Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyi Astara Pedoqoji Kollecində limandra  yetişməyini gözləyir?...

Kütləvi narazılıq

Ali təhsil ocaqlarında qış imtahan sesiyası davam edir. Tələbələrin təhsil müvəffəqiyyətlərinin qiymətləndirilməsinə hesablanan imtahan sesiyası bir çox hallarda əsl rüşvətyığma kompaniyasına çevrilir. PİA.AZ bildirir ki, tələbələrin qorxuyla, müəllimlərin səbirsizliklə gözlədiyi qış imtahan sesiyasında Astara Pedaqoji Kollecində baş verən “macəralarla” bağlı Rubrika.az saytına ilginc məlumatlar daxil olub.

Diqqətli oxucularımız xatırlayır ki, Astara Pedaqoji Kolleci ölkə ictimaiyyətinə hələ 2015-ci ildən yaxşı tanışdır. 4 il əvvəl Kollecin o zamankı direktoru “iş başında”-rüşvət alarkən həbs olunmuşdu. Bu qədər “zəngin” ənənələri olan Kollecdə o vaxtdan çox sular axsa da, dəyişən bir şey olmayıb. Düzdür, Kollecin direktoru dəyişilib-keçmiş Təhsil naziri Mikayıl Cabbarov öz müşaviri Ağababa İbrahimovu buraya yeni rəhbər təyin edib. Biz bilmirik Mikayıl müəllim A. İbrahimovu cənub bölgəsinə göndərəndə onun qarşısına hansı vəzifələr qoyub. Ancaq onu dəqiq bilirik ki, 2015-ci ildən sonra kollecdə dəyişən bir də qiymətlər olub. Elə güman etməyin ki, tələbələr Ağababa müəllimin gəlişindən ilhamlanaraq hamısı əlaçı olub, 3-ləri 5-lərə dəyişiblər. Əlbbətdə ki, yox ! Burada 3-lərin 5-lərə çevrilməsi prosesi pul haqq-hesabında baş verib.

Məlumata görə Astara Pedaqoji Kollecində 5-lik, 4-lük, 3-lük tələbələr var. Yəni 5 yüzlük, 4 yüzlük, 3 yüzlük imkanı olan tələbələr nəzərdə tutulur. Əsas onların maddi səviyyəsidir, biliyi isə həyatda özləri də qazana bilərlər.

Saytımıza məlumat verən tələbələr bildirirlər ki, hal hazırda kollecdə “işin razqar “ vaxtıdır. Tələbələr az qala müəllimlərin kölgəsindən də qaçırlar ki, birdən yenə pul istəyərlər. Ümumiyyətlə bütün semestr boyunca Kollecdə pul hər zaman ön plandadır. Dərsə gəlməmək də, aylığa getmək də, oxumamaq da problem deyil. Əsas məsələ odur ki, bütün bunları ört-basdır etmək üçün yetərincə pulun olsun.

Etiraz edən tələbələrə müəllimlər bildirirlər ki, onlar hər bir tələbə üçün direktora haqq verirlər. Pulu verməyə imkanı olmayan tələbələrə müəllimlər “indi mən sənin yerinə cibimdən pul qoymalı deyiləm ki” deyərək hədə-qorxu gəlirlər. Hətta əlacı kəsilən tələbələrdən biri anasının nişan üzüyünü sataraq direktorun “xəcalətindən” çıxıb.

Artıq kollecdə vəziyyət dramatik hal alıb. Nəinki tələbələr, hətta müəllimlər belə narazılıq edirlər. Amma, nədənsə Ağababa müəllimin bu idarəçiliyinə, “elmi təcrübələrinə” “dur” deyən tapılmır. İllərdir ki, Kollecdə heç bir yenilik, elmi uğur əldə edilməyib.. Bəs görəsən Təhsil nazirliyi nəyi gözləyir? Bəlkə LİMANDRANIN yetişməyini...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar