Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəyəm burada muzey var?...” - Fotolar

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyi uçub-dağılmaq üzrədir

PİA.AZ bildirir ki,  Virtualaz.org muzeyin hazırki vəziyyəti ilə maraqlanıb, bəlli olub ki, bina qəzalı vəziyyətə düşdüyündən çoxdandır ziyarətçilərin qəbulu da dayandırılıb.

Mənzərə doğrudan da acınacaqlıdır, binanın taxtadan olan giriş qapısı çürüyüb, pəncərələrin şüşəsi qırılıb, bir neçə yerdən dərin çatlar yaranıb. Yarıuçuq daxmanı xatırladan binanın üzərindən Cəfər Cabbarlının xatirə lövhəsi də götürülüb.

Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, artıq 2 ilə yaxındır muzeyin qapısı bağlıdır, arabir məktəblilər yazıçının ev muzeyinə baş çəkmək üçün gəlsələr də, geri qayıdırlar.

“Muzeyin ikinci mərtəbəsində Cəfər Cabbarlının qohumları yaşayır. Təxminən 2-3 il əvvəl muzey işçisindən eşitdim ki, binanın tavanı çökmək üzrədir, nəmişlikdən divarlar qaralıb. Deyirdilər təmir olunacaq”, -sakinlərdən biri deyir. Üstəlik etiraf edir ki, yaxınlıqda yaşasa da indiyədək bir dəfə də olsa muzeydə olmayıb.

Muzeyin digər giriş qapısına yaxınlaşırıq, bir neçə yerdən iri deşiklər açılmış taxta qapı bağlıdır. Həyətdə iki qadın görünür, qapının səsini eşidən kimi içəri girirlər. Muzeyin hasarı ilə üzbəüz parkda dayanan, təxminən 12-13 yaşlı uşaqlarla söhbətləşirik. Bəlli olur ki, məktəblilər nəinki muzey, heç Cabbarlının yaradıcılığı haqda məlumatlı deyillər: “Bəyəm orada muzey var?”, -oğlanlardan biri sualımıza təəcüblə cavab verir. Digəri isə deyir ki, ədəbiyyat kitabında Cabbarlı barədə nəisə oxuyub, amma indi dəqiq xatırlamır. Və onun kim olduğunu, nə işlə məşğul olduğunu da bilmir.

Sakinlərdən Fazil Qədirov isə deyir ki, Cabbarlı kimi şəxsiyyətin muzeyinin bu cür vəziyyətdə olması utancvericidir. “Cəfər Cabbarlının xatirə lövhəsini də açıb götürüblər. Mədəniyyət Nazirliyinin görkəmli şəxsiyyətlərə münasibəti başadüşülən deyil, adam xəcalət çəkir”, -Qədirov qəzəblə danışır.

Yazıçının yaşayıb-yaratdığı muzey 1982-ci il martın 22-də istifadəyə verilib və Mədəniyyət Nazirliyinin balansındadır. Muzeydə Cabbarlının həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, nadir əlyazmaları, sağlığında özünün və ailə üzvlərinin istifadə etdiyi şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri, tamaşalardan afişa və proqramlar, dramaturqa bağışlanan hədiyyələr, Cabbarlı ədəbi irsini tədqiq edən elmi əsərlər olmaqla 8000-dən çox eksponat saxlanılır.

Muzeyin direktoru Qəmər Bağırova isə virtualaz.org-a bildirib ki, muzey təmir üçün bağlanılıb. Baxmayaraq ki, hələ təmirin nə vaxt olacağı bəlli deyil. “Yəqin ki, yaxın vaxtlarda təmirə başlanılacaq. Muzey əvvəllər də bir neçə dəfə təmir olunub. Amma evin tikintisi zamanı istifadə edilən tikinti materialları görünür keyfiyyətli olmayıb, təmirdən bir müddət sonra yenidən eyni vəziyyət yaranır. Bu dəfə əsaslı yenidənqurma işlərinin aparılması nəzərdə tutulub”, -Bağırova deyib.

Onun sözlərinə görə, muzeydəki eksponatlar yığışdırılıb ki, qorunsun. Xatirə lövhəsini də təmirə görə götürüblər, təmirdən sonra yerinə vurulacaq: “Muzeyin üst qatı şəxsi mülkdür, muzeydə yaşayış yoxdur. İndiyədək fəaliyyətimizi mətbuat işıqlandırıb, təmirdən sonra da tədbirlərimiz olacaq”.

Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin rəhbəri Azadə Hüseynova bildirib ki, muzeyin vəziyyətindən xəbərdardılar, nazirlikdə təmir işləri ilə bağlı məsələyə baxılır.

Bu il Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunacaq. Şöbə müdiri əmin edib ki, yazıçının yubileyinə kimi təmir aparılacaq. Yubileyə isə 2 aydan da az vaxt qalıb, gözləyək...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar