Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

50 il əvvəl BMT nəşrində Nəsimini dünyaya tanıtmış şərqşünas

Məqalə müəllifinin kimliyi müəyyən olundu

1973-cü ildə UNESCO-nun təşəbbüsü ilə keçirilən “Nəsimi ili”ndə BMT qurumunun “Courier” dərgisində dahi Azərbaycan şairi, mütəfəkkiri haqqında məqalə dərc edilib.

Yazının redaksiya təqdimatında qeyd olunub: “İmadəddin Nəsimi müsəlman dünyasının böyük şair-filosoflarından biri olaraq məşhurdur. O, 600 il əvvəl Şamaxıda anadan olub, bu il dünyanın müxtəlif bölgələrində yubileyi qeyd olunub. UNESCO-nun iştirakı ilə ötən sentyabr ayında Bakıda və Moskvada Azərbaycan Elmlər Akademiyasının təşkilatçılığı ilə xüsusi beynəlxalq tədbirlər keçirilib.

“Nəsiminin şeirləri, – deyə Azərbaycan SSR-nin prezidenti (Ali Sovetin Rəyasət Heyətinin sədri – Ə.R.) Qurban Xəlilov bildirib, – həyatın gözəlliyini və sevinci vəsf edir. Onun bütün əsərlərinə insana və insanın mənəvi-irfani inkişafına və özünü təsdiqləmə qabiliyyətinə inam hopub. Nəsimi insanı düşünməyə, dini fanatizmlə mübarizə aparmağa və özünü köləlik psixologiyasından xilas etməyə çağırır”.

Strateq.az-ın araşdırmaları nəticəsində “Nasimi poet-filosofer Azerbaijan” (“Nəsimi – Azərbaycanın şair-filosofu”, dekabr-1973, səh. 30, 40, 41) məqaləsinin müəllifinin kimliyi müəyyən olunub. Bu, professor Vaqif İmaməli oğlu Aslanovdur.

1928-ci il təvəllüdlü V. Aslanov Azərbaycan (hazırda Bakı) Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Bir müddət sonra Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. 1955-ci ildə Moskvada SSRİ EA Dilçilik İnstitutuna işə qəbul edilib.

1961-ci ildə “Azərbaycan dili abidələrində feli idarənin bəzi məsələlərinin müqayisəli surətdə işıqlandırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Professor V. Aslanovun Azərbaycanda və xaricdə 100-dən artıq elmi məqaləsi çap olunub. Onun “Azərbaycan dilinin tarixi leksikologiyası” adlı doktorluq dissertasiyası türkologiyada yüksək qiymətləndirilib.

V. Aslanov Azərbaycan Milli EA Dilçilik İnstitutunun baş elmi işçisi və türk dillərinin müqayisəli tədqiqi şöbəsinin ilk müdiri olub, direktor müavini vəzifəsində işləyib.

O, Moskva, Daşkənd, Almatı, Bişkek, Sankt-Peterburq, Ankara, İstanbul və s. şəhərlərdə keçirilən beynəlxalq konfransların iştirakçısı olub.

Tanınmış şərqşünas, dilçi-alim 2001-ci ildə vəfat edib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib. O, bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.

1973-cü ildə UNESCO-nun təşəbbüsü ilə “Nəsimi ili” keçirilib.

1989-cu ildə Azərbaycan hökuməti Hələb şəhərinə Nəsiminin büstünü və divanını hədiyyə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar