Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı gənclər Tbilisidə gürcü dilində tamaşa təqdim edib

Tbilisidə Akaki Xorava adına Aktyorlar Evində yerli azərbaycanlı gənclərin yaratdığı “Era” teatrının təqdimatında “Bu yolun son dayanacağı” adlı tamaşa nümayiş etdirilib

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, gürcü dilində olan tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğludur.

Tamaşa “Yaşılay Cəmiyyəti”nin “Gürcüstanda zərərli vərdişlərə qarşı sənət vasitəsi ilə maarifləndirilmə və təbliğat” layihəsi çərçivəsində hazırlanıb.

Nümayişdən öncə çıxış edən təşkilat sədri Zviad Koçalidze bildirib ki, tamaşanın hazırlanmasında əsas məqsəd insanlar arasında yayılmış zərərli vərdişlərə qarşı əks-təbliğat aparmaqdır:

“Era” teatrı ilə əməkdaşlıqdan çox məmnun qaldıq. Kollektivi təbrik edirəm. Tamaşa azərbaycanlıların sıx yaşadığı Dmanisi, Bolnisi və Qardabani rayonlarında da Azərbaycan dilində nümayiş etdiriləcək”.

Səhnə əsərində rolları Rabil İsmayılov, Mandar Sərdarov, Ləman Məmmədova və Sali Ömərova canlandırıblar.

Tamaşa narkotik aludəçisi olan Laşa adlı gəncin həyatından bəhs edir. Yaxınlarının onu təhlükəli vərdişdən xilas etmək üçün göstərdikləri səylərə baxmayaraq, narkotik vasitələrdən asılılıq gəncin həyatına son qoyur.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə təqdim olunan tamaşanı azərbaycanlı və gürcü ziyalılar, gənclər və tələbələr izləyiblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayiş çərçivəsində insanlar arasında zərərli vərdişlərin törətdiyi təhlükələri özündə əks etdirən karikaturalar da sərgilənib.

pia.az


Etiket: Tbilisi teatr

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar