Postsovet ölkələrindən Tacikistan və Azərbaycanda intihar nadir hallarda baş verir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi ölkələrdə psixi sağlamlıq xidmətləri və resursları haqqında məlumatlara əsasən hazırladığı hesabatda belə deyilir.
İnformasiya BMT-nin səhiyyə sahəsindəki mütəxəssisləri tərəfindən ÜST-in “Psixoloji sağlamlıq xəritəsi, 2017-ci il” layihəsi çərçivəsində təqdim edilib.
Məlumatlara görə, postsovet ölkələrindən intihar hallarına ən çox Litva (hər 100 min nəfərə 31,9) və Rusiyada (31), ən az özünəqəsd hallarına isə Tacikistan (2,5) və Azərbaycanda (2,6) rast gəlinir.
Ən çox intihar hallarının qeydə alındığı postsovet ölkələri siyahısında Ukrayna (22,4) üçüncü, Latviya (21,2) dördüncü, Estoniya (17,8) beşinci yerləri tutub. Altıncı yerdə Moldova (15,9) qərarlaşıb. Gürcüstan (8,2) və Ermənistan (6,6) isə yeddinci və səkkizinci yerləri bölüşür.
Media.az bildirir ki, material hazırlanarkən Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan siyahıya salınmayıb.
pia.az