Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leninqrad mühasirəsinə dair dəhşətli gerçəklər

76 il öncə bu günlər zülmə son qoyulub

“Yaşamaq uğrunda mübarizə gedirdi. İnsanlar sağ qalmaq üçün bütün vasitələrə əl atırdılar. Qış çox sərt keçirdi. Soyuq qış günlərinin birində küçədə tək dayanmış təxminən 9-10 yaşlı bir oğlan diqqətimi çəkdi. Yaxınlaşıb soruşdum:

- Hava soyuqdur, niyə evə getmirsən?
- Ev də soyuqdur.
- Bəs səni evdə gözləmirlər?
- Yox, anam ölüb. İndi onun meyitini çarpayıda uzatmışam. Axşam isə atacam sobaya evi qızdırım. Onsuz da o ölüb...

Bu cür hallarla tez-tez rastlaşmaq olardı. İnsanların çoxu bütün mənəvi, insani dəyərlərini itirirdilər. Mən təəccüb edirdim ki, nə yaxşı ki, leninqradlılar bütövlükdə insanlıqdan çıxmırdılar...”

Bu sətirlər Leninqrad mühasirəsinin canlı şahidi olmuş, Sovet İttifaqı Qəhrəmanı, yazıçı Daniil Qraninin “Mühasirəli kitab”ındandır...

Bəli, 1941-45 müharibəsinin tarixinə Leninqrad mühasirəsi bu cür dəhşətli və ağılasığmaz hadisələrlə ayrıca bir tarix kimi həkk olunub.

872 gün davam edən Leninqrad mühasirəsi 1943-cü ilin 25-27 yanvar tarixində sovet qoşunlarının irimiqyaslı əməliyyatı nəticəsində yarılıb.

SSRİ qoşunlarının müqavimətinə baxmayaraq alman ordusu 1941-ci il sentyabrın 8-də Leninqradın qurudan yolunu kəsməyə nail olub. Şəhərlə əlaqə yalnız Ladoqa gölü və hava vasitəsi ilə saxlanılıb. Əslində Hitlerin Leninqradı mühasirəyə almaq planı olmayıb. “Barbarossa” planına görə Adolf Hitler Moskvanın işğalını Leninqradı zəbt etməklə başlamalı idi. Tarixçilərin qənaətinə görə, fürer öz planını məqsədli və düşünülmüş şəkildə dəyişib. Belə ki, Leninqradın işğalında canlı qüvvə və silah-sursat itkisinə yol verməmək, həm də bu işğala vaxt itirməmək üçün Hitler Leninqradı mühasirəyə almaq və vilayətin sakinlərini aclıqdan qıraraq asanlıqla ələ keçirmək niyyətində olub. Faktlar göstərir ki, Hitler qismən də olsa öz istədiyinə nail olub. Statistik göstəricilərə görə, Leninqradın mühasirəsi zamanı həlak olan 630 min nəfərdən yalnız 3 faizi artileriya atəşlərindən və hava hücumu zamanı atılan bombalardan ölüb. Amma sonradan aparılan araşdırmalara görə, bu mühasirə zamanı ölənlərin sayı SSRİ-nin Nürnberq məhkəməsinə təqdim etdiyi kimi 630 min deyil, 2 milyona yaxın olub.

Almanlar mühasirə zamanı Leninqrad vilayətinin ən böyük ərzaq anbarını bombaladıqdan sonra 2-3 gün ərzində ərzaq qıtlığı bütün şəhəri bürüyüb. Əvvəlcə bunun müvəqqəti olduğunu düşünənlər qısa bir zamanda poblemin aradan qalxacağına ümid ediblər. Amma dəhşətli, ağılasığmaz hadisələr hələ qarşıda idi.

Şəhərdə dərhal çörəyin talonla verilməsinə başlanılıb: İşləyənlərə 250, uşaqlara 125 qram çörək. Çörəyin keyfiyyəti haqqında isə həmin dövrdə heç danışmağa belə dəyməzdi. Digər tərəfdən, 1941-ci ilin qış fəslinin 32 dərəcə şaxta ilə müşayiət olunması da leninqradlılar üçün yeni faciələrə səbəb olub. İçməli su problemi, evlərin isitmə sisteminin tamamilə dayandırılması vəziyyəti günü-gündən ağırlaşdırıb.

Aclıqdan, soyuqdan, ən adi xəstəliklərdən ölüm hadisələri adi hala çevrilib. Şahidlərin xatirələrinə görə, şəhərin küçələrində kiminsə qəfildən yıxılıb ölməsi heç də təəccüblü bir hadisə sayılmayıb.

Evləri qızdırmaq üçün sakinlər yanmağı mümkün olan hər şeydən istifadə ediblər, kitablardan, mebellərdən, məişət əşyalarından, hətta insan meyitlərindən.

Siçovullarla, göyərçinlərlə, tarakanlarla, hətta öz pişiyini öldürüb əti ilə qidalanmaq normal hal sayılıb. Ən acınacaqlısı isə açlıq hissi artıq şəhər sakinlərinin bəzilərində adam ətinə tamahı da gücləndirib. 1941-ci ilin dekabrında adam əti yeyənlərin sayı 26 idisə, bu rəqəm 1942-ci ilin yanvarında 336 nəfər, həmin ilin fevral ayında isə 494 nəfərə çatıb. Bu hələ statistikada göstərilən, bununla bağlı həbs olunanların sayıdır. Bu cür hadisələrlə bağlı arxivlərdə çoxsaylı faktlar var. Hətta belə faktlar da var ki, aclığa dözməyən kişilər qadını sevgi ilə özünə çəlb edərək sonradan onun ətinə “sahib” olmaq üçün onları öldürməkdən belə çəkinməyiblər.

Yazıçı Daniil Qranin “Mühasirəli kitab”ında bununla bağlı çox acı faktları da açıqlayıb:

“Heç vaxt insanın ağlına gəlməyən hadisələrlə hər an rastlaşmaq mümkün idi. Bir uşağının yaşaması üçün ikinci uşağının ətini ona yedizdirən adamlar var idi. Adamlar var idi ki, venasını kəsib qanı ilə uşağını qidalandırırdı. Aclıqdan südü kəsilmiş analar var idi ki, döşünü kəsib uşağına qan əmizdirirdi...”

Bəli, Leninqrad öz tarixinin 872 gününü belə yaşayıb, ağır, zülmlərlə, dözülməyi bəlkə də mümkünlük çərçivəsinə sığışmayan anlarla, amma həm də sakinlərinin sədaqəti ilə...

Bütün bu çətinliklərə baxmayaraq, leninqradlılar, həmçinin, Leninqradın müdafiəsində dayananlar mühasirə zolağında dayanan almanlara təslim olmayıblar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar