Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rza Zərrab həbsxanada 63 yaşlı kişini zorlayıb – İddia

Azərbaycan əsilli iş adamı Rza Zərrabın Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsində həbsxana yoldaşı tərəfindən açılan məhkəməsi davam edir

PİA.AZ publika.az-a istinadla xəbər verir ki, Zərrabla bir müddət “Metropolitan” həbsxanasında eyni kameranı bölüşən Faozi Yaber kamera yoldaşının ona iki dəfə təcavüz etdiyini iddia edir.

R.Zərrab isə vəkili Robert Anello vasitəsilə məhkəməyə müraciət göndərərək haqqındakı ittihamları təkzib etmişdi. Hakim Şolomo Haqler isə məşhur iş adamının müraciətini qəbul edərək ittihamçının yenidən məhkəməyə müraciət etməsini istəmişdi. Yaber isə ittihamların arxasında dayanıb və yeni şikayətini məhkəməyə göndərib. O, Zərrabdan mənəvi zərərə görə kompensasiya tələb edir.

Yaber yeni müraciət ərizəsində Zərrabın ona dəfələrlə cinsi təcavüz etdiyini yazıb. 63 yaşlı afrikalı məhbus həbsaxana otağının onun üçün işgəncə yerinə çevrildiyini qeyd edib. O bildirib ki, ağır xərçəng xəstəsidir, buna görə də 35 yaşlı bir insana qarşı müqavimət göstərə bilməyib. Zərrabın ona verdiyi işgəncələrdən sonra etibarı və karyerası zədələnib, psixoloji travma alıb. O, həmçinin Zərrabdan bütün iqtisadi ziyanlarını qarşılamağı, hətta bu məhkəmə üçün tutduğu vəkilinin pulunu belə ödəməsini tələb edib.

Bütün bu mühakimələrə cavab olaraq Rza Zərrab ən gec 13 fevral tarixində müdafiə ərizəsini məhkəməyə təqdim edəcək.

pia.az


Etiket: Rza Zərrab

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar