Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərəvəz qeyri-neft ixracında önə çıxır

İxracatçı sahibkarlar problemlərini dilə gətirirlər

Azərbaycanda tərəvəzçilik sahəsinə xüsusi diqqət yetirilməkdədir. Qeyri-neft ixracında payı sürətlə artan tərəvəzçilik sahəsinə yönəlik dövlət dəstəyi tədbirlərinin sayı artıb. Xüsusilə istixana tərəvəzçiliyinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Müasir tipli istixana təsərrüfatlarının yaradılmasına dövlət güzəştli kreditləri ayırır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərib. Bu istixanaların xeyli hissəsi müasir texnologiyalar əsasında qurulub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, hazırda dövlət dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı, o cümlədən 15 rayonda 39,6 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 29 rayonda 217,4 min hektar ərazidə 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması təşviq olunur.

Dövlət Gömrük Komitəsinin ixrac statistikasına əsasən 2018-ci ilin yanvar-dekabrında Azərbaycandan xaricə 559 milyon 627.74 min dollar dəyərində 621 min tondan yuxarı meyvə-tərəvəz ixrac olunub. Statistika Komitəsindən verilən məlumata görə isə ötən il ölkədə 1,5 milyon ton tərəvəz istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 8,3 faiz artım deməkdir. Ötən il ərzində təzə tərəvəz ixracı 10.5 faiz artaraq 203.7 milyon dollara yüksəlib. İxrac olunan tərəvəzin çox böyük hissəsi - 177,4 milyon dollarlığı pomidordur. Ötən il pomidor ixracı 17 faiz artım nümayiş etdirib.

Azərbaycan tərəvəzinin əsas ixrac bazarı Rusiyadır. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında bu ölkəyə 144 milyon 206,78 min dollarlıq 140 min 548,72 ton pomidor ixrac olunub. Bu isə ümumi pomidor ixracatının 90 faizdən çoxu deməkdir. Son illərdə Türkiyə pomidorunun Rusiya bazarına daxil olmasına tətbiq olunan məhdudiyyət Azərbaycan məhsulu üçün əlverişli şərtlər formalaşdırıb. Lakin bu qış Rusiya Türkiyədən pomidor idxalı limitini 100 min tona qaldırıb, bu isə Azərbaycan pomidoru üçün bazar problemi yarada bilər. Düzdür, Rusiya bazarı yalnız regionun deyil, dünyanın ən böyük bazarı hesab olunur.

Avropa Birliyinin sanksiyalarına cavab olaraq bu məkandan Rusiyaya kənd təsərrüfatı məshullarının idxalına qoyulan qadağalar bu bazarda tələbatı artırır. Lakin Azərbaycanda istehsalı sürətlə artırılan tərəvəz məhsullarının, o cümlədən pomidorun ixracında bir bazardan asılılıq heç də arzuolunan hal hesab olunmur. Buna görə də yerli istehsalçıların öz məhsulları üçün əlavə bazarlar tapması hazırda ən aktual məsələlərdən biridir.

Son illərdə istehsalın artdığı yaz-payız mövsümündə Rusiyaya pomidor ixracında bir sıra problemlər müşahidə olunur. İqtisadiyyat naziri Şahin Mustafayev hökumətin bu məsələni diqqətə götürdüyünü deyir: “Yaz aylarında Azərbaycanın pomidor ixracında yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparılır”.

Onun sözlərinə görə, pomidor ixracı Azərbaycan üçün çox önəmli məsələdir: “Prezident İlham Əliyevin bu məsələ ilə bağlı tapşırığı var. Bu səbəbdən də yaz aylarında Azərbaycandan pomidor ixracı ilə bağlı yarana biləcək çətinlik aradan qaldırılacaq. Bunun üçün artıq Rusiya tərəfi ilə danışıqlar aparılır”.

İxracatçı sahibkarların digər problemi dəmir yolu ilə yükdaşımalar zamanı ödənilən tariflərin artmasıdır.

İqtisadiyyat naziri Ş.Mustafayev deyib ki, bu həftə ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin iştirakı ilə görüş keçiriləcək: “Tariflərin müəyyən olunması təbii ki, qurumun səlahiyyətindədir. Amma bu məsələlərlə bağlı görüş keçirərik və problemi yoluna qoymağa çalışarıq”.

Bundan əlavə, ixracatçı sahibkarlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kənd təsərrüfatı məhsulları üçün verdiyi sertifikatların qiymətinin baha olmasından narazıdılar. Agentliyin sədri Qoşqar Təhməzli bu məsələyə münasibət bildirərək, dövlət rüsum və tariflərinin ekspertizaya sərf olunan komponentlərin inqridentlərin qiymətinə əsasən müəyyənləşdirildiyini deyib. Onun sözlərinə görə, AQTA yaradılana qədər ölkədə aqrokimyəvi preparatların ekspertizası 10 manata həyata keçirilirdi: “Lakin bir pestisidin ekspertizasının həyata keçirilməsi üçün onun maya dəyəri, taksikoloji analizləri 170 manata başa gəlir. Ona görə də hazırda həmin məhsulların ekspertizası dövlət tərəfindən qazanc məqsədi ilə həyata keçirilmir. Bu, sadəcə, ekspertizanı həyata keçirmək üçün heç olmasa minimum sərf olunan reaktivlərin və ləvazimatların maya dəyərini ödəmək üçün edilir”.(Yeni Müsavat)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar