Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Günay Bank”da çökmə prosesi başlayıb - Müştərilər bankdakı pullarını geri götürüblər

Bank 100 milyon manatlıq oğurluğun qurbanına çevrilir?

Ötən ilin yayında hesablarından 100 milyon manata yaxın vəsaitin oğurlandığı bildirilən “Günay Bank”ın vəziyyətinin həddindən artıq ağırlaşdığı məlum olub. “AzPolitika.info” xəbər verir ki, Mahmud Məmmədovun bankının 2018-ci ilin nəticələrini əks etdirən hesabatından depozit portfelinin kəskin şəkildə azaldığı görünür.

Xarici valyutadakı depozitlər 2 dəfə, mənfəət isə 3 dəfə azalıb
Bankın maliyyə göstəricilərindən belə məlum olur ki, 2017-ci illə müqayisədə “Günay Bank” böyük sayda şirkət və fiziki şəxs olan müştərilərini itirib. Belə ki, bankın depozit portfelində 2017-ci illə müqayisədə 10 milyonlarla manatlıq azalma var. “Marja”nın məlumatında deyildiyi kimi, “Günay Bank”da 2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ildə cəmi depozitlər 15 milyon 600 min manat və ya 18,1% azalaraq 70 milyon 461 min manata düşüb. Hansı ki, 2017-ci ilin sonunda bu bankda depozitlər 86 milyon 61 min manat təşkil etmişdi.

Xüsusi qeyd edilməlidir ki, illik müqayisədə xarici valyutadakı cəmi depozitlər 2 dəfəyə yaxın – 50 milyon 481 min manatdan 27 milyon 283 min manatadək azalıb. Deməli, ötən il ərzində xarici valyutadakı depozitlərdə 23 milyon 198 min manatlıq azalma qeydə alınıb.

İlin maliyyə nəticələrindən görünür ki, həm şirkətlər, həm də fiziki şəxs olan sahibkarlar pullarını “Günay Bank”dan geri götürüblər. Belə ki, 2017-ci illə müqayisədə fiziki şəxslərin tələbli depozitləri 3 dəfəyədək azalaraq, 9 milyon 16 min manatdan 3 milyon 17 min manata düşüb. Hüquqi şəxslərin, yəni şirkətlərin depozitləri isə daha iri məbləğdə azalıb. Onların tələbli depozitləri 49 milyon 424 min manatdan 17 milyon 638 min manata düşüb ki, bu da 60 faizdən artıq – 31 milyon 786 min manatlıq azalma deməkdir və bir bank üçün olduqca acınacaqlı haldır.

O cümlədən, hüquqi şəxlərin xarici valyutadakı tələbli depozitləri 24 milyon 330 min manatdan 3 milyon 972 min manata, fiziki şəxlərin xarici valyutadakı tələbli depozitləri isə 5 milyon 354 min manatdan 1 milyon 421 min manatadək azalıb.

Bank 2017-ci ildə 4 milyon 100 min manat xalis mənfəət əldə etdiyi halda, 2018-ci ilin yekunlarına görə, bu göstərici cəmi 1 milyon 289 min manat olub. Bu o deməkdir ki, “Günay Bank”ın xalis mənfəəti 3.2 dəfə azalıb. Bunun əsas səbəbi isə bankın xərclərinin və ehtiyata ayırmalarının artmasıdır.

Əslində, bank ötən il 7 milyon 304 min manat əməliyyat mənfəəti əldə edib, lakin bu məbləğin 5 milyon 498 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldib. Yənu, bankın aktivləri üzrə riskləri xeyli artıb.

Maraqlıdır ki, bütün bunlarla yanaşı, “Günay Bank”da əhalinin əmanətləri 1,8 dəfə və ya 22 milyon 187 min manat artaraq 27 milyon 621 min manatdan 49 milyon 799 min manata çatıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar