Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur”

Polşanın Ermənistandakı keçmiş səfiri Yeji Marek Novakovski hesab edir ki, Ermənistanın Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur

Pia.az xəbər verir ki, virtualaz.org-un əməkdaşı ilə söhbətində diplomat ümid etdiyini bildirib ki, AzərbaycanErmənistan rəhbərlikləri arasında danışıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə impuls verəcək.

“Vacibdir ki, Paşinyan qarabağlı deyil və problemin həllinə yanaşması tam başqadır. Bundan əlavə, Ermənistanın indiki başçısında elektoral dəstək var - əhalinin 60-65 faizi onun siyasətinin tərəfdarıdır. Bu isə o deməkdir ki, onun istənilən cür siyasi manevr üçün imkanı var.

Əgər əhali arasında dəstəyi olmayacaqsa, onu da bir vaxtlar Levon Ter-Petrosyanı olduğu kimi aradan götürəcəklər. Avropada artıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardırlar”, - Novakovski deyir.

Avropa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu heç müzakirə də olunmur, lakin bununla birlikdə Dağlıq Qarabağın erməni əhalisi haqqında da düşünmək lazımdır, onun haqları qorunmalıdır. Münaqişənin elə həll düsturunu tapmaq lazımdır ki, bir tərəfdən Azərbaycan ərazi bütövlüyünü qoruyub saxlasın, digər tərəfdən Dağlıq Qarabağın erməni əhalisinin hüquqları qorunsun. Bu çox çətindir və diplomat güman edir ki, buna görə də, tərəflər siyasi iradə nümayiş etdirməlidirlər.

“Son zamanlar prezident Əliyevlə baş nazir Paşinyanın bir neçə görüşü keçirilib və çox əhəmiyyətlidir ki, onlar vatsitəçi olmadan, göz-gözə danışıbıar. Ümid edirəm ki, onlar maraqlarının təmas nöqtələrini tapıblar. Əgər Paşinyan və onun hökuməti doğrudan da real müstəqillik istəyirlərsə, Azərbaycanla dil tapmaqdan başqa yolları yoxdur.

Eyni zamanda, AvropaABŞ bu münaqişənin həllində fəal olmalı, məhz onlar problemin həllinin qarantına çevrilməlidirlər. Təəssüf ki, hələlik bu istiqamətdə Qərbin fəal olduğunu demək olmaz. Hələlik yalnız Rusiya burada siyasi fəallıq göstərir, Avropa isə bu məsələyə münasibətini dəyişməlidir. Avropa yalnız öz problemləri ilə məşğul olan varlı yaşlı xalaya bənzəyir. O, hətta pul da verməyə hazırdır ki, təki rahatlığı pozulmasın. Lakin belə olmaz! Əgər Avropa özünü geosiyasi vahid hesab edirsə, fəal olmağa borcludur”, - Novakovski əminliyini qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar