziyanın qüvvələri gücünü İrandan alan 4-ci diviziya arasında qarşıdurmalar davam edir. Mənbələrə görə, bölünmüş ordudakı güc mübarizəsi daha qanlı bir prosesə yol aça bilər.

Xamanın Sahlel Gab bölgəsində 16 yanvarda başlayan və Suriya ordusuna bağlı 4-cü və 5-ci diviziya arasındakı toqquşmalarda 100-dən çox əsgər ölüb. “Yeni Şəfəq” qəzetinə prosesləri dəyərləndirən Suriyalı deputat Əbu Nidal, qarşıdurmanın fonunda Rusiyanın və İranın müqəssir olduğunu deyib.

Hazırda Əsədə yaxın şəxslər arasında yer alan Suriyalı millət vəkili münaqişələrin 1 ildən artıq müddətdir ki, müxtəlif bölgələrdə davam etdiyini deyib və bu məlumatları verib:

"Hazırda bir-biri ilə toqquşan qruplardan Pələng Gücü general Süheyl Həsənə bağlıdır və bu qrupa, 5-ci diviziyaya təlim, silah və sursat dəstəyi Rusiya tərəfindən verilir. Digər tərəfdə isə Mahir Əsədin (Bəşər Əsədin qardaşı) Respublika Mühafizəçiləri, 4-cü diviziya var. Bu diviziya isə bütün dəstəyini İrandan alır".

Güc mübarizəsi var

Dəməşq, Dəraa və Deyrizorda təxminən bir ildir ki, qruplar arası qarşıdurma baş verir. Rusiya 2018-ci ilin əvvəlindən etibarən Süheyl Həsənə xüsusi maraq göstərir və general Süheyl Lazkiyedəki Himeymim Bazasında qalır. Ordu daxilində baş verən qarşıdurmaların çölə sızmaması üçün böyük səy sərf edilir və hadisələr region mübadiləsi mövzusundakı münaqişələr şəklində təqdim olunur. Ancaq gerçək səbəb İranRusiyanın meydançadakı güc mübarizəsindən başqa bir şey deyil və bu vəziyyət hər keçən gün daha çox qabarıq hala gəlir".

Bir ildir davam edir

Rusya 2018-ci ilin əvvəlində Lazkiyədə Mahir Əsədə bağlı əsas şəxslərdən olan Cabir el-Əsədə qarşı əməliyyat keçirərək onu oyundan çıxardı. Mahir Əsəd ölkənin ən kritik hərbi birliyi olan Respublika Mühafizəçilərinin başındadır və Dəməşqdə Bəşər Əsədin varlığı qədər İran üçün də həyati əhəmiyyətə malik bir şəxsdir. Digər tərəfdən, Əsədin varisi olma xüsusiyyəti daşıyır. Süheyl Həsən isə Suriyanın ən mühüm Hərbi Kəşfiyyat qurumu olan Hava Ceviyye tərəfindən yetişdirilən bir hava qüvvələri generalıdır. Rusiyanın sahədə İran qədər fəal hərbi gücü yoxdur. Bu vəziyyəti Süheyl Həsənlə tarazlaşdırmağa çalışır. Bir ildir davam edən münaqişələrdə Liva əl-Qüds də (İran dəstəkli Şiə qrup) Mahir Əsəd qüvvələrinə açıq dəstək verərək İranın mövqeyini itirməməsi naminə səy sərf edir. Son bir ayda Sahlel Gab və Dəməşq mərkəzində baş verən ordu daxili toqquşmalarda 170 nəfər ölüb". (müxalifət.az)

pia.az


Etiket: Suriya Rusiya İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar