Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əllər tətikdə: Pentaqon Avropadakı işlərini tamamlayıb, Rusiya ilə hesablaşacaq - Təhlil

Ergün DİLƏR

Takvim qəzeti 23 yanvar 2019

Bəllidir ki, ortalıq qarışacaq.
Bu barədə əvvəllər də bir neçə dəfə yazmışam.
PESCO, yəni Avropa Ordusu...

Bu, ABŞ-ın dağılmasına qədər gedən yolu açır, ABŞ-ı içinə qapalı bir dövlət halına gətirir və hegemonluq iddiasından vaz keçəcəyi bir həmlə ola bilər. Və dünən Makron ilə Merkel Avropa Ordusunun qurulacağını qucaqlaşaraq elan etdilər. Onsuz da bu qərarı ABŞ tərəfi öncədən bilirdi. Hətta atacaqları addımların rənglərini də elan etmişdilər...

İndi isə mövzunu bir qədər açaq. Artıq yeni bir səhifə açılıb. Kimin necə addım atmasını zamanla görəcəyik. Ancaq bəllidir ki, çox qəribə hadisələr olacaq.

Katolik İrlandiyalılar, İngiltərədən ayrılıb bir İrlandiya dövləti qurmaq üçün “İrlandiya Respublika Ordusu”-nu (İRA) yenidən ortaya çıxardılar. Bir neçə gün əvvəl Şimali İrlandiyanın Londonderri şəhərindəki partlayış da bunun işarəsi idi.

Avropada irqçi partiyalardan ibarət gizli bir “Avropa Birliyi” qurmağı bacaran Stiv Bennonun Pentaqonun gücüylə fəaliyyətini daha da artıracağı kimi...İrlandiyalı katolik bir ailənin uşağı olaraq dünyaya gələn Bennon, Şimali İrlandiya ilə İrlandiyanın birləşməsi sözünü verdi. Və budur, İRA İngiltərənin yeni baş bəlası olacaq. Səbəbi isə Buckingham-ın Rotşildlərə yanaşması, daha doğrusu araya məsafə qoya bilməməsidir.

İngilis kəşfiyyatı Mİ6 katolik vahidi Bennonun İRA fitilini alovlandırdığını gördü. İndiki yeni dönəmdə İngiltərə daxili problemlərlə mübarizə aparmaq məcburiyyətində qalacaq. London hazırda miqrantların ifratlığı, terror hücumları və İRA problemi ilə birlikdə İngiltərə “Breksit” məsələsi ilə də üz-üzə qalıb. Çünki Pentaqon artıq İngiltərənin çəkingən davranışlarından yorulub. Pentaqon Roman Abramoviçin xüsusi adamının İngiltərəyə daxil olmasına yol verildiyi üçün London ilə əlaqələrini qopardı. Daha öncə isə rus oliqarx özü Londona getməyə cəhd etsə də, alınmadı. Ancaq Roman Abramoviçin sağ qolu, şəriki əlaqələri rus oliqarxın İngiltərə ilə əlaqələrini bərpa etdi və Pentaqonun bu nöqtədə səbri tükəndi...

Nat Rotşildin Moskvadakı korrupsiya iddiaları səbəbindən qaçmaq məcburiyyətində qalan Vladimir Çernukinlə şərik olmasını açıqlaması da aranı qatdı. Çernukin Abramoviçin gizli şərikidir. Bu baxımdan indiki halda Abramoviçin İngiltərəyə girməsinə ehtiyac qalmadı. Çünki onun ən çox güvəndiyi Çernukin İngiltərə və Rothschild ailəsində qoruması altındadır. Buna görə də İRA meydana çıxdı və adını bundan sonra da eşidəcəyik. Avropadakı qarışıqlığın sürətlə artacağını anlamaq üçün jurnalist olmağa ehtiyac yoxdur! Siyasətçi və ya dövlət adamı olmağa ehtiyac yoxdur. Çünki Avropada qurulan sistemdən dolayı qarışıqlığın artması gözlənilir. Bunu görmək üçün analitik olmağa ehtiyac yoxdur.

Qlobal bir kənd xəyalından qlobal bir şəhər xəyalına çevrilən dünya indi də qlobal bir ölkə olaraq yoluna davam edəcək. Artıq böyük güclərin birlikdə olduğu dönəmdən güclərin ayrılmasına və ayrı-ayrı ölkələrlə ittifaq qurmasına keçirik. Bu baxımdan Stefan Bennon çox önəmli idi. Trampa seçim qazandıran insan bir anda gözdən düşə bilməzdi. Trampı Ağ Evə göndərən Bennon Avropanı dizayn edərkən arxasındakı gücü də hiss etdirir...

Dünyanın ən cəsur adlarından biri olan Bennonun aqressivləşməsi Avropadakı irqçilərin özünə gözlədiyindən daha çox dəstək verməsi ilə baş tutdu. Əlbəttə ki, getdiyi hər ölkədə böyük diqqət görən Bennonun hədəfində Fransa və İngiltərə olacaq. Bu, Bennonun siyasi fikri yox, Pentaqonun ideologiyasıdır...

Belə bir vəziyyətdə Fransa ilə Bennonun güclü olan İtaliya ilə arasında böhran yarandı. Fransa ilə İtaliya arasındakı gərginlik isə getdikcə artacaq. Artıq bunu açıq şəkildə görmək mümkündür. Fransadakı “Sarı Jiletlilər”ə tam dəstək verən İtaliya hökuməti daha da sərtləşib. İtaliya baş nazirinin müavini Luici Di Maionun Fransanı Afrikanı istismar etməklə günahlandırması çox ciddi bir savaşın xəbərçisidir.

Luici Di Maio bir açıqlamasında “Fransanın Afrikanı istismar etməsi bəsdir. Afrikanın qalxanını istifadə edərək dünyaya şəkil verməyə qalxmasının bir ödənişi olmalıdır. Fransa Afrikada etdiklərinin əvəzini ödəməyib. İndi isə əvəz ödəmək məcburiyyətində qalacaq”, deyə qeyd edib. Harada? Çox önəmli fransız iş adamlarını qəbul etdiyi evində...Bu toplantının tarixi haqqında fərqli fikirlər olsa da, Luici Di Maio güclü bir siyasi simadır və onun sözünə diqqət edilməlidir...

İndi kimsə “İtaliya ilə Fransanın üz-üzə gəldiyini başa düşmürük”, deməməlidir. İtaliyada yeni hökumət yaradan Vaşinqtonun Fransanın gücünə, Afrikadakı fəaliyyətinə səssiz qalmayacağı gözlənilən idi. İtaliya fərdi olaraq bu fikirdə olmaya bilər, amma indiki hökümətin Vaşinqtona bir təşəkkür borcu var. O təşəkkür isə edildi.

Bu, İtaliya ilə Fransa, Vaşinqton ilə Rotşildi ailəsinin savaşı olaraq görülməlidir. Bunu çox önəmli insanlar bildiyinə görə, Avropanı sıxıntılı dönəm gözləyir. Avropanın hər yerində yayılan “Sarı Jiletlilər” niyə İtaliyada küçələrə çıxmırlar? Çünki İtaliya “Sarı Jiletlilər”i istiqamətləndirilənlər tərəfindən istifadə edilir. “Sarı Jiletlilər”in hədəf azdırması üçün İtaliyada da aktivliyi planlaşdırılır. Ancaq görünən odur ki, bu təsirsiz olacaq və höküməti qorxutmayacaq.

İtaliyanın Vaşinqtona qarşı dirəniş göstərməməsinin altında yatan həqiqətlərdən biri də Vatikanın London ilə yaxınlaşmasıdır. Bu yaxınlaşmanın Romada böyük narahatlıq yaratması və katolik dünyasında böyük sıxıntılara yol açması isə İtalya mediasından aydın görünür.

Fransa Rotşild ailəsinin, İtaliya isə Vaşinqtonun qərarlarını həyata keçirəcək. Keçmişdə kiçik ölkələr seçilirdi. Kiçik qruplar bu savaşın tərəfi olurdu, ancaq yeni dönəm üçün böyük çaxnaşmalara, xaosa ehtiyac var. Bu baxımdan İtaliya ilə Fransa üz-üzə gəldi. Hələ Avropada bir çox ölkə də üz-üzə gələcək. Yaxın zamanlarda “İTALEXİT” referendumu üçün də qərar qəbul ediləcək. Avropanı ən güclü tərk edən İtaliya olacaq. Ona görə ki, tərk etmək məcburiyyətindədir. Çünki Vaşinqton Avropa Birliyinə qarşı çox ciddi bir savaşdadır və böyük hücum başladıb.

Bu hücumun sürətini azaltmaq da istəmir..

Unutmaq olmaz ki, həm Fransa, həm də İtaliya bu məsələdə geri addım atacaq kimi görünür. Lakin Makronun getdiyi bir Fransada Marin Le Pen hakimiyyətə gələrsə, planlar bunun üzərində qurulacaq.

Hadisələrə bu şəkildə baxmaqda böyük fayda var. Pentaqon Avropadakı işlərini tamamlayıb, Rusiya ilə hesablaşacaq. Türkiyənin də hədəflərində sərt mübarizə metodu nəzərə çarpmır. ABŞ-da yaxşı bilirlər ki, Avropa ilə Rusiya geri addım atarsa, Türkiyə ilə ortaq yol tapacaqlarını bilirlər. Ancaq hər kəsin bilməli olduğu budur ki, hər yer təhdid altındadır.

Rotşildlər və bu klanın istifadə etdiyi güclər Pentaqonla çox güclü rəqabət içərisindədirlər. Avropa, Afrika, Yaxın Şərq və Aralıq dənizi də bu xaosu yaşayacaq. Gərginlik hər kəsi öz mühasirəsinə alacaq qədər böyükdür və getdikcə böyüyəcək.

Tərcümə: Gülşən ŞƏRİF

Orjinal

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Ən çox oxunanalar