Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana gələn hər beş turistdən biri Körfəz ölkələrinin vətəndaşları olub

2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

PİA.AZ bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gələnlərin 30,9 faizi Rusiya, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 6,5 faizi yanvar, 5,8 faizi fevral, 9,7 faizi mart, 7,7 faizi aprel, 7,3 faizi may, 9,5 faizi iyun, 11,6 faizi iyul, 11,3 faizi avqust, 8,1 faizi sentyabr, 7,4 faizi oktyabr, 7,5 faizi noyabr, 7,6 faizi isə dekabr ayında ölkəyə gəlib.

2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb. İrandan gələnlərin sayında 33,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 8,3 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2017-ci ilə nisbətən Hindistandan gələnlərin sayı 2,7 dəfə, İsraildən gələnlərin sayı 2,6 dəfə, Misir, Türkmənistan və Cənubi Koreyadan gələnlərin sayı 1,7 dəfə, Çindən gələnlərin sayı isə 1,5 dəfə artıb.

2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 1044,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,5 faizi dəmir yolu və avtomobil, 41,5 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.

pia.az


Etiket: turistlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar