Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan-Putin ziddiyyətləri üzə çıxdı

Moskva Suriya kürdlərini qəyyumluğa götürüb

Mark Bennets, Riçard Spenser

The Times (Böyük Britaniya), 24.01.2019

Prezident Putin Türkiyənin Suriyanın şimalında “təhlükəsizlik zonası” qurmaq planına dəstək vermək tələbini rədd edib – məqsəd amerikalıların əl tutduqları kürd döyüşçülərini sərhədə yaxın buraxmamaqdır.

Putin Amerika qoşunları Suriyadan çıxarıldıqdan sonra Trampın belə bir zona yaratmaq təklifindən yapışan prezident Ərdoğanla Moskvada danışıqlar aparıb. Türkiyə

Suriyanın şimal bölümündə İŞİD-ə qarşı çarpışmada Amerika, Britaniya və Fransanın dəstəyindən yararlanan YPG kürd Xalq Özünümüdafiə Dəstələrinə qarşı savaşa başlamaq hədəsi gəlir. YPG – Türkiyədə əsaslanmış və burada terroprçu təşkilat sayılan Kürdüstan Fəhlə Partiyasının şöbəsidir.

Türkiyə prezidenti görüşdən sonra bildirib ki, Şimali Suriyanı təkcə İŞİD-dən deyil, həm də kürdlərin Xalq Özünümüdafiə Dəstələrindən “təmizləyəcək”. Putin deyib ki, “kürdlər və Dəməşq arasında dialoq” uğrundadır.

Demək olar, Tramp keçən ay Amerika qoşunlarının çıxarılması haqda bildirəndən sonra YPG Əsəd rejimi ilə danışıqlara başlayıb. Bu təşkilat bildirib ki, Türkiyənin daha təhlükəli hücumuna səbəb ola biləsi daxili muxtariyyət əvəzində sərhədyanı postları Suriya ordusunun nəzarətinə verir.

Suriya rejiminin baş qəyyumu olan Rusiya danışıqlar prosesində vasitəçilik edir. Belə çıxır ki, Suriya problemi üzrə iki il çəkən birgə işi yoluna qoymaq səylərindən sonra Ərdoğan və Putin arasında ziddiyyətlər yaranıb.

Putin kürd probleminin tənzimlənməsi üzrə 1998-ci ildə bağlanmış Türkiyə-Suriya sazişini Ərdoğana göstərərək Əsəd rejiminin Suriyanın şimal hissəsində öz şərtləriylə nəzarət təşkil etmək hüququnu dolayısıyla təsdiqləyib. Putin deyib: “Mən əminəım ki, bu, Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını aradan qaldırır”.

Xalq Özünümüdafiə Dəstələrini tərkibinə alan və İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan çətirvari Suriya Demokratik Qüvvələri təşkilatı bildirib ki, son bir neçə gündə yüzlərlə cihadçı, habelə minlərlə qadın və uşaq onlara təslim olub. İŞİD-in İraq sərhədi yaxnlığında Deyr-əz-Zor əyalətində yerləşən son dirəniş ocağı ərazicə bir neçə min kvadrat kilometrədək azalıb.

Suriya Demokratik Qüvvələri bildirirlər ki, təslim olanlar içində əcnəbi döyüşçülər, o cümlədən britaniyalılar var, amma ayrıntılara varmaqdan imtina edirlər. Ehtimal ki, SDQ Qərb ölkələrini İŞİD sıralarında vuruşmuş və əsir düşmüş vətənaşlardan xəbərdar edəcək. Suriyada İŞİD-in darmadağınından sonra rejimin nəzarətində olmayan üç sahə qalır. Bunlardan biri şərqdədir və bura SDQ nəzarət edir. İkinciyə türklər nəzarət edirlər, amma nominal olaraq Azad Suriya Ordusunun tərkibinə daxil döyüşçülərin əlindədir. Üçüncüsü – demək olar, “əl-Qaidə”yə sadiq “Həyat Təhrir əş-Şam” cihadçı qruplaşmasının bütünlükdə nəzarət etdiyi şimali-qərbi İdlibdir.

Rejim Suriyanın bütün ərazisini azad etməyə söz verib, amma türklərin nəzarət etdiyi zonaya hələlik hücum edə bilmir, çünki Moskva bunu xəlvətcə qəbul edib. Rusiya XİN bildirir ki, İdlib rayonunda durum sürətlə pisləşir.

Tramp Ərdoğanla bazar günü telefon danışığı zamanı deyib ki, şimal şəhəri Mənbicdə ötən həftə İŞİD-in partladıcı qurğusundan dörd amerikalı və 12 yerli könüllünün həlakına baxmayaraq, qabaqkı kimi qoşunları çıxarmağa tam qətiyyətlidir.(Tərcümə Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar