Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nəsimini bizdən başqa hamı araşdırır: bizim alimlər isə..."

Azərbaycanda İmadəddin Nəsimi və hürufiliklə bağlı bir dənə də sanballı, dövrün tələbinə cavab verən monoqrafik tədqiqat yoxdur

Görülən yaxşı işlər isə səpələnmiş məqalələr halındadır.

Bu sözləri filologiya elmləri doktoru, professor Aida Qasımova qeyd edib.

O bildirib ki, son vaxtlar Qərb şərqşünaslığında və Türkiyədə bu sahədə xeyli işlər görülüb:

“Orxan Mir-Qasımov, Şahzad Bəşir, Fatih Usluər, Mustafa Ünverin əsərləri xüsusi qeyd edilməlidir. Usluərin “Cavidan-namə”nin türk dilindəki tərcümə variantını nəşr etdirməsi təqdirəlayiqdir. “Hürufilik” əsəri də dəyərli tədqiqatdır. Mən xüsusilə Orxanın və Şahzadın yazılarını çox bəyənirəm. Orxan “Sözün qüvvəti, orta əsr islam dövründə şiəçilik və sufizm arasında hürufi təlimi” (“Words of Power, Hurufi Teachings Between Shi’ism and Sufism in Medieval Islam”) əsərində hürufiliyin bir sıra nəzəri məsələlərini əks etdirib. Şahzad Bəşir (Stənford professoru) problemə tarixilik baxımından yanaşır. Onun “Fəzlullah Astarabadi və hürufilik” əsəri hürufiliyin meydana gəlməsini, Fəzlullah Astarabadinin fəaliyyətini və hürufilik təlimini öyrənmək üçün dəyərli mənbədir.

Professor Matt Melvin-Kouşkinin bəzi yazılarında da hürufiliklə bağlı məsələlər əks olunub. Maykl Reinxard Almaniyada Nəsimi divanının nəşri və tədqiqi ilə bağlı işlər görüb”.

Amerikalı tarixçi Patrisia Kronun “Erkən İran İslam Respublikasının nativist liderləri: kənd üsyanı və lokal zərdüştlük” (“The Nativist Prophets of Early Islamic Iran: Rural Revolt And Local Zoroastrianism”) əsərində də hürufiliklə bağlı bəzi məsələlərin yer aldığını bildirən Aida Qasımova bu kitabların tərcümə edilməsinin çox vacib olduğunu qeyd edib:

“Bütövlükdə bu əsərdə Babək hərəkatı, onun qaynaqları, islamda bidətçiliklə bağlı məsələlərə geniş yer ayrılıb. Ya Azərbaycan alimləri ingilis dilini öyrənməli, ya da bu kitablar Azərbaycan dilinə tərcümə edilməlidir”.(Kult.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Ən çox oxunanalar