Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parkinqlərdən yığılan pullar hara gedir? – Video

“Ödəniş etməsəniz cərimələnəcəksiniz deyib, onlardan 1, 2 manat pul alırlar”...

Ötən gün BNA-nin sədri Vüsal Kərimli jurnalistlərə açıqlamasında bildirdi ki, Bakıda fəaliyyət göstərən yerüstü parkinqlərdə yığılan vəsaitin agentliklə heç bir əlaqəsi yoxdur. İndi hər kəsi bir sual maraqlandırır. Bəs, yığılan pullar hara gedir?

Məsələ ilə bağlı paytaxtın müxtəlif istiqamətlərində araşdırma apardıq. Parkinq xidmətində çalışanların hansı qurum üçün işlədiklərini elə onların özlərindən öyrənməyə çalışdıq.

Parkinq nəzarətçisi: “Bura ödənişsiz deyil, qəbz verirəm. Biz BNA-nə baxırıq”.

Bura 28 May metrosunun qarşısında fəaliyyət göstərən yerüstü parkinq yeridir. Ərazidə təqribən 20-dən çox işçi parkinq xidməti ilə məşğul olur. Bu şəxslərin göstərdikləri fəaliyyətə dair hər hansı sənədlərinin olmadığını da demək yerinə düşər.

Parkinq nəzarətçisi: “Mənim söz deməyimə ehtiyac yoxdur. Hələ 2 gündür işləyirəm”.

Ekspertlər deyir ki, parklanma yerləri BNA-nə həvalə olunsa da, hələlik qurum yalnız yeraltı parinqlərə nəzarət edir. Yerüstü parkinqlər hələlik heç bir quruma həvalə olunmadığı üçün xidmətdən istifadə ödənişsizdir.

Elməddin Muradlı – Ekspert: “Qanunsuz fəaliyyətdir. O aparatlar heç bir mərkəzi bazaya, heç bir sistemə qoşulu deyil. Sürücüləri qorxudurlar. Ödəniş etməsəniz cərimələnəcəksiniz deyib, onlardan 1, 2 manat pul alırlar”.

Görünən odur ki, məsələ ilə bağlı xüsusi normativlər olmadığından pulsuz fəaliyyət göstərməli olan parkinqlərdə dayanmaq üçün hələ bir müddət nəzarətsiz nəzarətçilərə pul ödəməli olacağıq.(ARB TV)

pia.az


Etiket: Parkinq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar